13 Ağustos 2013 Salı

Psixo (Psycho)


Bu gün resenziyasını yazacağaım film "Psixo" filmidir..Belə ki,dəhşət dolu anlarla dolu olan film həm qorxulu,həm də psixoloji janra aid edilə bilər..Filmin baş qəhrəmanı psixoloji cəhətdən gərgin olan Norman adlı bir şəxsdir..Belə ki,uşaqlıqda atasını itirdikdən sonra anasının ikinci dəfə ailə həyatı qurmasını qəbul edə bilməyən Norman hər ikisini öldürür.Ana cinayətinin səhv olduğunu başa düşən Norman bunu öz dünyasında günahını təmizləyir..Belə deyək..Anasını qəbirdən götürüb onu evdə gizlincə saxlayaraq sanki anasının yaşadığı kimi qəbul etmiş olur..O öz içində həm anası olur,həm də Norman..İş erində 40 min dolları oğurlayaraq aradan çıxan Merion təsadüfən bu mehmanxanada qaldığı zaman Normannın qəlbinə yol aldığı üçün normanın içindki anasın bunu qısqanır və onu öldürür..İkinci qurban isə Merionu axtaran xəfiyyə olur..Və beləliklə iş düyünlü bir hal alır..Sonradan işin üstü açılmış olur..Əslində bu iki qurbanın qatili Norman yox onun içində yaşatdığı anası olur..Filmdə olan ölüm səhnələri tükürpədicidir..Belə ki film mükafata da layiq görülüb..Əlbəttə ki,bu cür ssenarisi olan film məşhur qorxulu əsərlər yazan yazıçı Edqar Allan Ponun əsəri əsasında Alfred Hiçkoknin çəkdiyi bir flmdir..Baxılmağa dəyər..

Hiç yorum yok:

Yorum Gönder