28 Ağustos 2013 Çarşamba

Lev Tolstoy üçləməsi


Lev Tolstoy "Uşaqlıq", "Yeniyetməlik" və "Gənclik" adlı üçləməsi ilə ədəbiyyat aləminə gəlmişdir..Onun bu üçləməsində xatirələri yer alır..Bu cür psixoloji əsərləri çox sevirəm...Çünki hansısa insanın dünyasına daxil olub,düşüncələrini oxuyursan..bu əsəri isə lap çox bəyəndim və böyük həvəslə oxudum.Çünki daxili dünyasına daxil olduğum şəxs dünyaşöhrətli bir insandır..ziddiyyətli bəzən məntiqsiz bəzən gülməli bəzən isə insanı heyran edən fikirlərlər dolun olan bu əsər mənim üçün öz yerini tutdu..bu yer ən üstlərdədir..Əsərin bəzən elə cümlələri olurdu ki,anlamaqda çətinlik çəkirdim..

UŞAQLIQ ;
 Əsərin birinci hissəsində Tolstoy öz uşaqlıq illərindən danışır...Karl İvaniç,Nataşa Savişna,atası,anası,qardaşı və s haqqında..Atası ilə kəndlərini tərk dib Moskvaya yol aldıqları vaxt o anasından ayrıldığı zaman çox həssas hisslər yaşayır...Bir müddət keçdikdən sonra anasının ölüm xəbəri isə onun uşaqlıq dövründəki ilk dərdlə üz-üzə gəlməsinə səbəb olur..O ilk dəfə "dərd"məfhumu dərk edir və hiss edir..Və ilk məhəbbəti də bu yaşlarda yaşamış olur.Əslində buna heç məhəbbət də demək olmaz..Sadəcə xoşlanmaq..
  • Sevimli bir adamın üzündəki cizgilərin xəyalında canlandırmağa çalışdıqda insanın başında o qədər xatirələr oyanır ki,bu cizgiləri göz yaşları içərisində göründüyü kimi dumanlı görürsən.Bu,xəyalın axıtdığı göz yaşlarıdır..
  • Mənə elə gəlir ki,üzün gözəlliyi deyilən şey təbəssümdə cəmlənmişdir : Əgər təbəssüm üzün gözəlliyini artırısa bu üz qəşəngdir ; əgər təbəssüm üzün ifadəsini dəyişmirsə o adi bir üzdür ; əgər sifəti korlayırsa bu,pis üzdür...
  • İki ən yaxşı sifətin-məsum bir şənliyin və sevməyə hədsiz ehtiyacın-həyatda yeganə bir arzu olduğu vaxtdan da gözəl bir vaxt ola bilərmi?
  • Utancaqlığı hiss etmiş olanlar bilirlər ki,bu duyğu vaxta nisbətən düz proporsional,qətiyyət isə tərs proporsionaldır ; yəni bu vəziyyət nə qədər çox davam edərsə bir o qədər qarşısıalınmaz olur və qətiyyət bir o qədər də azalır..
  •  Utancaq adamlar ona görə əzab çəkirlər ki,başqalarının onlar haqqındak rəyini bilmirlər ; bu rəy necə bir rəy olursa-olsun aydın sürətdə ifadə edilər-edilməz iztirab da yox olur..
  • Adi sədaqətin köhnəlmiş hissini sirlər və məchulluqlarla dolu olan məhəbbətin təravətli hissi ilə dəyişmək məni sevindirirdi..Bundan əlavə eyni zamanda sevgilini atmaq və yenidən vurulmaq-əvvəlkindən ikiqat şiddətlə sevmək deməkdir..
  •  Şöhrətpərəstlik insan təbiətinə elə aşılanmışdır ki,ən qüvvətli kədər çox nadir hallarda ona üstün gələ bilər.Kədərdəki şöhrətpərəstlik insanın özünü məyus,ya bədbəxt,ya da səbatlı göstərmək arzusu ilə ifadə olunur ; etiraf etmədiyimiz,lakin demək olar ki,heç bir zaman ən kədərli dəmlərimizdə belə bizi tərk etməyən bu alçaq arzuların bu kədərin qüvvətini,ləyaqət və səmimiyyətini məhv edir..


