9 Ağustos 2013 Cuma

Səbahəddin Əli "Xəz paltolu Madonna"




Bəzən həyatda elə insanlar olur ki,həyat onlara mənasız göründüyü bir vaxtda həyatlarını köklü şəkildə dəyişən bir şəxs peyda olur və hər şey dəyişilir..Raif əfəndi də bu qəbildən olan insanlardan idi..Onu heç kim anlamırıdı..Zahirən kobud görünsə də daxilən çox zərif idi..Daxilinin bomboş olduğunu zənn edənlər ona istehzalı gözlərlə baxar,ona lazımsız bir əşyaya belə göstərmədikləri etinasızlığı ona göstərərdilər..O Berlində tanış olduğu,elə ilk görüşdə də qəlbinin dərinliklərinə öz hakimiyyətini salmış Marianı sevdiyi gündən bəri həyatındakı köklü dəyişikliyi hiss etmişdi..Amma nə olsun
Çox keçməmiş bu xoşbəxtlik zənciri qırılmış və Raif əfəndi əvvəlki hisslərə qapılmağa başlamışdı..Psixoloji bir əsər olan "Xəz paltolu Madonna"burjua cəmiyyətindəki haqsızlıqları,burjua dövrünün harınlamış insanlarının pul gücünə artırdığı gücləri,özünəarxayınlıqlarından doğaraq ətrafdakı insanlara aşağıdan-yuxar istehzalı şəkildə baxmasından da söz açaraq Raif əfəndinin bu haqsızlıq qarşısında səssizliyini qorumasından da danışılır.. Evdə bir yığın onu anlamayan külfəti,zahirən həyat yoldaşı olan amma daxilən ondan kmlərcə uzaq şəxs onu qətiyyən anlamırdılar..Ruhən ona yad olan kəslər daima ona qarşı öz hörmətsizliklərini göstərmiş olurdular..Bəs yaxşı Raif əfəndinin bu qədər bədbinliyə qapılmasında səbəb nə idi...Bir vaxlar eşqi tapdığına sevinən şəxsin sevdiyinindən birdən-birə ayrılması və sonradan aradan 9 il keçəndən sonra sevdiyindən xəbər almadığının,məktublarının cavabsız qalmasının onun qəflətən ölümü üzündən olmasını öyrənən bir şəxsin bədbin ruha qapılması təbii deyildimi?!..Hər kəsdən qaçan Raif bəyə bu böyüklükdə dünyada içini açacağı bir şəxs belə yox idi...Vəhşi çöl pişiyinin dərsindən olan xəz paltolu madonna onun daxili dünyasında bir növ kök atmışdı..elə bir kök ki,onu nə qışın soyuğu,nə küləyi nə də başqa bir şey qoparıb ata bilmiridi..Tale ona ağır bir yük bəxş etmişdi..Həyat bir dəfə oynanılan qumar idi..Bu oyunda Raif uduzmuşdu..Əvvəllər Raif bəyi sevdiyinə tərəddüd edsə də sonradan aralarında olan ayrılığın Raifi buz kimi havada ona səkidə gözləməsinin,xəstəxanaya gedib onunla görüşmək istəməsini,özünü öldürmək kimi fikirlərini eşitdiyin də onu həqiqtən də sevdiyinə əmin olmuşdu..Heç bir kişi xislətinin bir qadını bu cür sevmə qabiliyyəti ilə yaranmasına şübə edən bu qadın Raifin bu qəbildən olmadığını duymuşdu..Əsərdə Raif bəyin taleyini onun yolu ilə gedən,onu anlayan bir iş yoldaşı vasitsilə öyrənmiş oluruq..Əsər mütləq oxunaqlı və təsirlidir..
Əsərdə bəyəndiyim çox cümlələr oldu..Onlardan yalnızca birini yazmaq istərdim..

• Nə üçün 100 qr pendirin dadı haqqında o saat bir fikir irəli sürə bilmirik,ancaq tanımadığımız adam haqqında vicdansızcasına mühakimə yürüdürük...

Səbahəddin Əli Türkiyəli şair və yazışıdır..Onun almaniya bir müddət yaşadığını biyoqrafiyasında oxuduğum ann mənə elə gəldi ki.əsərin baş obrazı Səbahəttin Əlinin elə özüdür..Prototipi..
Səbahəddin Əli həmçinin öz yazdığı şeirlərlə də çox sevilir..Günümzdə dinlədiyimiz tük estradaındakı mahnıların bir qisminin sözləri səbahəttin Əliyə məxsusdur..
Əsərdə çox sevdiyim cümlələr...





Əsəri oxuduqca elə hey gözlərimin önündə xəz paltolu madonnanı canlandırırdım..Raif bəydə ilk sevgi qığılcımını yaradan Maria Puderin portretini gözlərimin önünə gətiridim..Yazıçı hər dəfə Maria Puderiin üz cizgilərini elə gözəl təsvir edirdi ki,əsər boyu Maria Puderi görmüş kimi olurdum..Əsəri bitirdiyim anda ilk işim google"da Xəz paltolu Madonnanın təsvir olduğu rəsmə baxmaq oldu..



1 yorum:

  1. Siz bu eseri Az.dilinde oxumusuz yoxsa turkce? Hansi dilde oxumaqi meslehet gorursuz? Cunki bezileri deyir ele kitabi oz dilinde oxumaq lazimdi bezileri deyir Az.dilinde oxumaq lazimdi 😐😶

    YanıtlaSil