4 Ağustos 2013 Pazar

Henrix Böll "O illərin çörəyi"


Əslində oxuduğumuz bədii əsərlərin çoxusu çox da təxəyyül məhsulu deyildir..Hər biri yazıçı nələrdənsə ilham alaraq qələminə güc verir..Gördüklərini,yaşadıqlarının,müşahidələrinin meyvələri olur əsərləri..Hər bir yazıçının həyatını heç bir yazılmış biyoqrafiya yazıçının əsəri qədər bizə onu tanıtdıra bilməz..HAYNRİX BÖLL.. Haynrix Böll 1917-ci ildə Reyn çayı sahilində anadan olmuşdur..Dünya şöhrətli,nobel mükafatı laureatı olan yazıçının əsərlərinin tərkib hissəsi əsas etibarı ilə müharibə illərinə aiddir..O illəri yaşamış,faşist rejiminin sərt qanunları altında həyat sürmüş yazıçı sonradan yaşadıqlarını,müşahidələrini,o illərin alman həyatını əsərlərində obrazlı şəkildə göstərmişdir..Yazıçı əsasən müharibənin dəhşətlərindən yazmışdır.Onun gətirdiyi bədbəxtliklərdən,fəlakətlərdən..Və ən əsası aclıqdan..Hal-hazırda söhbətini edəcəyim əsəri olan "O illərin çörəyi"əsəri o illərin yəni müharibəinin ağrılı günlərinin həsrətli çörəyinin gətirdiyi aclı duyğulardan danışılır..Əsərin məğzi budur..
"Ağır həyat şəraiti və aclıq,mənəviyyatsız insanların tuşuna gəlmiş ac insanlar"..
Əsərin baş obrazı Valter Frendirixin məhəbbəti üzərində qurulmuş bir əsərdir..bu əsəri mən psixoloji əsər janrına da aid edirəm..Çünki əsər baş obrazın fikilərindən ibarətdir..Həyata baxdığı pəncərədən əsəri oxuduqca biz də baxmış oluruq və tamam başqa yad,bizə məlum olmayan bir insanın pəncərəsindən dünyaya boylanırıq..Bu çox gözəl,sehrli bir duyğudur..Bunu bizə yaşadanlar isə yazıçılardır..Dünyaya başqa birisin gözüylə bir-iki günlük baxmaq..Mən də eynən bu əsəri oxuyarkən o hissləri yaşadım..Və ən əsası hadisələrin də başqa,yad bir aləmdə,ölkədə baş verməsi bizi həmin yad yerlərdə özümüzü hiss etməyimizə gətirib çıxarır..Necə deyərlər sanki pulsuz səyahət etmiş oluruq..Adını birinci dəfə eşitdiyimiz küçələr,mağazalar,dükanlar,mehmanxanalar,evlər.. Belə ki,Valter keçmişdə bu aclığın qurbanı olmuşdur..Onun yaşadığı bu aclıq hissini yazıçı bu cümlələrlə çox gözəl ifadə etmişdir..

¨ Aclıq mənə hər şeyin dəyərini öyrətmişdi.Düknalardakı təzə çörək ağlımı başımdan alırdı.Axşamlar mən saatlarla küçələri dolaşaraq,yalnız bir şey haqqında düşünürdüm-ÇÖRƏK.Çörək görəndə gözələrim parıldayır,çörək görəndə dizlərim bükülürdü.Mən içimdə bir ac canavarın baş qaldırdığını hiss edirdim.Çörək.İnsanlar nəşəxor olan kimi,mən çörəkxor olmuşdum. Daxilimdə vəhşi heyvan kimi məskən salmış aclıq,yeməklərin qoxusuna tab gətirmirdi,o qarnımda üsyan qaldırırdı və bu vaxt nəsə turş və isti bir şey içimdən boğazıma gəlirdi... O illərin ağırlığını yaşamış,görmüş,duymuş yazıçı öz şahidi olduqlarını bəlkə də yaşadıqlarını bu cümlələrlə ifadə etmişdir.Aclıq insanı nələrə məhkum edir?Aclıq Volteri bir çox şeylərə məruz qoymuşdu..Atasının kitablarını satmaq.. ¨

"Bəli bu yeddi il mənə şeylərin qiymətini çox yaxşı öyrədib və buna görə mənim "ucuz" sözündən xoşum gəlmir.Dünyada ucuz şey yoxdur,çörəyə qoyulan qiymət isə həmişə lazım olduğundan artıqdır. Valter zaman keçdikcə işləmiş,pul qazanmış-yüksəlmişdi...Hətta sahibkarın qızı ilə evlənmək istəyi belə vardı..Ancaq şəhərə gələn nəzərində sarışın qız kimi qalmış illərdir görmədiyi Hedviqi görənəcən..artıq o mənasız həyatı gerdə qalan Volter yeni həyata atılmışdı.."

