21 Ağustos 2013 Çarşamba

Tha Painted Veil (Naxışlı Örtük)


Aha,tam sakitlikdir..Deyəsən rahat-rahat resenziyamı yaza bilərəm...Deməli belə..
 Baxdığım bu film bir sözlə əla idi..Kity adlı bir qız sevmədiyi halda birisi ilə ailə həyatı qurur..Bu vaxt ərzində o heç Walteri sevməyə belə cəhd etmir..O düşünür və ən əsası hiss edir ki, Walter onun xəyalındakı insan deyil..Həyatında görmək istədiyi insanın heç bir əlaməti Walterdə yox idi..amma Kitty onu kəşf etməyi belə düşünmürdü..və bu da xəyanətə gətirib çıxartdı..bundan xəbərdar olan Walter isə qəzəbini,kinini Kittyni Çinə özü ilə apararaq biruzə vermiş oldu..Şanxayda vəba xəstəliyində məhv olan insanlar yardım üçün gedən Walter özü ilə Kittyini də aparır..Kittynin sevgilisi Charli isə tipik məşuqə xüsusiyyətini göstərərk onunla evlənmir..və beləliklə Şanxaydakı hadisələr cərəyan etməyə başlayır..Kitty Şanxayda öz həyat yoldaşının sanki kəşf edir..Çindəki ağır həyat tərzi də onun daxili dünyasından yan ötmür..Nələrsə,insanlar yardım əlini uzadaraq nələrsə etməyə çalışır...və bir tərəfdən öz buz kimi münasibəti ilə Kittyini üzən Walter..Kitty sonda anlayır ki,o Walter sevir..Sadəcə qədrini bilmədiyi bu insanı öz içində kəşf etməmişdi..Filmin bu hissəsi məni düşündürdü..İnsan xisləti belədir..səni dəli kimi sevəni sən zəhmət çəkib sevməyi cəhd belə etmədən hər şeyi yox edirsən.sevməyəni sevməmək elə asantdır ki..qədrinin bilmədən atmaq elə asantdır ki..sonda isə Walter vəba xəstəliyinə tutularaq ölür..Kitty isə dünyaya gətirdiyi uşağı ilə yolda təsadüfən Charliyə rast gəlir..Hansı ki,yanındakı uşağın öz doğmaca atası..yalnız sözdə atası.


Film Uilyam Somerset Moemin (W. Somerset Maugham) eyniadlı əsəri əsasında çəkilmişdir.. Somerset Moemi ingilis ədəbiyyatının klassiklərindəndir..

Hiç yorum yok:

Yorum Gönder