4 Ağustos 2013 Pazar

"Nizami" filmi


Bu gün ssenari müəllifi İsa Hüseynov,rejissoru isə Eldar Quliyev olan "Nizami" filmini izlədim..Bu cür sənədli filmləri çox sevirəm..İnsana hansısa bilikləri,bilmədiyi hansısa məlumatları aşılamış olur..Kitablardan oxuduqlarımızı əyani şəkildə bizə çatdırır...Görsəl olaraq görüb,o dövrlərə səyahət etmiş oluruq..Təbii ki burada aktyor və aktrisa performanslarından,təbiiliyindən də çox şey aslıdır..Bu film sayəsində Müslüm Maqomayevin aktyorluq qabiliyyətinin şahidi oldum..Bu insan sanki bu rol üçün doğulub..Baxışları ilə rolununun öhdəsindən gəlib..Mükəmməl idi..Film Nizami Gəncəvinin mənəvi dünyasını,fikirlərini,ideallarını göz önünə gətirərək onun fəaliyyətindən danışır..Rejissor filmdə Nizaminin dastanlarının necə ərsəyə gəlməsindən,ilhamın ona nələrin sayəsində gələrək o dastanların yaranmasını gözlər önünə gəitirir..Məşhur "Leyli və Məcnun" dastanı kəndə bir-birlərinə olan məhəbbətlərinə görə qınanılan daş-qalaq olunan iki gəncin fəlakətindən doğaraq Nizmiyə ilham qaynağı olur..İki gəncin məhəbbəti fani dünyada qovuşmasa da əbədiyyatda qovuşur...Kənd əhalisinin qınağından Rəna ölür..Zeyd isə dəli olub çöllərə düşür..Bu iki aşiq cahil xalqın əlində qalırlar.Bu hadisə Nizamini çox düşündürür..Zeyidə ədalətdən danışan,onun sayəsində dünyanın düzələcəyini deyən Nizami onların bu fəlakətləri zamanı yanlarında ola bilmir..Xeyirxahlığı bədbəxtliyə çevrilir..O özünün suçlayır..Zeyid isə ona qarşı üsyan edir...və ərəb əfsanəsini əsasında Leyli və Məcnun dastanının qələmə alır.. Bərdəyə,oradakı xarabalıqlara gedərək Pərviz Xosrovla Şirinin tarixi ilə yaxından tanış olur...Şirinin sayəsində ucalmış Xosrov və özünü Xosrovun məhəbbətinə qurban etmiş Şirin...və nəticədə Nizami Xosrov və Şirin dastanınıı yazmış olur... Filmdə həmçinin Xaqani Şirvanla Nizaminin yol ayrıcında olan görüşləri də çox maraqlıdır..Xaqaninin saray,mədh şairi olmasının peçmançılığını Nizamiyə anladaraq sonda deyir.."Xaqaninin taleyinin unutma"...Nizami isə heç zaman mədh,saray şairi olmağın lehinə olmayıb,azad şair olaraq qələminə güc vermək istəmişdir..Saraya bağlı olaraq cismani azadlığı rədd etmişdir...O saray şairini birər tutuquşuya,azad şairi isə birər bülbülə bənzədirdi.. Nizaminin idrak idealı film boyu seyirciyə müxtəlif danışıqlarda göstərilir..Nizami Xəlqin yaratdığı dünyanı dərk etməyi söyləyir,ən əsası da insanın özünü dərk etməsinin vacibliyini vurğulayırdı..İdrakdan kənar etiqad korluqdur..İnsan dərk edərək etiqad etməlidir..Nizaminin bu fikir günümüzlə də çox uyğunluğu vardır..Bəyəm günümüzdə öz dinini dərk etmədən ibadət edənlər azdırmı?!...İbadət edənlərin çoxu günümüzdə görüntü üçün ibadət edərək özlərini quyuya atmış olurlar bu cahillikləri ilər...bu başqa bir mövzudur..Dərinliyə getməyək.. Və bir azcıq da Müzəffər obrazı haqqında..Riyakar bir dost..Nizamiyə paxıllıq edərək arxadan onun quyusunu qazmağa çalışan,hərəmxalarda kef sürən sonra isə ibadət edərək Allaha tapınaraq ziddiyyət hərəkət sahibi şəxs..O, öz səhvlərini bilir,etiraf da edir..Ürəyindəki ağır daşı çıxarmağa çalışır..və sonda Nizamidən uzaqlaşır.. Nizami Gəncəviyə Dərbənd şahı tərəfindən göndərilmiş kənizi Nizami ilk öncə istəməsə də sonradan kənizin onu qəbul edərək imdad diləməsindən sonra onu qəbul edir..Bu kəniz Niazaminin gələvək həyat yoldaşı olacaq Afaq idi.. Və sonda Nizaminin xəmsəsinə daxil olan poemalarının dilimizə tərcümə edənləri və dastanların kimin sifarişi ilə kimlərə ithaf olunduğunu qeyd edəcəyəm..Çünki olduqca maraqlı və yadda sxlanıması vacib olan məlumatlardandır..Çünki bu bizim milli dəyərlərimizdir..bilməli və əlimizdən gəldiyi qədər təbliğ etməli,qorumalı və QÜRUR DUYMALIYIQ!!  


Sirlər Xəzinəsi(1174)
İthaf olunmuşdur- Ərzincan hakimi Fəxrəddin Bəhrəm şaha
Məğzi-Müxtəlif ictimai,fəlsəfi problemlərə toxunulmuş,peğəmbərin,hökmdarın mədhi verilmişdir. Dilimizə tərcümə edən-Süleyman Rüstəm  



Xosrov və Şirin(1180-1181) İthaf olunmuşdur-Məhəmməd Cahan Pəhləvan Məğzi-Poema Sasani şahı Xosrovla Şirinin məhəbbətindən danışılır.Əsərdə iki əxlaq,mədəniyyət qarşı-qarşıya gətirilir..Türk və Fars..Hadisələr Bərdə də cərəyan edir.. Dilimizə tərcümə edən-Rəsul Rza


Leyli Və Məcnun(1188)
İthaf olunmuşdur-Şirvanşah şahı Axsitana  
Məğzi-poema Məhbbət mövzusundadır..Qadın azadlığı,inanların ikiüzlülüyü,riyakarlığı kimi problemlərə toxunulmşdur. Dilimizə tərcümə edən-Səməd Vurğun



Yeddi Gözəı(1197)
İthaf olunmuşur-Marağa hakimi Əlaəddin Arslana
Məğzi-Poemanın qəhrəmanı Sasani şahı Bəhramgurdur.Əvvəlcə poemada onun atası Yezdigərin zülmü,qəddarlığı verilir..Əsasə etibarı ilə poema dövrün qəddar şahlarının zülmünü göstərir..7 ölkədən gətirilmiş qızların nağıllarından ibarət olan bu poemada hökmdar problemi gözönünə gətirilmişdir. Dilimizə tərcümə edən-Məhəmməd Rahim



İsgəndərnamə(1203)
İthaf olunub-İki hissədən ibarət olan bu poemanın birinci hissəsi olan Şərəfnamə Nüsrətdin Əbu Bəkirə,İqbalnamə isə Mosul hökmdarı Məlik İzzətdinə.
Məğzi-Poema Makedoniyalı İsgəndərdən,onun ətrafındakı insanlardan,onun haqqında olan rəvayətlərdən ibarətdir.. Dilimizə tərcümə edən-Şərəfnamə-Abdulla Şaiq,İqbalnamə-Mikayıl Rzaquluzadə.  

Hiç yorum yok:

Yorum Gönder