12 Ağustos 2013 Pazartesi

Tar,istəməyirdi səni proletar..


Tar musiqi alətimizin başı çox bəlalar çəkmişdir..İstərdim ki,bu haqda danışım..Amma ilk öncə tar musiqi alətimizin keçmişi,quruluşu haqqında qısa məlumat:
Miladdan 2000 il öncə misirlilərin "Nabla" adlı musiqi aləti tarın ibtidai biçimidir. Tar mizrabla çalınan simli alətdir.Onu 10-cu əsrdə Türküstanlı Tərxanın oğlu Məhəmməd icad edib..Tar farsca "tel","sim" deməkdir.Quruluş və forma etibarı ilə başqa musiqi alətlərindən fərqli olan tar, əsasən, üç hissədən - çanaq, qol və kəllədən ibarətdir. Azərbaycan tarı 2012-ci ildən bəri UNESCO-nun Bəşəriyyətin Toxunulmaz Mədəni İrsi Listəsinə daxil edilmişdir

Belə ki, publisist,tənqidçi Mustafa Quliyev modern Azərbaycan qurmaq amalı üçün kəlağayısız,tarsız bir Azərbaycan yaratmaq istəyirdi..O və onun silahdaşları bu amal uğrunda mübarizə aparırdılar...1939-cu ildə o Sovet gülləsinə tuş gəldiyi bir vaxt o zaman məlum oldu ki,sabahı görən kim imiş,burnunun ucunu görməyən kim..1926-cı ildə məqaləsində yazırdı.."Musiqi Texnikumların işində xəstə bir təmayül vardır..Tar nə xalq,nə də türk aləti deyildir..Onun gələcəyi yoxdur..Bu kimi alətlərin xalqın güzidə bir hissəsinə aiddir..Kütləvi deyildir.."O yalnız Avropa musiqi təhsilini tərəfdarı idi..Maarif komissarının etmiş olduğu məruzə əsasında yazılmışdı bu məqalə..Üzeyir Hacıbəyov isə bir ağsaqqal təmkini ilə ona qarşı çıxırdı..o deyirdi.."Avropa musiqisindən əlavə bir də Şərq musiqisi vardır.Özümüz Şərqli olduğumuza görə şərq musiqisinə qarşı çıxarsaq öz mədəni vəzifəmizi kamalınca ifa etmiş olmarıq..Tarı not üzrə dəxi çalmaq mümkün olduğundan şagird musiqi təhsili görmüş olur." Üzeyir Hacıbəyov tarı bəzi “solçuların” hücumlarından müdafiə etməklə zəngin xəzinəmizi - Azərbaycan xalq musiqisini müdafiə edirdi.
1926-c il idi..Bir Üzeyir bəyin cavabı ilə bu kimi həmlələri dəf etmək mümkün deyildi..
"Tar bir el aləti olaraq inkişaf edə biləcəkmi?!...Bu alət yaşaya bilməz..Tar öz-özünə həyat səhnəsindən çıxacaqdır"...
Bunu yalnız mühüm kürsü tutan şəxs deyirdi...Tara ölüm kompniyası elan olunmuşdu..Belə yazırdı jurnal..."Azərbaycan Dövlər Konservatoriyasını möhkəmləndirmək məqsədilə Azərbaycan Maarif komissarı qərar qəbul etmişdir..Tar tədris planından çıxarılsın,Şərq ansambılı götürülsün"..Sülyman Rüstəm 1932 ci ildə çap olunmuş "Atəş" kitabında bu kimi bir mövqe ilə çıxış edir.. O kitabda onun 1930-cu ildə yazmış olduğu "Tar Səsə qoyulur"adlı bir nəzm də var..

Kəs səsini, ötmə dedim, ötmə dedim,
ötmə tar.
İstəməyir proletar, səndə çalınsın “Qatar”
Sən bizimlə ötəməzsin,bəlli bizim deyilsən,
Səndən uzaq yeni həyat,
Səndən uzaq inqilab.