                                                              YENİYETMƏLİK ;
 Hey düşüncələr içərisində boğulur..İnsan münasibətləri üzərinə qurulu olan düşüncələri nə qədər doğru olmasa da getdikcə düşüncələrində dəyişiklik baş qaldırır..Bu dövrdə o qardaşını izləyir..Onun hərəkətlərini,ondan uzaqlaşmasını aydınca sezir..Və onu bir sıra şeylərdə təqlid edir..Bəzən hamının ona nifrət etdiyi düşünür.. Artıq yeniyetməlik dövründə köhnə mürəbbisi olan bədbəxt Karl İvaniçdən ayrılır.və onun yerinə franszı bir qadın keçir.. St.-Jerome onun yeni mürəbbisidir..O bu mürəbbiyə o dərəcə çılğınlıqla nifrət edir ki,hətta onu boğa da bilər..Əsər o qədər səmimi yazılıb ki..Bütün hisslər öz çılpaqlığı ilə..bəzən onun bir insana olan nifrəti hətta onu pis iş görməyə belə vadar etdiyini deyir..Qardaşı Volodyanın doslarından biri ilə sıx dostluq qurur...və bu dostluqdan doğan xoşagəlməz hallar..Ardı Gənclik dövründə ;)
  • Bir sözlə ağılın işləməkdən boyun qaçırıb,xəyalın üstün gələrək,təəsürat axtardığı dəqiqələrdən birində..
  • Mən əminəm ki,insanın istiqamətinə heç bir şey onun xarici görkəmi,həm də xarici görkəmindən daha çox onun çirkinlik və ya gözəlliyi olan inamı qədər dərin təsir etmir..
  •  Ədalətsizlik haqqında ağlıma gələn fikir,yağışdan sonra yumşaq torpağa düşən həyasız bir toxum kimi sürətlə böyüməyə,kök atmağa başlamışdı...
  • İnsanın beynində və təsəvvüründə heç bir iz buraxmadan gəlib-keçən saysız-hesabsız düşüncə və xəyallar içərisində elələri vardır ki, onlar dərin və hissedilən şırımlar buraxır..
  • İnsan zəkası,mənəvi fəaliyyətin zavallı və miskin yayıdır..
  • Mücərrəd düşüncələr,müəyyən bir anda ruhi bir vəziyyəti insanın öz şüuru vasitəsilə dərk etməsi və onu yadd saxlamaq qabiliyyəti nəticəsində əmələ gəlir...


                                                                        GƏNCLİK ;
  Bu iki dost o dərəcədə bir-birlərinə yaxın idilər ki,aralarında heç bir sirrin gizli qalmamasına   belə söz vermişdilər...Mühakimələr yürüdərək,söhbət və ən əsası bir-birlərinə sirlərini etiraf edərək dosluqları davam edirdisə də bir gün..


 "İki adam arasındakı ehtiras dumanı mühakimənin aydın şüaları ixtiyarsız olaraq bu dumanı dəlməyə başladıqda və sevdiyimiz adamı həm qüsurları,həm də məziyyətləri ilə birlikdə həqiqi şəkildə gördükdə,bir para qüsurlar gözlənilməz bir şey kimi parlaq,şişirdilmiş halda gözümüzə çarpar,yeniliyə olan eşq hissi və başqa bir adamda kamilliyin mümükün ola bilməsi ümidi sevdiyimiz əvvəlki adamdan bizi nəinki soyumağa və ya bəlkə də ona nifrət etməyə,yeni yoldaşlar axtarmağa həvəsləndirər.."


