23 Ağustos 2013 Cuma

Nigar Rəfibəyli..



Nigarın atası Xudadat bəy ilk müstəqil hökümətin ilk səhiyyə naziri olmuşdu, Gəncənin valisi seçilmişdi. Bütün bunlar olanda Nigar hələ körpəydi, uşaqdı,təzə anadan olmuşdu 1913-cü ildə 25 may 1920-ci ildə Gəncədə Antisovet üsyanı baş verdi..23 min əhali məhv oldu..Bunların yarısı gəncəlilər qalanı isə rus və ermənilər idi..Üsyana başçılıq edənlər Cavad bəy Şıxlinski,Cahangir bəy Kazımbəyli idi..Bir çox gəncəli öz yurd-yuvalarını tərk etməli oldular..və bunlar arasında altı yaşlı Nigar və anası da var idi.. Sovetin özünə düşmən seçdiyi nəsillərdən biri oldu Rəfibəylilər.Nigar Rəfibəylinin atası Gəncə qubernatoru Xudadat bət Rəfibəyli Bakıda Nargin adasına sürgü edilərək güllənlənmişdi..O ilk qəhrəmanlardan idi.Onun ardınca isə çox insan güllələndi..F.Xoyski olmaqla 12 generalı, 27 polkovnik və podpolkovniki, 46 kapitanı, ştabskapitanı, poruçik və podporuçiki, 146 praporşik və podpraporşiki, 267 digər hərbi qulluqçusu...və o zamanlar bu ağır şəraitdə Xudadat bəyin qızı altı yaşlı qızı Nigar Rəfibəyli ilə anasını bolşevik Mustafa bəy qorumuş,yardım əlini uzatmışdı..Daha sonra isə onlar Gəncədən uzaqlaşmışdılar..Neçə il Nigar Rəfibəyli öz doğma yurdu Gəncəyə həsrət qalmışdı...Onun Gəncəyə ilk gəlişi isə Kəpəz dağına saatlarla baxması kimi xatırlanır... Babası Ələkbər bəy Gəncənin və bütöv Azərbaycanın ən ulu ağsaqqallarından idi. Rəfibəylilər qollu-budaqlı, köklü-köməcli bir nəsil idi.Onun babası Ələkbər bəy Rəfibəyli haqqında oxuduğumun maraqlı faktı nəzər çatdırmaq istəyirəm..Belə ki,Ələkbər bəy Rəfibəyli birinci dünya müharibəsi ərəfələrində alman kolonistlərinin Gəncədən müsadirə olunmasının qarşısını almışdır..Müsadirə söhbətini eşidən Gəncə əhli bir yerə yığışaraq mötəbər adamlar içərisindən Gəncə qubernatorunun yanına Ələkbər bəyi göndərmək qərarına gəlirlər...və cəsarət edib Gəncə qubernatorunun yanına gedərək ondan almanların müsadirə olunmamasını xahişini edir..:
"Rusiya uzaq Almaniyada müharibə edirsə buradakı almanların nə kimi günahları vardır axı?"..Beləliklə də müsadirə ləğv olunur...
 Nigar Rəfibəylinin kiçik yaşlarından ağrılı-acılı günlər görməsi,yurd-yuva həsrəti çəkməsi ona kiçik yaşlarından müvəffəq olur..Dayıları,əmiləri və atası çarizmin gülləsinə tuş gəlmiş qəhrəmanlar idi..Neçə illər Gəncənin həsrətində olmuş Nigar Rəfibəyli bu hisslərini,duyğularını öz şeirlərində də göstərmişdir.. Sovet hökuməti laxladığı, dağıldığı son çağlaracan Rəfibəylilərlə ədavətini kəsmədi - bu isə Nigar Rəfibəylinin bütöv ömrünü əhatə edən bir yol demək idi.

