7 Ağustos 2013 Çarşamba

Ağıl Oyunları


Psixoloji bir film olan "Ağıl oyunları" biyoqrafik bir filmdir..Riyaziyyatçı John Nashın həyatından bəhs edir..
 John Nashın biyoqrafiyasına bir azca göz ataq:




John Nash Amerikalı riyaziyyatçıdır.O təhsilini bitirdikdən sonra doktorluq müdafiə etmək üçün Princeton Universitetində fəaliyyət göstərmişdir.İyirmi bir yaşında hazırladığı nəzəriyyə ona uzun illərdən sonra 1994-cü ildə Nobel mükafatını qazandırmışdır.Otuz yaşına qədər parlaq fikirləri sayəsində sürətlə yüksəlmiş,tanınmış riyaziyyatçı olmuşdur.Elə bu ərəfələrdə də arvadı Alicia Larde ilə tanış olmuş və onunla evlənmişdir.Nashın şizofreniya problemləri başlamadan qısa müddət əvvəl cütlüyün bir oğlu dünyaya gəlmişdir. John Nash eyni zamanda soyuq müharibə dövründə ordu adına şifrə həlledicisi olaraq çalışmışdır.Xəstəliyinin ilk əlamətləri 1958-ci ildə görülməyə başlamışdı.Bir otaq yoldaşının olmamasına baxmayaraqr ondan bəhs edib ətrafındakıları qorxutmuş və otaq yoldaşıyla xəyalında etdiyi söhbətlər onun şizofreniya xəsətəsi olduğunu ortaya çıxarmışdır.Daha sonra bu xəstəliyi öz zəkasını istifadə edərək məğlub etmşdir.Cütlük 1963-ci ildə boşanmış və 1970-ci ildə təkrar bir araya gəlmişdir.Tez-tez küsüb-barışan cütlük özləri haqqında "Eyni evdə iki özgə" oxşatmasını etmişdilər. Nash 1994-cü ildə Nobel Mükafatını qazandıqdan sonra cütlük 1 İyun 2001-ci ildə təkrarəran evlənmişlər...

Fillm İkinci dünya müharibəsi dövrlərindən 1994-cü illər arasındakı illər ərzində cərəyan edir.Gənc yaşlarından halusunasiyalar görməyə başlamışdır..İlk əvvəllər Almaniyada olan və sonradan Rusiya tərəfindən ələ keçirilən bir bombanın şifrəsini qırmaq kimi bir tapşırıq aldığını düşünmüş və bunun stressi altında yaşamışdır..O daima hökümət adına gizli bir iş gördüyü xəyalı ilə yaşayırdı.Saysız insanın ölümünün əleyhinə olaraq gizli şifrələri deşifrə etmək onun üçün bir məqsəd olmuşdu..Artıq bu xəyalındakı yaşadığı cəsusluq ona psixoloji gərginlik gətirməyə başlamışdı..Ətrafındakı hamıdan şübhələnirdi..John Nash artıq öz xəstəliyinin fərqində idi..Bunun həllini isə xəstəxanda yatıb müalicə alaraq həll etmədi..Gördüyü xəyali adamlardan Parcherdən, Charlesdən öz iradəsi sayəsində uzaqlaşmağa başladı..və beləliklə şizofreniya xəstəliyi ilə bilikdə yaşamağa başlamış oldu..Filmdən sitat :


"Mən sanki beyin dieti edirəm..Bəzi görüntülərdən uzaqlaşdrıram özümü.."


..və beləliklə gənc illərində gördüyü bəzii işlərinə görə 1994-cü ildə Nobel mükafatına layiq görülür..Nobel nitqində isə öz həyat yoldaşına minnətdar olduğunu vurğulayaraq belə deyir:


"Sən Mənim Məntiqimsən".


Olduqca maraqlı film olan "Ağıl Oyunları" həm biyoqrafik həm də psixoloji olduğuna görə və bu iki janr da mənim sevdiyim janrlar olduğundan çox maraqla izlədim..
Baş rol oyunçusu Russell Crowe isə öz aktyorluq məharəti ilə canlandırdığı obrazın öhdəsindən gələrək möhtəşəm rol yaratmışdır..


Hiç yorum yok:

Yorum Gönder