5 Ağustos 2013 Pazartesi

Musiqi həyatdır..


Bu dünyada insanların dərdləri azmış kimi bəstəkarlar da elə təsiredici musiqilər bəstələyirlər ki,insanın dərdləri lap da təzələnir...Bu onların uğurlarıdır ki,öz yaratdıqları ilə insanların daxili dünyalarındakıları nələrisə hərəkətə gətirirlər..Kimisinin dərdini təzələyir,kimisini dərdlinin halını anlamağa vadar edir,kimisini duyğulandırır,kimisinə acı verir..Bu ilahi gücə sahib bəstəkarlar birər təbib kimi öz yaratdıqları,nota köçürtdükləri ilə insanın daxili dünyasında nələrsə qurur,nələri isə dağıdır..Musiqi ruhun qidasıdır deyirlər..Bu ilahi qüvvələr olmasaydı görəsən nə olardı..Ruhumuz aclıqdan nə hala düşərdi?...Qüdrətli Allahımız nə yaxşı ki,ruhun dərmanını,qidasını yaradan bəstəkarlara bu cür istedad verərək yaratmışdır...İlahi qüvvə adlandırıram bəstəkarları..Çünki Allahın bir bədənə ruh verib yaratdığı kimi onlar da notlara can verərək birər "canlı" təbib yaradırlar..Bir baxın..Sevincli günümüzdə musiqi,kədərli günümüzdə musiqi...İnanmıram ki,həyatda bu cür gözəllikdən kənar şəxs olsun..Bəzən hansısa musiqi bizləri daldırır...Ta uzaqlara..Təbii ki,bu da musiqinin gücündən aslıdır...Hər yaradılana musiqi əsəri,ruhun qidası demək olmaz..Bəyəm günümüzdə səviyyəsiz musiqi və mahnılar azdırmı?!...Yazlnız onları ərsəyə gətirdikləri nota yığınından ibarət olan səviyyəsiz "musiqi"lərinə görə qınaya bilərik... Bəstəkarların yaratdıqları bu qüvvələri bir də bizə çatdıran əsrarəngiz səslərə sahib olan musiqi alətləridir.Hər birinin öz cəlbedici melodiyası,səsi..Gələn yazılarımda dərin axtarışlar nəticəsində ərsəyə gətirəcəyim musqi alətləri haqqında yazı mütləq olacaqdır...

Hiç yorum yok:

Yorum Gönder