4 Ağustos 2013 Pazar

Per Laqerkvist "Varavva"


İlk öncə nobel mükafatı  laureatı yazıçı haqqında qısa məlumat verim..İsveç yazıçısı olan bu dahi Danimarkada,Fransada yazıb-yaratmışdır.Başqa dövlətlərdə yazıb-yaratsa da İsveç xalqının yazıçısı hesab olunur..Onun məşhur əsərlərindən biri olan "Cırtdan"alleqorik əsəri isə bütün mənfi xüsusiyyətləri özündə daşıyan cırtdan obazınının timsalında Hitleri göstərmişdir.. Onun "Varavva"əsəri haqqında: 

Mövzuya başqa prizmadan yanaşılmış bir əsər..Per Laqerkvist bu əsərində Ponti Pilatın "Bu iki insan arasında seçim edin,hansını edam edək"deyərək əhalini seçim qarşısında qoyduğu Varavvadır ki,İsa Məsihi də xalqın istəyi ilə onun yerinə edam etmişdilər..Təhalıqda günlərini keçirən,üzü çapıqlı bu Varavva onun edam olunmasından sonra həyatda bunun tənəsini müxtəlif yollarla çəkməyə başlayır..Allaha inanmayan bu şəxs ömrü boyu İsa Msihin onun yerinə edam olunmasını qəbul edə bilmir..Yazıçnını əsərdə verdiyi mesaj inancın insan həyatıdakı mütləqliyindən ibarətdir..İnancsız insan yaşa bilməz..Əsəri oxuduqca mütəmadi olaraq öz inanclarına görə həyatda nələrəsə ümid edənləri,ona inanaraq,sitayiş edərək uşaq saflığı ilə nələrinsə onun qüdrəti ilə yerinə yetirələciyinə inanır və ümid bağlayırlar..Belə obrazlardan biri Varavva ilə eyni bir katorqada olan qul olur..O İsaya ruhən bağlı olur və daima ona sitayiş edir..Həyatında yaxşılığa doğru baş verən nələrisə onun sayəsində olduğunu düşünür..Başqa birisi isə dovşandodaq qız obrazıdır ki,o da eynən İsa Məsihə ibadət etməklə gələcəkdə onun zühur etməsiylə onun görünüşünün dəyişəcəyi günə ümid bəsləyir,bunun xəyalı ilə yaşayır..Bu kimi inancların mənim fikrimcə insan həyatında çox mühüm rolu vardır..Sanki insana bu kimi inanclar da psixoloji cəhətdən təsir edərək ümidləndirir.Bizim hər hansı bir işimiz üçün də Allaha əl açıb yalvarmağımız,dua etməyimiz və ümid dolu gözlərlə duamızın qəbul olunmasını gözləməyimiz buna bais nümunədir..İnsan inancsız yaşaya bilməz..Amma o yaşayırdı..O həmişə tək olub,amma bunu sonradan anlamşdı..Tənhalığı onu içdən yeyib-bitirdiyi bir anda.Zülmət içində addımlayardı,nə yerdə nə də göydə bir kimsəsi olmayan bu şəxs elə sonda da İsa kimi çarmıxa çəkilərək ruhunu azad edir..Əsər elə bir dillə yazılıb ki,inanmıram ki,bunu hamı oxuyub anlayaraq "çox gözəl əsər idi"sözlərini desin..Per Laqerkvistin qələmini bəyənirəm..Həmişə o öz əsərlərində fəlsəfi düşüncəsi ilə oxucusuna nələrisə çatdırmğaa çalışır..Bu yazıçının pessimst olması,öz tanrısını axtarması məndə bu yazıçıya qarşı şiddətli maraq oyatmışdır..Əsəri isə hər bir kəsə şiddətlə oxumağı təklif edirəm..Həmçinin bu əsərin filmi də vardır..Mütləq qısa axtarışdan sonra izləməyi düşünürəm..  

Hiç yorum yok:

Yorum Gönder