 Bu fikri doğruldacaq bir pis hadisə onları bir-birlərindən uzaqlaşdırır...Və mən bir daha əmin oluram ki,hər hansı bir şəxsə bütün sirlərini  açacaq dərəcədə yaxın dost olmaq düzgün bir qərar deyildir..bu səfehlikdən başqa heç nədir...Sən sanki bu hərəkətinlə öz azadlığını ona təslim etmiş olursan..
Artıq bu dövrdə o universitetə hazırlaşır..Qarşısında bir sıra məqsədlər var..amma oxuduqca,onu daxili aləminə daldıqca görürük ki, təbiətə olan vurğunluğu onu dərslərdən kənarlaşdırır..Saatlarca bir quşamı,bir ağacamı və ya günəş parılısına və ya ay işığına dalır..
 İmtahanları uğurla verib universitetə qəbul olunur...və ilk mühzirə günündən ətrafında olan tələbə yoldaşlarına yuxarıdan aşağı baxır...O elə zənn edir ki,o dvoryan ailəsinə mənsubdursa  o hamıdan hər bir şeyə görə üstündür...hər şeyə görə..gəncliyində bu düşüncədə olur...O elə düşünür ki,Comme il Faut olmaq özü bir məziyyətdir..."Mən yuxarı təbəqəyə sahibəmsə daha heç bir şeyə görə əziyyət çəkib qazanmaq lazım deyil..Fransız dilin təmiz danışıram,dırnaqlarım təmizdir,geyimim şəhanə..Mən üstünəm.."
Amma ətrafındakı insanları görüb,onlar arasındakı sıx dosluğa nəzər yerirb anlayır ki,əslində o hamıdan da aşağı səviyyədədir..Fikirlər bax beləcə formalaşır.
 Məhəbbət mövzusunda isə tərəddüdlü fikirlər içərisində çuğlayan fikirləri ona doğru fikir seçimində qənim kəsilir...O Soneçkanı həqiqətən də sevirmi..
 Bəzən o dərəcədə saf xəyallara qapılır ki,insan lap məəttəl qalır.yəni bir vatlar dünyaşöhrətli yazıçı Tolstoy bu kimi bəsit,saf xəyallar ardınca qaçırmış..Artıq bu yaş dövründə o ögey anaya sahib olur..bəzən nifrət,bəzən heyranlıq hissi baş qaldırır..
  •  Onun əlləri də,oturuşu da,boynu da,xüsusilə peysəri və dizləri mənə o qədər iyrənc,o qədər təhqiramiz görünürdü ki,bu anda məmnuniyyətlə ona hətta böyük bir pislik edə bilərdim.
  •  Vasvası adam təbiət haqqındakı kitabı oxuyub mümkün olan bütün xəstəliklərin əlamətlərini özündə tapdığı kimi hər bir romanda təsvir olunan ehtirasları özümdə tapır,onlardakı bütün xarakterlərin,qəhrəmanların və qəddar adamların mənə oxşadıqlarını düşünürdüm..
  • Məhəbbət özündə olmayan bir şeyi başqasınınn vasitəsilə əldə etmək arzusudur..
  •  Üfüq cəhətdən məhdud olan mənzərə heç bir vəchlə gözəl ola bilməz..
  •  Bayağı komplimentlərdən biabırçı heç bir şey olmadığı kimi,bəzi nəzakətsiz doğruluqdan da sevimli və orjinal bir şey yoxdur..
  •  Ay işığında mən yatağımdan qalxmaya və bağçaya açılan pəncərədə uzanıb ay işığına qərq olmuş Şapoşnikovun evinin damına və bizim məhəllə kilsəsinin qəşəng zənginə,hasar və kolların bağça cığırına düşmüş axşam kölgələrinə baxmaya bilməzdim,bu vəziyyətdə uzun müddət oturmaya bilməzdim ki,sonra da yalnız səhər saat onda yuxudan güclə qalxardım..
  • Keçmiş haqqındakı xatirələrimin dairəsi nə qədər tutqun olurdusa,indinin parlaq və təmiz nöqtəsi bu dairə içərisindən bir o qədər təmiz və aydın görünür,gələcəyin al-əlvan rənkləri artırdı...
  • Gənclikdə bütün ruhi qüvvələr gələcəyə doğru can atır və bu gələcək keçmişin təcrübəsinə yox,təsəvvür edilən səadət imkanına əsaslanan ümidin təsiri altında elə müxtəlif,elə canlı və elə başgicəlləndirici şəkillər alır ki,gələcək xoşbəxtlik haqqındakı məfhumlar və kamil xəyallar bu yaşda artıq həqiqi xoşbəxtliyi təşkil edir..
  • Adamların həddindən artıq bir-birlərini tanımaları və ya az tanımaları onların yaxınlaşmasına eyni dərəcədə mane olur..
  • Hiss məsələsində həqiqətdən uzaqlıq həqiqətin ən doğru əlamətidir..

Hiç yorum yok:

Yorum Gönder