8 Ağustos 2013 Perşembe

Sübhün Səfiri




Ssenari müəlifi Anara rejissorluğu isə Həsən Seyidbəyliyə məxsus olan "Sübhün Səfiri" filmində ilk səhnələr Xəmnə Kəndində vaqe olur..Fətəlinin anası ilə evi tərk edərək Axund Ələsgərin yanına Quzey Azərbaycana-Şəkiyə gedirlər..Film paralel olaraq bir keçmişdəki hadisələri ölüm döşəyində xatırlayan Fətəlinin xatirələrini gözlərinin önününə gətirməsindən və ölüm döşəyindəki günlərindən bəhs edir..Belə ki,ümumi götürdükdə Fətəlinin ruhani məktbində dərs almasından,ruhani olmaq istəyinin hüsnxətt müəllimi Mirzə Şəfi Vazehtəsirinə düşərək fikrini dəyişməsindən,Tiflisə Bakıxanovun yanına gedib onun sayəsində dəftərxanada mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunmasından,Mixail Yuriviçlə, Bestujev-Marlinski ilə münasibətlərindən,dərvişin insanların cahilliyindən istifadə edərək xoruzu gümüşə çevirəcəyini vəd edərək əhalidən pul almağını görüb Fətəlinin bu hala heyfslənməsindən,siyasi söhbətlərdə öz vətənini azad görmək istəyindən,Puşkinin ölümünə ithaf etdiyi şeirini yazmasından,hürufilik əlifbasına etdiyi dəyişiklikdən,əlifbanı dəyişmək layihsinin irəli sürməsindən,bu layihəsinin Ağayi Kərim tərəfindən laqeyd qarşılanması və rədd edilməsindən,Həsən bəy Zərdabi ilə söhbətlərindən,gələcəyə ümid bəsləyə bilməyərək bədbin gözlə baxmasını Zərdabiyə deməsindən və sdən danışılır.. Filmdə həmçinin Mirzə Fətəlinin Puşkinin Onun Jorj Danteslə olan dueldəki ölümünə həsr etdiyi qəsidədən də söz açılır...

Rus torpağı yas tutub, fəğan edir ki,
Ey qatillər əlindən ölən namdar,
Qurtarmadın zamanın qanlı şərindən,
Tilsimin də olması sənə havadar...
Tutulub bu xəbərdən ağsaçlı Qafqaz
Səbuhinin şeri ilə yasını saxlar.
Filmdə bəzii nüanslar diqqətimi çəkdi..Məsələn Ölüm yatağında olan Mirzənin gözlərin önünə Bakıxanovu gətirərə onunla olan dialoqu..

M.F.Axundzadə-Siz mömin ola-ola Osmalılara,İranlılara,dağlılara qarşı vuruşmusunuz.
A.Bakıxanov-Günahlarımı yumaq üçün Məkkəyə gedirəm..Fətəli,çalış mən etdiyim səhvləri etmə..
A.Bakıxanov 1846-cı ilin martında Məkkə ziyarətinə getmişdir. O, Tehran, Təbriz, İstanbul, Misir marşurutu ilə arzusunda olduğu müqəddəs məkana yetişir. 1847-ci ilin əvvəlində Məkkə ziyarətindən qayıdarkən 52 yaşında Vadiyi-Fatimə deyilən yerdə vəba xəstəliyindən vəfat etmişdir.Bu mövzu da danışılası saatlarla sürəcək mözulardan biridir..

Hiç yorum yok:

Yorum Gönder