31 Ağustos 2013 Cumartesi

Şotlandiya

Şotlandiyaya böyük marağım olduğundan böyük araşdırmadan sonra çoxlu məlumatlar əldə etdim..
Şotlandiya, Birləşmiş Krallığın tərkibindəki dört ölkədən biridir.Şotlandiya müstəqil bir ölkə olmasa da özünə aid bir bayrağı, paytaxtı və parlamenti vardır. Skoçlar öz mədəniyyətlərinə və ənənələrinə bağlı, keçmişlərini davamlı sadiq qalan, tarixə əhəmiyyət verən bir millətdir.



Paytaxt Edinburgh, Orta əsrdən qalma qalaları, tarixi binaları, və təbii gözəllikləri olan bir şəhəridir.Şotlandiya, dünyada varlığını davam etdirən ən köhnə ölkələrdən biridir.
1707-ci ilə qədər müstəqilliyini qorumuş olan ölkə daha sonra İngiltərə Krallığı ilə birləşib Böyük Britanya Krallığını meydana gətirmişdir. 1707-ci ildə İngiltərə və Şotlandiya parlamentləri dağılmış və bu iki parlamentin bütün səlahiyyətləri Londonda qurulan yeni Birləşmiş Krallıq Parlementinə verilmiş olsa da, Şotlandiyada hüquqi sistem və kilsə daxil olmaq üzrə bir çox quruluş o gündən bu günə İngiltərədən ayrı olaraq işləməyə davam etmişdir.

Şotlandiya əhalisinin çoxu Edinburq, Glasgow və Stirling kimi ən əhəmiyyətli şəhərlərində Central Belt bölgəsində yaşayırlar.Həmçinin Şotlandiyada 130u məskunlaşma bölgəsi olan 790 ada vardır. Şotlandiya, dağları, çayları və gölləriylə zəngin bir təbiətə malikdir. Bunlardan ən məşhuru şübhəsiz bölgə xalqının Nessie adını verdiyi əfsanəvi canavarla məşhur Loch Nessdir.

Şotlandiya Harry Potterin yazıçısı J. K. Rowlinglə, kişilərin geydiyi kilt adı verilən ətəklərlə, viskisiylə, gayda adı verilən milli çalğısıyla, Cəsur Ürək filminin əfsanəvi qəhrəmanı William Wallace ilə, Robert Burnsan şeirləriylə, penisillini kəşf edən Aleksandr Fleming, telefonu icad edən Aleksandr Graham Bell və daha nə qədər əhəmiyyətli elm adamıyla tanınır.


Şotland üsulu yumurta ;)

Şotland mətbəxi, ov əti, süd məhsulları, balıq və tərəvəz ağırlıqlıdır. Sadəliyin ön planda olduğu yeməklərdə ədviyyatlar əhəmiyyətli rol oynamır. Tarix boyunca ölkədə hayvansal qidaların çoxca istehlak edilməsi istəmədən də olsa ürək və damar xəstəliklərinə gətirib çıxardıb.


Şotland dili hind-Avropa dil ailəsinin Kelt qoluna aid dildir. İngilis dili ilə bərabər bu dil də rəsmi dil hesab olunur.

Əhali: 5.094.800
Pul vahidi: Pound
Paytaxt: Edinburgh
Dövlətin idarə olunma forması : Konstitusiya Monarxiya
Böyük şəhərləri: Glasgow, Aberdeen, Inverness, Dundee
Qonşuları: Cənubda İngiltərə, Şərqdə Şimal Dənizi, Qərbdə Atlantik Okeanı
Dil: İngilis və Şotland dili
Din: Xristian (Protestant, Katolik)
İqlim:
Şotlandiyanın iqlimi, Britanya nisbətən olduqca sərt və soyuqdur. Ən isti aylar olan İyul və Avqustda ortalama hava istiliyi 15-19 °C olur.



Kelt musiqisi Şotlandiya, İrlandiya, Uels, Avstria v.s kimi bölgələrdə məşhur olan etnik bir musiqi növüdür. Xüsusilə son illərdə Dünya səviyyəsində dinləyici kütləsi qazanmışdır. Kelt musiqisinidə əsasən skripka, gitara, arp, gayda və flüt kimi çalğı alətlərindən istifadə olunur.

Şotland milli musiqi alətləri..

Akkordion

Bandjo

     Volnka
                                        

 Şotlandiya pişiyi bir pişik irqidir.1961-ci ildə Şotlandiyada bir cütçü tərəfindən kəşf edilmişdir. Qulaq qığırdağındakı bir mutasiya səbəbiylə önə və aşağıya doru əyilmiş qulaqları isə pişiyin özünəməxsusluqlarından biridir. Rəngləri ümumiyyətlə bozdur amma digər rənglərdə də olanları vardır. Bu irq qucaqda dayanmağı heç sevməz və tez kökəlməyə meyillidirlər..


Bir də Şotlandların milli geyimləri də vardır ki,bu da bütün dünyada çox məşhurdur..
Bu şotland ətəkləridir..


Şotland milli geyiminin Dəbə uyğunlaşdırılmış forması..


İndi isə gəlin,Şotlandiyanın xoş mənzərələri ilə tanış olaq.

Möhtəşəm qəsrlər..







və şotland mahnıları ilə də maraqlandım..Müğənniləri ilə..bir mahnı çox xoşuma gəldi..


Bu bir qrupdur..Etnik bir qrupdur və Qalisiyalı bir qrupdur..
Mahnıda əsasən Volnka alətindən istifadə olunub ki,bu da mənə çox zövq verir..


Ehh Şotlandiya,Şotlandiya..Görəsən nə vaxtsa oraları görmək mənə qismət olacaqmı..



Hiç yorum yok:

Yorum Gönder