22 Eylül 2013 Pazar

Asəf Zeynallı

Asəf Zeynallı  1909-cu ildə dərbəndə yoxsul ailədə anadan olmuşdur.

Onun unudulmaz mahnıları ;

Bülbül - "Ölkəm" 

Musiqisi - Asəf Zeynallı
Sözləri -C.Cabbarlı.

20 Eylül 2013 Cuma

Alexandra Cavelius - Leyla



Ac taleləri oxumaq nə dərəcədə üzüntü verirsə,bir o qədər də insanın gözünü açır..və bu romanda da mən insanlara yenidən nifrət etdim..İnsan xisləti necə olur axı bu cür vəhşi xislətli yaranır?..Yaradan axı gözəldir,ucadır..Necə olur axı yaradanın yaratdıqları içərisində bu cür vəhşiləşmiş,xəstə xislətli insanlar olur..Mən müharibəyə nifrət edirəm..Və nifrətim daha da artdı bu roman sayəsində.. Bosniya müharibəsi - Bosniya və Herseqovinada 1992-ci il aprel ayının 6-dan 1995-ci il sentyabr ayının 14-ə qədər davam etmiş müharibə. 3 ildən artıq davam edən bu müharibədə 200 000-ə yaxın insan qətlə yetirilmiş, 2 milyondan çox insan yer-yurdundan didərgin düşmüşdür. Bu müharibədə qətlə yetirilənlərin əksəriyyəti müsəlman bosniyalılar idi və müharibə onlara qarşı soyqırımı səciyyəsi daşıyırdı. Srebrenitsa və Sarayevon şəhərlərində serb və xorvat birləşmələrinin bosnalılara qarşı törətdikləri qətliam...
Bosniya və Hesoqovinyada yaşayan Bir qız vardı..Hansı ki,xəyalları,istəkləri vardı..Xəyallarının dalınca qaçmaq gücünə sahib ola bilməyəcək bir yaşda ikən onun başına həyatdakı zülmət sözünün ən kəskin formada təzahür olunan işgəncələri gəldi..Günahı nəydi?..Sadəcə müsəlman olması..Sadəcə bəxtsiz idi ki,belə bir vəziyyətə düşdü..Amma o nə etdi..Dözdü..Mən romanı oxuduqca özümü onu yerinə qoyurdum..Təbii ki bu hər əsərdə olur..və özümü onun yerinə qoyduğum da bu cür düşünürdüm..”Nəfəsimi tutub saxlayaraq özümü öldürərdim..bu cür həyatda yaşamaqdansa,çirklənmiş halda həyata davam etmkdənsə”..Amma Leya içindəki həyat eşqinin odu sön közünə kimi işardı..və sönmədi..Həyata beş əllə sarıldı..Bu roman insan vəhşiliyinin doğurduğu fəlakətləri oxuculara hər bir incəliyinə kimi açıb göstərir..Baxın,görün müharibənin fəlakətlərini..
Oxuduqca az qalırdım ki,kitabı cırıq-cırıq edim..İnsan adına ləkə olan “insancık”ların etdikləri azğınlıqlar oxucuya pis təsir edə bilər... Serblərin törətdikləri 1994-cü ilindəki fəakətlər unudulmaz..burada düşünmürəm ki,tək günahkar serblərdir..Siyasətdir günahkar..siyasətin,dövlət başında oturub da ərazi davası edənlərin münaqişəsinin acı nəticələrini sivil insanlar çəkir..
Mən bax bu aspektdən baxıram bu mövzuya..Götürək elə bizim başımıza gətirilənləri..Bütün günahlar ermənilərdəmiydi təkcə?..Xeyr!!!! Bizim dövlətin başında oturan kreslo dərdi çəkən siyasətçilərimizdə də az günah olmayıb insanlarımızın qırılmasınsda..Sözümün canı odur ki,bu mənfur siyasət nə vaxta kimi bu cür öz mənfurluqları ilə davam etsə,insanlar da bir o qədər dərd,acı çəkəcəklər..
Müsəlmanlar həmişə xristianlar tərəfindən törədilmiş bax bu cür qətliamlara,genesoidlərə məruz qalmışlar..Səbə...Sadəcə müsaəlman olmaq..Məqsərd..Sadəcə köklərini kəsmək...Səbər Türk olmaq!!!!!

