5 Ağustos 2013 Pazartesi

Per Laqerkvist "Toy"


Həyatda iki nəfərin öz həyatlarını birləşdirərək məhəbbətlə bir-birlərinə bağlanmağının gözəlliyini qələmə almışdır yazıçı "Toy" adlı hekayəsində..

• Bizim dünyəvi həyatımızda iki nəfərin qovuşmasından,Tanrı qarşısında görüşərək öz ittifaqlarını ilahinin taxtı-tacı önündə bağlamasından əhəmiyyətli bir hadisə ola bilərmi?Eh,çoxları,yəqin,bu təntənənin əsl mahiyyəti üzərində heç düşünümr,ona şənlik,çalıb-oynamaq,gülmək bayramı kimi baxırlar.Əlbəttə,bu düzdür,indi elə o özü də sevinirdi..

Ailə həyatı qurmaq elə önəmli bir şeydir ki..Çünki sən həyatı boyu bir insanla sıx bağlarla bağlı olub,onunlar bir həyatı bölüşməyə boyun əyirsən..Həyatının bütün dərinliklərinə hüzur edə biləcək insan olur o sənin həyatında..Düşünürəm ki,ailə həyatı qurduğumuz zaman məntiqin və ürəyin fikirlərindən faydalanmaqda yarar vardır.. Məhəbbətə arxalanmayıb məntiq evliliyi edən şəxslər də nə vaxtsa aşiq olmamaqdan sığortalanamayıblar...
Bir vaxtlar tənhalıq içərisində boğulan Fridanın artıq öz həyatını,taleyini sevdiyi ilə bağlayaraq ərə getmsi onun üçün xoşbəxtliyini pik nöqtəsi idi..O xoşbəxtlikdən uçurdu.Çünk tənhalıqdan xilas olurdu..Tənhalıq dünyasından..Hansı ki,o dünyada hamı özünü dəyərsiz,pis hiss edir..Kiməsə lazım olmadığını düşünür..Məhəbbət hissini yazıçı əsərdə İlahi bir qüvvə kimi göstərir..O hiss elə bir hissdir ki,onu insan duyduğu andan etibarən həyatı dəyişir..Həyat gözündə məna qazanarır..

• Uzun müddət bir-birlərinə sarılırlar...Beləcə uzun müddət dururlar,o qədər dururlar ki,zaman anlayışı içlərini dolduran xoşbəxtlikdə qətiyyən hiss olunmur..

Hekayənin mənə dərk etdirən və ya belə deyim ömrümdə heç vaxt yaşamadığım məhəbbət hissini bu hekayədəki bu cümlə vasitəsilə his etdim sanki..
Məhəbbət şüura tabe deyildir..Əgər işin içində məhəbbət varsa artıq hərəkətlərin,duyğuların ağlınla hesablaşmayacaq,ona tabe olmayacaq..Məhəbbət səni idarə edəcək..Bunu yazıçı deyir..

• Məhəbbətin özünü dili olur.Böyük,ilahi məhəbbət,varlığı ilə hər şeyi işıqlandırır,şüura sığmadığından ona tabe olmayan bir möcüzə..

Sonda isə iki sevgili toy yorğunlğunu bir-birlərinə vyaşatdıqlaı nəvazişləri ilə öldürb şirin yuxuya dalırlar..Bundan böyük xoşbəxtlik??

Hiç yorum yok:

Yorum Gönder