Yeni coşqun nəğmələrə sən etməzsən əsla tab
Bir zövq almaz bu cəmiyyət ölgün,ağlar səsindən.
Sosializm təranəsi əsla tarda çalınmaz.
Tarda vermək olmaz bizim zavodların səsini.
Qavrayamaz bu ölkənin ahənginin dərdli tar..
Tarla bizim inqilablar ola bilməz həmavaz..
Təzə nəğmə oxuyalım onun öldüyü gündə
Əgər tar lal olmassa
Dəyişərəm adımı..

Nə tar lal oldu nə ad dəyişildi..Bir az da yanıqlı oldu tarın səsi,daha da sevildi..
Quraban Pirimov(1880-1965) Azərbaycanın ən görəmli tarzənlərindən biridir..Azərbaycan tarının real ifaçılıq məktəbinin əsasını qoyduğu üçündür ki, Bəhram Mansurov, Hacı Məmmədov, Əhsən Dadaşov onun yetirmələridir. Qurban Primovun ifası bütün tarzənlərin ifasından öz orijinallığı ilə seçilir.
Qurban Pirimov söyləyirdi.."Qoymurdular tar çalmağa..Qadağa olunmuşdu..Tara hər mizarab vuranda peyğəmbərə şillə vurursan kimi fikirlər söylənilirdi.."
Tar döyüldü,söy süldü..Çoxları buna dözsə də amma çılğın Müşfiq dözmədi...

Oxu tar! Oxu tar!
Səsindən ələnib
Şeirlər dinləyim.
Oxu tar! Oxu Tar!
Nəğməni su kimi,
Alışan ruhuma çiləyim.
Ey geniş kütlənin,
Acısı-şərbəti,
Alovlu sənəti
Zilin var, vəsətin bəmin var,
Sənində quşların
Dəmindən ayrılan
Bir özgə qəmin var.
Sənində avara eyləmiş,
Dağınıq telli bir "Zəfərşani"
Onun üçün Segahın danışır,
O sarı simlərin lisanı
Salmazmı heyrətə insanı.


Bu "tar kütlə aləti deyil" deyənlərin cavab idi..O miili düşüncənin əleyhinə yönəlmiş ideolagiyanın əleyhdarı idi...Müşfiq köksünü vermişdi irəli...O belə cavb verirdi..
 "O sarı simlərin lisanı
 Salmazmı heyrətə insanı.."

Süleyman Rüstəm təklif verirdi...Tar səsə qoyulsun.
"Mən qoyuram tarı səsə kim lehinə..Sayram 1,2,3 yoxmu daha......"
Nə qədər çalışsalar da alınmadı..Tar bir musiqi aləti kimi ürəklərdə,mədəniyyətmimizdə yaşadı..Tar təhirlərə dözə-dözə yaşadı,bir çox musiqilərə həyat verdi..

Müşfiqin yanıqlı tarı hal-hazrda Nizami Gəncəvi adına ədəbiyyat muzeyindədir..Təzə pərdə çəkildi,simləri təzələndi..Müfiq,Üzeyir və onlara dayaq duran əməkdaşları olmasaydı tar musiqi alətimiz unudulacaq,aradan götürüləcəkdi..O zamanlar tar qadağa olunduğndan bir çox tarzənlərimiz buna dözə bilməyib ağır sarsıntılar keçirtdilər..Tara olan təhqirlər,qadağalar tarzən Mirzə Fərəci öldürdü..
İndi hər gün tarı dinləyə bilirik..Onun yanıqlı səsindən feyziyab ola bilirik..Onun səsindən məftun ola bilirik..Tar bu gün varsa Müşfiqin həyatı bahasına apardığı mübarizə sayəsində vardır..Tarın yanıqlı səsi bizə hər zaman Müşfiqi xatırladır..
Milli sərvətlərimizi bilək..Onları göz bəbəyimiz kimi qoruyaq..əgər o illərdə tar bəzii Süleyman,Mustafa kimilərinin istəyi ilə ortadan götürülsəydi indi allah bilir kimlrin tarixi abidəsi,musiqi aləti kimi sacta şəkildə qorunurdu...Tarın yanıqlı səsindən kim feyziyab olmaz?Tarın hər mizrabından çıxan səs ürəklərdə bir alov yandırır..

Hiç yorum yok:

Yorum Gönder