Leyalanın həyat şüarı ;
“Həyatın sənə təqdim etdiyi hər şeyi al”..

Əsərdən seçmə cümlələr ;




Hər savaşda tecavüzler yaşandı ve yaşanacaqda.Ama Balkanlarda olan yeni bir şey vardı..toplu tezavüzler politikanın bir parçasıydı.Sistemati eziyetin yöntemleri vardı.Geriye kalan ruhsal ve bedensel sakatlıklardı..


İyi olmak için her gün daha fazla çaba gösterdim.Çünki insanın kendisini böylesine küçük hiss etmesinden daha kötü hiç bir şey olamazdı.Sinek pisliyinden bile daha küçük..



Savaş boyunca kaderimle uzlaşmıştım.Hep iradem dışı yaşamıştım,çünki böyle olması gerekiyordu.Kaderim beni bu günden sonra düşünmeyi zorluyordu..


Kabuslar kötü birer tohum gibi içimde yeşeriyordu..

12 Eylül 2013 Perşembe

Daş-qaşlar..




Daşlar aləmi gözəlliklərlə doludur.Mineralların gözəlliyə malik olması inkaredilməzdir..Omların müalicəsi və psixoterapik təsirindən əsrlər boyu istifadə olunub..Daşlar və digər qazıntılar haqda olan vahid elm MİNEROLOGİYA adlanır..
4000-ə yaxın mineral məlumdur..
Bunlarda bəzii minerallar..

Ən qiymətli üzük daşları ural malaxitləridir.."Böyrək"formalı malaxitlər..

MALAXİ́T [yun.] Müxtəlif xırda məmulat hazırlamaq və mis almaq üçün xammal kimi işlədilən açıq-yaşıl rəngli mineral.

 
Malaxit Mücrüsü..

 
Qranat..

Qızıl gözlə görünməyən çox kiçik dənələr şəklində rast gəlinir..ancaq bəzən onun çox iri külçəsinə rast gəlinir..Məsələn Avstraliyada 1872-ci ildə XOLTERMAN plitəsi aşkar edildi.Çəkisi 285kq..Xalis qızıl..

Minerallarla müalicə üsulları da mövcuddur..bir sahəyə Litoterapiya deyilir..


Gözlərin mikrocərrahiyyə əməliyyatı zamanı almaz daşından istifadə edilir..Almaz ucluqlu skalper ən nazik kəsikləri həyata keçirir...almaz cilalanmış halda elə də cəzb edici görünmür..Taraşlanmış almaz o qədər işıqlı və parıltılıdır ki,onun ən kiçik zərrəsi belə zərgərlikdə kara gəlir..Yəhudilər ən yaxşı taraşlayıcı ustalar,İsrail isə ən iri taraşlayıcı mətkəz hesab olunurr.Briliyantın cilalanması daşın "sayrışma" effektliyini artırır..




Zəlzələ..



Zəlzələlərin qiymətləndirilməsi 12 ballıq cədvəl üzrə götürülür..
  1. 1 Bal-(Hiss edilməyən)
  2.  2-Bal (Çox zəif)
  3.  3-Bal (Zəif)
  4.  4-Bal (Mülayim)
  5. 5-bal (Kifayət qədər güclü)
  6. 6-Bal (Güclü)
  7.  7-Bal (Çoz güclü)
  8.  8-Bal (dağıdıcı)
  9.  9-Bal (Fəlakət)
  10. 10-Bal (Məhvedici)
  11.  11-Bal (Faciə)
  12. 12-Bal (Böyük Faciə)

1949-ci ildə Tacikistanda Xait zəlzələləri..1949-cu il, iyul ayının 10-da Tacikistanda  dəhşətli zəlzələ baş verdi. Nəticədə Xait şəhəri dağ uçqunlarının və torpaq sürüşməsinin altında qalaraq, yer üzündən silindi. Rəsmi məlumatlara görə, zəlzələ 20 min nəfər adamın həyatına son qoydu.

