14 Ağustos 2013 Çarşamba

Fil Adam (The Elephant Man)


Uşaq yaşlarımda həytədə oyunlara daldığım zamanlarda həmişə yoldan üzününü hər bir yerini bürümüş yanıq izinə bənzər bir qüsurlu insan yoldan keçərdi..Həmişə onu görər və içimdə qəribə hisslər baş qaldırardı..Uşaq ağlımla o vaxtlar ürkərdim və bəzən də pis olardım..Tez həmin yerdən uzaqlaşmağa can atardım..Nəinki mən bunu ətrafımdakı uşaqlar da edərdi..Sanki o yad planetdən gəlmiş birisi kimi...Qüsurlu bir insana heyvana belə edilməyəcək qorxuyla yanaşmaq dəhşətvericidir..Haqqında danışdığım film də bu haqqdadır.."Film Adam" adlı film..O doğuşdan bədəninin hər bir yerində deformasiyaya uğramış şəkildə yaşamışdı..Qüsurlu idi..Heybətli görünüşü vardı..İnsanlar onu göstəriyə çıxardaq pul qazanar,təhqir edər,döyərdilər..Freddi adlı bir həkim sonradan onu xəstəxanaya gətirmiş və öz kolleqa yoldaşlarına göstərərək üzərində tibbi araşdırma aparır.Amma sonradan onu kəşf edir..Ən əsası olan bu idi..O da digər insanlar kimi birər insan idi..Heybətli görünüşünə baxmayaraq o da heyvan yox insan idi...Xeyirxah,duyğulu bir təbiətə sahib olan bu şəxs gətirildiyi xəstəxanada insan olduğunu anlamış olur..İnsan kimi,ona dəyər verən dostlarının arasında həyat sürür..Adı qəzetlərə düşür..Və bir gün ən çox istədiyi arzusu reallaşır..Teatıra gedir..
Film insanı bəzii məsələlər üzərində düşünməyə vadar edir..Qüsurlu insanlar..Cəmiyyət arasında ən çox onların sevgiyə,qayğıya ehtiyyca duyduqları halda insanların onlara xor baxıb da alçaltması,etinassız yanaşması nə qədər acıdır..elə deyilmi?!..Dediklərim şablon olsa da birər həqiqətdir..hər birimiz bir vaxt qüsurlu olaraq sevgiyə,etinaya möhtac bir insana çevrilə bilərik..Bu kimi insanların daxili dünyasına enək..onların yerində özümüzü hiss edək.Nə duyuruq?!..Daima kimlərinsə qayğısına möhtac olduğumzu duymuruqmu?!...onlar nələrdənsə onsuzda məhrumdurlar..Gəlin bu məhrum insanlar bir də normal insan münasibətlərindən məhrum etməyək..Onlara yardım əlimizi uzatmğaa çalışaq gücümüz çatdığı qədər..Gözdən əlil insanlara yardım məqədilə audio kitabların oxunması üçün Gözdən Əlillər kitabxanasına müraciət edərək onlara əlimdən gələn köməyi göstərmək məqsədimi həyata keçirdirəm..Bu kimi şeyləri sizlər də edin..Məsələn məni hər zaman gözdən əlil insanlar düşündürüb və düşündürü də..Dünyanı görə bilməmək..Günəşi,buludları,ulduzları hər şeyi amma hər şeyi.Yalnız qaranlıq dünyanın içində xəyali olaraq yaratdığın bir dünya..Nə qədər acdır..Özümü bu kimi insanların yerinə qoyanda az qalır ki,ürəyim partlasın..Dünyanın bəlk də ən səbirli inanlarıdır gözdən əlil insanlar..Çünki onlar dünyanı bütünlükdə görmədikləri halda belə səbir edib yaşamağa davam edirlər..Onlar ən güclü adamlardır..Qüsurlu insanlar dünyanın ən güclü insanlarıdır..Onlar qüsurlarına dözdükləri halda bir də insanların onlara qarşı olan baxışlarına da dözürlər..Əslinə qüsurlu olan onlar yox bizlərik..

Hiç yorum yok:

Yorum Gönder