14 Ağustos 2013 Çarşamba

Kəffarə (Atonement)


Düşüncəsizliyi üzündən etdiyi bir səhv ucbatından nələrə bais olduğunu yaşı ötdükcə anlamış olan Briony iki sevəni yalnız yazmış olduğu kitabında qovuşdurur..Bir evdə böyümüş olduqları Robbini seks manyağı kimi tanıtdıran Briony bunu uşaq ağlı ilə bacısının Robbi ilə sevgi macəralarını gördüyü anda bu qənaətə gəlmişdi..Həm qəlbində ona qarşı olan qarşılıqsız məhəbbət yükü ilə həm də etmiş olduğu bir səhv ucbatından yaşamış olduğu peşmançılıq onu "Kəffarə" adlı əsər yazmağa məcbur edir..İçindəkiləri ağ vərəqlərə tökən Briony əsərin sonunda qovuşa bilməyən bu iki gənci xoşbəxtliyin qoynunda olduqlarını göstərir..
Qohumları olan kiçikyaşlı Lolaya gecə vaxtı təcavüz edən adamı Briony Robbi olduğunun düşünür..Kitabxanada bacısı ilə Robbinin olan sevgi görüntüləri,Robbinin Sisilyaya hisslərini qabarıq şəkildə büruzə vermiş olduğu məktubun Brony tərəfindən oxunulması onun Robbinin bir seks manyağı kimi düşünməsinə gətirib çıxarır..Əhavalat ikinci dünya müharibəsi zamanında vaqe olur..Robbi həbs olunur..Sevgisinin gətirdiyi həsrət ilə Sisilya ilə qovuşacağı anları düşünrək cəbhədə vuruşur..Sisilya da həmçinin yarımçıq qalmış sevgisinin,Robbinin həsrətini çəkməklə günü-günə satr..Bu həsrət dolu ayrılığın səbəbkarı 13 yaşlı bir qızın düşüncəsizliyi,hər şeyə şübhə il yanaşması ucbatından irəli gələn fikirləri olur..Amma illər keçdikdən sonra o bu səhvini anlayır..Lolaya təcavüz edənin əsl kimliyini hadisəni gözlərinin önünə təkrar-təkrara gətirərək yadına salır..Bu Leonun dostu şokalad fabrikin sahibi idi..Bu iki bəxtsiz sevgili doyuca sevgilərini yaşaya bilmdikləri kimi həyatlarını da doyunca yaşaya bilmədilər..Ömürlərinin baharında həyata əlvida dedilər..Briony yalnız özünü onlara həsr etdiyi "Kəffarə" adlı əsəri ilə ovundura bilər..Filmə baxdıqca özümü Brionynin yerin qoydum..həqiqətən də çox ağır bir peşmançılıq hissi ilə bir ömür boyu yaşamaq yaşmaq deyildir deyə düşünürəm..Artıq səni heç nə,heç kəs ovundura bilmz..
Film yazıçı Ian Makevanın "Kəffarə"adlı romanı əsasında çəkilmişdir..

Hiç yorum yok:

Yorum Gönder