Maraqlıdır...



  •   Dünyada istehsal edilən enerjinin 15%-i su elektrik stansiyalarının payına düşür.
  • Azərbaycanımızın içməli mineral suları;  Turşsu,İstisu,Badamlı,Sirab,Şirlan,Qızılca.
  • Azərbaycanımızda su anbarlar; Kür çayı üzərində Mingəçevir və Şəmkir.
  •   suyun mövcud olduğu digər planetlər ; Marsda buz şəklində,Veneranın atmosferində isə buxar şəklindədir.
  • Turşulu yağışlar yağarkən torpaq oksidlərlə zənginləşir,ağaclar xəstəliyə tutulur,su hövzələrində balıqlar yoxa çıxır.


  • Dünyanın ən böyük mağarası MAMONT mağarasıdır.Mağara ABŞ-daKeentukki ştatındakı Luisvill şəhərindədir.Qalereyalarda xoş mənzərə yaradan sızıntı çöküntüləri-stlaktit,stalaqmiti görmək mümkündür.


  • Qırmızı dəniz qılınc zərbəsi kimi Afrika və Ərəbistanı iki yerə bölür.Qırmızı dəniz başqa dənizlərə heç bənzəmir.Əgər Afrika və Ərəbistan milyon illər ərzində çox aralanarsa,onda burada yeni okeanın əmələ gəlməsi mümkündür. 


  • Xəzərin hövzəsinə bu dövlətlərin əraziləri daxildir ; Qazaxıstan,Ermənistan,İran,Gürcüstan,Rusiya,Türkiyə,Türkmənistan..
  • Günəş sisteminin ətrafında 9 böyük planet,bir neçə min kiçik planet və yaxud asteroid,külli miqdarda komet və saysız hesabsız hissəciklər mövcuddur.
  • Ehtimal ki,heç bir vulkan Vezuvi qədər dəhşətli hadisələrə səbəb olmamışdr.O tarixə Romanın bir neçə qədim şəhərinin -Pompey,Herkulanum,Stabi məhv olmasına səbəb olmuşdur..
  • Əvvəlcə qaz lələyini qələmlə,sonra isə polad qələmi mürəkəbə batırmaqla,avtoqələmlə,diyircəkli qələmlə,flomasterlə yazmağa başladılar.. 


  • Xəttə görə insanın xarakterini müəyyən edən-QRAFOLOQ peşəsi,sahə isə Qrafologiya.
  • Keçmişəd papirus az tapılırdı..Ona görə də bu Çində ipək,Rusiyada tozağacı qabığı ilə əvəz olunurdu.
  • Kollajlar yaratamaq..Yəni,müxtəlif təsvirləri bir-birinə uyğunlaşdırmaq.
  • ABAK-İnsanın tətbiq etdiyi birinci hesablama aləti.
  • Korlar üçün şriftin yaradıcısı BRAYL LUİ.
  • Alfred Tennison "Günahın görünməsi"poemasından. 
Hər dəqiqə insan ölür,
Ancaq hər dəqiqə
yeni insan doğulur...