 XX yüzildə vardı və həmin əsr boyunca Azərbaycanın onlarca, yüzlərcə qadın şairi arasında dördcə nəfərə "xalq şairi" adını qazanmaq qismət oldu. İkisi Güney, ikisi Quzey Azərbaycandan. Cənubdan - Mədinə Gülgünlə Həkimə Billuriyə, Şimaldan - Mirvarid Dilbazi ilə Nigar Rəfibəyliyə. Nigar Rəfibəylinin “Çadra” adlı ilk şeiri 1928-ci ildə “Dan ulduzu” jurnalında dərc olunmuşdur. 1930-1932-ci illərdə Nigar Rəfibəyli Bakı kinostudiyasında sonralar isə fəhlə-gənclər məktəbində işləmişdir. “Zəfər nəğməsi”(1943), “Şeirlər”(1949), “Anaların səsi” (1951), “Yol xatirələri” (1957), “Dənizin səsi gəlir”(1964) və başqa kitabları nəşr olunmuşdur. Ümumilikdə isə Nigar Rəfibəylinin "Şerlər"(1934),"Dənizin səsi gəlir" (1964),"İşıqlı dünyam" (1969),"Günəşdən gənclik istədim" (1974),"Həzin bir axşamda düşsən yadıma" (1982),"Şanlı nəsillərin yadigarısan" (1982) kitabları vardır..Müharibə movzusuna və müharibə əleyhinə həsr olunan kitabları
"Zəfər nəğməsi "(1943),"Şerlər" (1949),"Anaların səsi" (1951)
"Yol xatirələri, Avropa ətrafında səyahət gündəliyindən" (1957) bunlardır..
1931-ci ildən Azərnəşrdə bədii ədəbiyyat şöbəsində tərcüməçi və redaktor kimi fəaliyyətə başlayan Nigar Rəfibəyli sonradan Moskvada pedaqoji institutunda təhsilini davam etdirmişdir. Orada təhsil alarkən Bakıda ilk şeirlər məcmuəsi (1934) çapdan çıxmışdır. Nigar Rəfibəyli 1937-1939-cu illərdə “Uşaqgəncnəşr”də bədii ədəbiyyat şöbəsində redaktor vəzifəsində çalışmışdır. 1940-cı ildən ömrünün sonunadək bütün qüvvəsini yaradıcılıq işinə həsr etmiş, qardaş xalqlar ədəbiyyatından (Nəvai, Şiller, Puşkin, Lermantov, Çexov, Şevçenko və başqaları) bədii tərcümələr etməklə milli mədəniyyət xəzinəmizi zənginləşdirmişdir. Yaradıcılıq dövründə Nigar Rəfibəyli xidmətlərinə görə “Şərəf” nişanı ordeni və medallarla təltif olunmuşdur.
Gözəl insan, unudulmaz şairəmiz Nigar xanım Rəfibəyli 1981-ci il iyulun 9-da Bakıda vəfat etmişdir. Hal-hazırda Bakı küçələrindən biri onun adını daşıyır.
  
Nigar xanımla Rəsul bəyin sevgiləri çox sıx olub..Güclü olub..Sovet qasırğasının qarşısında çiyin-çiyinə verərək həmişə bir olmuş,bir-birlərinə arxa-dayaq olmuşlar..
 Nigar Rəsula, Rəsul Nigara çoxlu şerlər həsr ediblər. Amma Rəsul Rzanın Nigara 1957-ci ildə, toy axşamlarından 20 il keçərkən səfərdən - Moskvadan yolladığı bir teleqram da qalır və o teleqram da elə şer kimi bir şeydir.

"Nigar, əzizim!

İyirmi il əvvəl, boranlı bir fevral günü biz səninlə əl-ələ verib həyatın mürəkkəb, çətin yollarına çıxdıq. Bu iyirmi il boyunda bütün sınaqlardan keçib mətanəti sarsılmayan ruhun, şəfqəti azalmayan qəlbin, hərarəti soyumayan mərd əllərin üçün sağ ol!

Əgər günlər geriyə varaqlansa, gəncliyim qayıtsa idi, inan ki, mən ömrümü yenə səninlə bağlayar, həyatın daha çətin yollarında, tərəddüdsüz səninlə əl-ələ verib gedərdim. Qoy üç sevimli balamızın sevinc və səadəti gələcək günlərimizi bəzəsin. Qoy məhəbbətimizin hərarəti onları hər cür fırtınalardan qorusun.

Vəfa və sədaqətin qarşısında baş əyirəm".



