21 Ağustos 2013 Çarşamba

The Pursuit of Happyness


Filmdə mənim həyatımla uyğunluğu olan çoxlu məqamlar vardı..Buna görə də filmə baxdıqca hər saniyə marağım da artırdı filmə qarşı..İlk öncə onu deyim ki,filmin ssenarisi real olmuş həyat hekayəsidir.. Bu şəxs Chris Gardner"dir..filmdə onu canlandıran isə Uil Smith ;)
Heç cürə xoşbəxtliyə qovuşa bilməyən Chris nə qədər çalışıb-çabalasa da və uğursuz nəticələr əldə etsə də iş həyatında ümidini itirmir...Bu uğursuzluqlara tab gətirə bilməyən həyat yoldaşı onu tərk edir..Oğlu ilə başına bir çox vaqeələr gəlir..Pulsuzluqdan dolayı evdən qovulurlar,çöllərdə yaşamağa məcbur olurlar...Maddi cəhətdən öz övladına ideal ata ola bilməsə də öz sevgisi ilə o oğluna bir ideal ata olur..Onu tərk etmir..Oğlu ilə birlikdə çətinliklərə sinə gərir..Getdiyi iş yerlərindən mənfi cavablar alsa da o xəyalqırıqlığı yaşamır və həyata beş əllə sarılır..Bir reklam şirkətinə yazılır..Altı ay praktika keçdikdən sonra 20 nəfərdən yalnız birisi işə seciləcəkdi..Mən də bunu yaşamışam həyatımda..Amma Chris kimi ümidli olmamışam..Onun kimi optimist fikirlər təlqin edərək özümə davam etmədim və alınmayacağını düşünərək,uğurun üzümə gülməyəcəyini düşünərək davam etdirmədim işi...Amma təsadüflərin belə deyək şansların insanı nə vaxt insan qarşısına çıxacağı heç məlum deyil...Axırda o yüksək performanı ilə işi ilə çox reklam etdiyi üçün işə qəbul olunur...Bax budur!!!!
O göz yaşları içərinisindədir..bu xoşbəxtlik gözyaşlarıdır...Ona qovuşa bildi...O qarşısına qoyduğu məqsədinə qovuşdu...
Film insana o qədər optimist duyğular təlqin edir ki,bir anlıq insan filmi dayandırıb ümidsiz olduğu işlərin dalınca getmək istəyir...Məndə də bu belə oldu...

Kimsənin sənə bir şeyi edə bilməyəcəyini deməsinə icazə vermə.. Bir xəyalın varsa onu qorumalısan... Bir şeyi istəyirsənsə, get və qazan..

Hiç yorum yok:

Yorum Gönder