¨ Mənim keçmiş həyatım artıq yer üzündə olmayan bir adam üçün düzəldilmiş mürəkkəb maşın kimi,sürətlə getməkdə idi.Mən artıq yer üzündə yox idim və mənsiz yola düşmüş o maşın gedə-gedə dağılıb tökülürdü.Vintləri yerindən qopub çıxır,porşenləri közərib yanır,dəmir hissələr qopub ətrafa səpələnir,yanıq qoxusu gəlirdi... ¨ İndi keçmiş məndən çox uzaqda idi və daha olub keçənləri xatırlamaq mümkün deyil.Öz maşınımda necə vağzala gəldiyimi təsəvvür eləyə bilsəm də,Hedviqsiz gedən adamı özümə oxşada bilmirdim.Mənə elə gəlirdi ki,o adam mənim əkiz qardaşımdır,onunla biz iki yerə bölünmüş alma kimi bir-birimizə oxşayırdıq,lakin bizim aramızda bundan başqa heç bir uyğun cəhət yox idi. Hamısını bir yerə cəmləyəndə adına həyat deyilən hələ başlamamış gələcək günlərdə də mən bu qızla bir yedə olacaqdım. Əsərin kulminasiya nöqtəsi Volterin sahibkaın qızı ilə keçmişdəki olan hadisələr üzərinə qurulmuş söhbətdədir...Sahibkar Vikveberin fırıldalıqları simicliyi,mənəviyyatsızlığı işçiləri aclıq ilə üz-üzə qoyması..."

¨ Öz əlində tutduğun o maaş cədvəlini götür,bir də bax,-dedim-diqqətlə bax:yazdığın soyadları bir də oxu,ucadan kilsədə dua oxuyan keşişlər kimi ehtiramla oxu və hər soyadı oxuduqca de:"Bağışla bizi".Sonra bütün bu soyadları topla və alınan rəqəmi min kömbə çörəyə vur,alınan hasili bir daha minə vur,onda görəcəksən ki,bankda hər gün üst-üstə gələn pullarla birgə sənin atanın adına da nə qədər lənət yığılıbdır.Bu lənətlərin sayını nacaq bir şeylə hesablamaq olar.Çörəklə,o illərin çörəyi ilə; illər mənim xatirimdə qatı dumana bürünübdür,sizin verdiyiniz o şorba axşamlar işdən qayıdanda isti və turşumuş zəhərə dönüb tramvaylarda bizim ağzımıza gəlirdi,zəifliyimiz,güçsüzlüyümüz,mədələrimizin hıçqırtısı ilə birgə içimizdə baş qaldırırdı.Bizim həzz aldığımız bir şey vardısa o da nifrət idi. "
     
       Əsər mənə bir şeyi təlqin etdi..Kasıbçılq,aclıq və onun gətirdiyi üzüntülü səhnələr...Volterin atası ilə hər bazar ertəsi bir kömbə çörək alması..Volterin hər bazar ertəsinin o çörəyə görə səbirsizliklə gözləməsi...Və Klara obrazı isə gözdəm oldu...Aclıq ilə savaşanlara xəstəxananın pəncərəsində gizlincə yemək paylayan bu şəxs "Bəzən qanunları insanın içindəki mərhəmət hissinin baş qaldırması ucbatından pozması heç də hüqquqpozuntusuna gətirib çıxarmaz" fikrini düşünməmə vadar oldu.

¨ Klara bacıdan sonra çox az adamlar tapılmışdı ki,mənə bir şey verib əvəzini istəməsin.Yalnız atam,anam və bəzən də fabrikdə işləyən qızlar,qadınla Əsərdə yazıçının Volterin dili ilə həyatı saat vasitəsi ilə obrazlı şəkildə gözümüzün önündə canlandırmasından həzz aldım...Əsərin mənə bəxş etdiyi ən böyük hədiyyə bu cümlə və bu cümləni dərk edərək məndə yaratdığı fikirlər oldu..."

¨ Mən hərdən qolumdakı saata nəzər salırdım,lakin saatın nə böyük,nə də kiçik əqrəbinə baxırdım.Elə bil gözlərim yalnız aşağıda,altı rəqəminin üstündə,sanki,təsadüfən çəkilmiş balaca dairəni görürdü.Yalnız bu dairəcik mənə vaxtı göstərirdi.Yalnız bu dairəcikdə fırlanan balaca əqrəb məni narahat edirdi.Balaca əqrəb sürətlə tərpənirdi,o,nəsə gözəgörünməz bir şeydən nazik təbəqələr yonub töküb ayrıca bir mexanizmə bənzəyirdi-onun doğrayıb tökdüyü şey vaxt idi;balaca əqrəb boşluğu burur,oyur və həmin boşluqdan narın toz qoparırdı və sehirli ovuntu üstümə səpələnərək məni tərpənməz bir şalbana çeviriridi... O(Hedviq) öz çarpayısında saniyə əqrəbinin boşluqdan oyub tökdüyü gözəgörünməz toza bürünərək yatırdı.. "

Ümumilikdə götürsək əsər sözsüz ki,çox xoşuma gəldi..Belə psixoloji əsərləri oxumaq-kiminsə pəncərəsindən dünyaya baxmaq-mənə hədsiz dərəcədə xoş gəlir..

¨ Palto o qədər yaşı idi ki,ondan otun ətri gəlməliydi.Qızın saçları qara bir şiferli damın yağışdan sonrakı rənginə çalırdı,onun ağ sifəti hələ parıltısı solmamış büllur divarda mahir bir əllə işlənmiş təzə boyanı xatırladırdı. ¨ Əşyaların bircə doğru əksi varsa,o da gözəgörünməz kamerada,yəni Allahın insana bəxş etdiyi şüur və idrakdır... ¨

"O illər yuyulduqdan sonra balacalaşmış bir köynək kimi məni sıxırdı... "

1 yorum: