6 Ağustos 2013 Salı

Dünyada yalnız yaxşını görənlər xoşbəxtdirlər..


Resenziyanın adını daşıyan bu cümlə Per Laqerkvistin "Zirzəmi"adlı hekayəsindən çox bəyəndiyim bir cümlədir..
Pozitiv düşüncəli bir hekayə olan "Zirzəmi"adlı hekayədə zahirən bədbəxt görünən ancaq daxilən çox xoşbəxt olan,qismətinə düşmüş bədbəxtlikdən şikayətçi olmayan bir dilənçinin fikirləri yer alır.O bədbəxtliyinə kişi kimi dözürdü..

•Mən xoşbəxtəm..Çünki ətrafımda daima yaxşı insanlar olur.Çünki mənə ancaq yaxşı insanlar sədəqə veririlər..
Dünyada yalnız yaxşını görənlər xoşbəxtdirlər..

Kiçicik hekayə...Amma məna yükü ağır..
Həyatımız nə qədər ağır olsa da şükürmü etməliyik?Qismətimizə düşən payla razılaşmalıyıqmı?O məhrumiyyəti elə gözünü açdığı gündən etibarən görmüşdü..Və bu məhrumiyyətlər artıq ona bir labüd qanun kimi görünürdü..
Hekayədə yenə Tanrı haqqında fikir ilə rastlaşdım və məndə belə bir fikir ortalığa çıxdı..
Yalnızca məhrumiyyətli,ağır taleli insanlarda çox vaxt Tanrının varlığına başqalarından daha çox inanmaq ehtiyacı yaranır..
Bu həqiqətən də belədir..İnsan xisləti beldir..Yalnız çətin vəziyyətində Tanrısına sığınır..Ona dua edir,yardım diləyir..O zamankı vəziyyəti onu Tanrısına daha sıx bağlanmasına gıtirib çıxardır..Bəs digər günlər...

Hiç yorum yok:

Yorum Gönder