  • İsti su və buxar fəvvarəsinin hündürlüyü onlarca metrə çatan bulaqlar QEYZER.
  • 1139-cu ildə Gəncədə,1902-ci ildə ildə 8dəfə Şamaxıda,2000-ci il 25 noyabr Bakıda baş verən zəlzələlər..
  • Vulkanik vilayət-İndoneziya..
  • Azıx-qədim türk dilində ayı deməkdir.
  • SƏMUM-Şimali Afrikada və Ərəbistan yarımadasında quru qızmar küləyin adıdır.
  • Qum tufanları öz yollarında maneəyə rast gəldikləri zaman hündür təpələr-dyunlar əmələ gətirirlər.Saxarada dyunların hündürlüyü  200-300 m-ə qədərdir.
  • Böyük Qafqaz-Bazardüzü 4466 м
    Şahdağ 4243 m
    Tufandağ 4191 m
    Bazaryurd 4126 m
    Quton 3648 m
    Babadağ 3629 м
    Dübrar 2205 m
Kiçik Qafqaz-Kəpəz,Qırxqız,Şuşa,Susuzluq,Murovdağ


  • Lava-vulkan püskürməsi zamanı axan odlu maye.
  • Biominerallar-canlı orqanizmlərdən əmələ gələn minerallar.
  • "İynə"nin yaranması 700-800 dərəcə C-yə qədər qaynaq,xamırvari maqmanın qalxması ilə əlaqədardır.Belə iynələr Azərbaycanın qədim vulkan əyalətlərində də müşahidə olunur.
  • Vulkan palçığının qiymətli müalicəvi əhəmiyyəti var.Palçıq vulkanın nisbi hündürlüyü 10m-dən 400-m dək olur..Planetimizdə mövcud olan 900 vulkandan (palçıq) 300-ü Azərbaycanda var.


5 Eylül 2013 Perşembe

Rusiyanın kurort şəhərləri..

Kuma çayının qolları üzərində yerləşən Pyatiqorsk şəhəri..Adı "Beş dağ" toponiminin rus dilinə tərcüməsi ilə meydana gəlmişdirPuşkin, Lermontov, Qlinka, Bestujev-Marlinski, Tolstoy,Çexov bu yerlərdə dincəlmiş; Tolstoy bu yerlərin tarixi ilə səsləşən "Kazaklar" əsərini bu şəhərdə                 yazmışdır..

Lermantovun evi..


Lermantov adına qalereya


Proval gölü





Jeleznovodsk şəhəri.






4 Eylül 2013 Çarşamba

Ən.. Самое..


Самое большое препятствие – Страх
Ən böyük maneə-Qorxu

  Самая большая ошибка – Пасть духом
Ən böyük səhv-Ruhdan düşmək

  Самый опасный человек – Лжец
Ən təhlükəli adam-Yalançı

  Самое коварное чувство – Зависть
Ən xain hiss-Paxıllıq

  Самый красивый поступок – Простить
Ən gözəl hətəkət-Bağışlamaq

  Самая лучшая защита – Улыбка
Ən yaxşı müdafiə-Təbəssüm

  Самая мощная сила – Вера
Ən böyük gec-İnam

  Самая лучшая поддержка – Надежда
Ən yaxşı dəstək-Ümid


  Самый лучший подарок – Любовь
Ən gözəl hədiyyə-Sevgi

3 Eylül 2013 Salı

Parmezan pendiri


Deməli belə..Axrıncı oxuduğum əsərdə Parmezan adlı pendir növü ilə tanış oldum..Yalnız varlığını bildim..Kiçicik araşdırmadan sonra isə onun haqqında bəzi şeyləri öyrənmiş oldum..
bu pendir İtaliya pendiridir..Həm yağsızdır,həm də çox sərt..Yağsız inək südündən hazırlanır..16 litrdən bircə kq pendir alınır.minimum 12 aya hazır olur.Aha payızda hazırlanan pendirlər sən demə yağsız olurmuş..bu növ pendirdə əsasən payız fəslində hazırlanır..və buna görə də yağsız və quru olur..Yəni,tam mənlik :)
Bu pendir sterlizavat olunmamış süddən hazırlandığı üçün tərkibindəki bütün vitaminlər ölmür..Yox,mənlik deyil bu pendir :(
   Protein,kalsium və B vitamini ilə zəngindir..