 "1931-ci ildə şairə Nigar Rəfibəyli ilə tanış oldum. O zamanlar səhvən özgənin şerini onun adına çıxıb, tənqidçilər ona şiddətli atəş açmışdılar. Həm də bu tənqidi ədəbiyyata dəxli olmayan ayrı-ayrı rütbə sahibləri xeyli qızışdırırdılar. Həqiqət sonra aşkara çıxdı. Gənc şairə özünü ləyaqətlə aparırdı. Bu tənqidi məqalələrin birisinin altında başqa yoldaşlarla bərabər mənim də imzam var idi, ona görə də indi bu barədə yazmağı lazım bildim. Qəribə görünsə də, bu hadisə bizi yaxınlaşdırdı. Məlum oldu ki, Nigarla mənim ədəbiyyata və həyata olan münasibətlərimizdə ümumi nöqtələr çoxdur. Bilmirəm mən ona necə təsir bağışladım, ancaq o mənim çox xoşuma gəldı. Görünür, onun da mənə münasibəti pis deyilmiş, çünki sonralar bizim yollarımız ayrılmadı. 1937-ci il fevralın 11-də evləndik. Biz indi də ədəbi mübahisələr edir, yazdığımız şerləri, oxuduğumuz kitabları təhlil və müzakirə edirik. Ağıllı, qayğıkeş, mərd bir qadın olan şairə ilə evləndiyim üçün xoşbəxtəm. İndi mənim ən səmimi və ən amansız tənqidçim öz evimdədir."

Rəsul Rza



"İnsan yaşa dolduqca xatirələr aləmində yaşamağa başlayır, irəlidən çox geriyə baxır, keçən ömrün uzaq səhifələrini gözdən keçirir. Otuz üç il bərabər ömür sürdüyüm Rəsul Rza ilə keçən günlərimizi vərəqlərkən aydın bir həqiqət cəlb edir: bütün ağır və yüngül, sevincli və sevincsiz, kədərli və bayramlı keçən bir qəmimiz olmamışdır. Xalq həyatı ilə yaşamış, onunla nəfəs almış, ən ağır günlərdə xalqın dərdinə şərik olmuşuq, xalqın həyəcan və arzuları ilə yaşamışıq."

Nigar Rəfibəyli
“Rəsulun məktubları”. “Ulduz” jurnalı. 1970



Rəsul Rzanın ölümünü o özü ölən günə qədər bilmədi.O günləri Anar müəllim öz "Sizsiz"adlı kitabında təsvir etmişdir..Oxuduqca o itabı həmən ağrılı-acılı günlər gözlərimin önündə canlanırdı..

Onların ölümünün arasında 3 ay fərq olub.Bu hadisəylə bağlı çox şairlər şeirlər yazıb..Nigar Rəfibəyli və Rəsul Rza məhəbbəti çox güclü olub.O Türkiyədə xəstəxanada yatanda o şeiri yazıb..Hansı ki,Akif İslamzadə həmin şeirin sözlərinə emin Sabitoğlu tərəfindən bəstələnən mahnının oxuyub..Bu "Alagözlüm"mahnısıdır..


Ala gözlüm, səndən ayrı gecələr,
Bir il kimi uzun olur neyləyim?
Bağçamızda qızılgüllər hər səhər
Tezdən açır vaxtsız solur neyləyim?

Nərgizlərin gözü yaşla dolanda
Bənövşələr baxıb qəmgin olanda
Qərənfilin gözü yolda qalanda
Yasəmənlər saçın yolur neyləyim?

Çiçəklərin çəkir gözü intizar
Ayrılıqdan betər dünyada nə var?
Yaz axşamı səni bil ki, bu Nigar
Həzin-həzin yada salır neyləyim?

Tez gələsən, bəlkə əlac verəsən
Sünbüllərin saçın yığıb hörəsən
Çiçəkləri gəlib özün dərəsən
Yolda qalib baxışları neyləyim?

Çiçəklərin çəkir gözü intizar
Ayrılıqdan betər dünyada nə var?
Yaz axşamı səni bil ki, bu Nigar
Həzin-həzin yada salır neyləyim?


Mən könül mülkünün tacidarıyam,
Xəyal dünyasının şah nigarıyam.
Vətən torpağında iftixar olan
Şanlı nəsillərin yadigarıyam.


Hiç yorum yok:

Yorum Gönder