9 Ağustos 2013 Cuma

Qara qu quşu (Balck Swan)


Gərgin psixoloji ssenariyə malik olan bu film insanı film boyu ziddiyyətli fikirlərlə üz-üzə qoymasına gətirib çıxarır..Çaykovskinin məşhur "Qu Quşu Gölü" baletini səhnədə canladırmağa hazırlaşan bir balerin özünü bir növ oynayacağı obrazın həyatını real yaşayır..Şüuraltı olaraq..O daima gərgindir...Qorxuları vardır..Qorxusu Lily adlı qızın rolunu əlindən almasıdır..və bir tərəfdən isə müəllimi Tomasın onda tutduğu iradlar da onu gərgin bir vəziyyətə sürükləyər..Əzmkar bir xarakterdə olan Nina tamamilə oynayacağı roluna adaptasiya olar..Ətrafdak həyatdan təcrid olunaraq şüuraltı olaraq öz həyatından oynayacağı rolu yaşayar..Daima rolunu ifa edərkən özünü kontrolda saxlayır..
TOMAS-Daima özünü kontralda saxlayırsan rolunu ifa edərkən.
NİNA-Mükəmməl olmaq üçün bunu edirəm..
TOMAS-Daima kontrolda özünü saxlamaq heç də mükəmməl olmaq demək deyildir..Rolunu hiss et..Onu yaşayaraq oyna..
Nina bu dialoqdan sonra roluna bütünlüklə bağlanır..Onu öz daxilində hiss edir..İçində yeni birisini (Şeytanı)kəşf etmiş olur..
O əzmi,iradəsi sayəsində rolunun öhdəsindən mükəmməl şəkildə gəlir..Hiss edərək oynadığı rolunda əsas uğurunun səbəbi rolunu öz canına hopduraraq oynaması olur..Sənətkar işi belədir..Ümumiyyətlə sənətkar etdiyi,gördüyü işi hiss etməli,duymalı yaşamalıdır..İstər aktyor,istər rəssam,istər müğənni istərsə də başqası..Və bu filmdə də Natali Portmanın rolunun öhdəsindən uğurla azad olmuşdur..mən daima mahn ifa edən müğənninin,rolunu ifa edən aktyorun daimaaa mimikalarını seyr edirəm..Əgər onda bizlərə çatdırdığı şeyi yaşadığını,daxilən ora daxil olduğunun gğrürəmsə ləzzət almış oluram..Bunu daha çox aktyor işlərində müşahidəmdən keçirirəm..Əsl aktyor rolunu oynadığı zaman onun təsirindən ağlayan aktyordur,əsl müğənni oxuduu həzin musiqinin təsirindən ağlayan müğənnidir..Mən əgər bu səhnələri görsəm məndə də bilaixtiyar gözyaşlarım axmağa balayar..
Mükəmməl bir psixoloji film seyr etmək istəyənlər..Buyurun bu da sizə mükəmməl psixoloji bir film...

Hiç yorum yok:

Yorum Gönder