Robert Louis Stevenson - Dəfinələr Adası

Macera janrını sevməsəm də bu əsəri oxudum..və oxumağıma da peşman oldum..Açığı utanıram ki,indiyənə kimi dünyaşhrətli bu əsəri hələ mən bu yaşımda oxudum..Nə edək,belə alındı..Əsərin qısa məzmunu :

Belə ki,"Admiral Benbour"mehmanxanasında ana-oğil işləməkdədirlər..ancaq bir gün qəribə bir kapitanın mehmanxanaya gəlməsi həyatları tamamilə dəyişir..Dəniz qulduru olan flintinin gizlətdiyi dəfinən xəritəsi qoca dəniz quldurundadr..O isə heç kimə yoxuşmaz xarakterə sahib olsa da Cimə(mehmanxananın sahibinin oğlu)hərşeyi etraf edir..Ölüm ayağında ikən Puy tərəfindən öldürülərkən hər şeyi Cimə deyir..və macera başlayır..Dəniz quldurları bu dəfə isə xəritəyə sahib olan Cimi ələ keçirməyə çalışırlar..
Heyyət və Dəfinələr adasına səfər!!
Aleksandr Smollet-kapitan
Devid Livsi-həkim
Abrahim Qrey-dülgər köməkçisi
Con Treloni-gəmi sahibi
Con Hinter və Riçerd Roys-gəmi sahibinin həmyerliləri..
Bu şəxslər gəmi heyyətindəki o şəxslərdir ki,insanlıq boeclarına sahib qalaraq xəyanət etmirlər..Aşbaz Silver Con və onun quldur heyyəti xəyanət edirlər..Çünki onlara birər quldurdular..və onlara xəritə lazımdır..
Əsər bir azcıq qeyri-real olsa da oxunaqlıdır..nə mənada qeyri-real desəniz,yəni Cim Hkinsin balaca olmasına baxmayaraq bu dərəcədə qorxmaz və şücaətli olması bir azcıq qeyri-realdır..və ən əsası isə onun bəxti həmişə gətirir..Ah bu necə bəxtdir ki,mən də yoxdur :)
Əsəri oxuduqca insan hadisələrin nə yöndə dəyişiləcəyini,hadislərin nələri douracağını maraq edir..Həm insana həyəcan verir,həm də çoxlu yeni-yeni gəmi ilə bağlı terminlər :)
Cimin şücaətləri :
Gəmidə alma çəlləyinin içərisində oturduu vaxt gizlicə Silverin gizli söhbətlərini eşidərək hər şey ianlaması,gəminin lövbərini kəsməsi,gəmisəki adamları tək başına öldürməsi və gəmini              gizlətməsi,Ben Hannla tanış olması və s..  
və budur..Cim Dəfinələr Adasında :)
Şotlandiyalı yazıçı Robert Stevenson..və onun dünyaşöhrəti qazanmış əsəri..
   Oxumağa dəyər.
Kitabın mənə tanıtdırdığı yeni sözlər :

Şturman-Sualtı və suüstü gəmiləri, təyyarələri, dirijablları idarə edən mütəxəssis.

Bosman-əmi komandasının, təsərrüfat işləri cəhətdən tabe olduğu şəxs.

İllüminator-Hava və su nəqliyyatı vasitələrində şüşəli pəncərə.

İstiridyə-yeyilən dəniz ilbizi

Parmezan-pendir növü

Mürtəd-öz dinin atmış.dinsi,allahsız

Vest-hind-Şimali və Cənubi Amerika materikləri arasında, Atlantik okeanında adalar qrupunun ümumi adı. Vest-Hində Böyük Antil adaları, Kiçik Antil adaları və Baham adaları daxildir.

Çooooooox maraqlıdır,elə deyilmi? ;)