7 Ağustos 2013 Çarşamba

Məmməd Səid Ordubadi "Qanlı İllər"





Görkəmli yazıçı Məmməd Səid Ordubadinin “Qanlı illər (1905-1906)” sənədli-tarixi əsəri Tehranda fars dilində nəşr olunmuşdur. “Azərbay” türkcə çap və yayım şirkətini tərəfindən nəşr edilib yayılan əsər XX əsrin əvvəllərində erməni silahlı birləşmələrinin Azərbaycan xalqına qarşı törətdikləri ağır cinayətlər barədə müfəssəl məlumat verir.Kitab ümumilikdə erməni təzavüzkarlarıın Azərbaycan xalqının başına gətirilən qırğınlardan danışır..Sənədli sürətdə..Heç nə yalan,qondarma deyildir..Faktlar,sənədlər əsasında yazılmış bu kitab çox tükürpədici faktlarla doludur..İllər boyu əzilən,payimal altında qalan xalqımızın qanlı illərindən,rusların ermənilərin əli ilə xalqımıza etdikləri zülümdən,dövlət başında oturanların tükünü belə qımırdatmadan bu hadisələri laqeyd qarşılamalarından danışılır..Neçə-neçə rayonlarımızda durduq yerə ermənilərin,daha doğrusu daşnakların torpaq iddiası ilə əhalinin üzərinə hücumu,əlisilahsız insanların ah-naləsi,evlərini tərk etmələri,kəndlərin yandırılması,insanların başına gətirilən fəlakətləri bir sözlə keçmişdəki qanlı illərimizin faktlar əsasında ortaya gətirildiyi bir kitab.

1911-ci ildə yazdığı bu "Qanlı İllər"kitabı qadağan olunmuşdu..Bu kitabı millətçilik yayan bir əsər kimi qiymətləndirərək oxunması,yayılması qadağan olunmuşdu..Sovet dönəmi illərində isə artıq bu kitabı rahatlıqla alıb oxumaq mümükün idi..."Dənizdən-dənizə hətta gölən-gölə Emənistan torpaqları olmayıb,yalnız onlar bunu xəyali olaraq düşünüb torpaq davası edirər"..Bu Ordubadinin söylədikləridir..


Kitabda yer alan bəzii hadisləri qısa olaraq şərh etmək istərdim..


BAKI QIRĞINI:
Ermənilər tərəfindən Babayev adlı bir müsəlmanın ölümündən yarım saat sonra Artyom Şinkov adlı konduktor müsəlmanlar tərəfindən öldürüldü.Təbii ki,müsəlmanın ermənilər tərəfindən öldürülməsi bir bəhan,qırğınn başlaması üçün bir bəhanə idi.Bu adamlar öldükdən sonra 1905-ci il fevralın 6-dan 10-na qədər bütün sahələrdə tam şəkildə atışmalar başlanmışdı..Bakının hər tərəfində atışmalar,qətil-qarətlər başlanıb ayın 10-na kimi arda-arası kəsilmədən cinayətlər baş verirdi.Ermənilər Bakıda büsbütün məğlub olub fəlakətə düçar olmuşdular.Fevral ayında baş verən birinci Bakı hadisələrinin intiqamını almaq istəyən ermənilər 1905-ci ilin avqust ayında Bakıda ikinci dəfə iğtişaşlar törətdilər.Sonda isə 1905-ci il sentyabırın 14-də DUMİNSKİ meydanında sülh bağlanıldı..

CƏBRAYIL QIRĞINI
1905-ci il Ağ ev monastırında ermənilər tərəfindən yığıncaq təşkil olundu.Nitqlərdə söylənilirdi."Qardaşlar,gəlin əl-ələ verək Rusiyaya qarşı birgə vuruşaq."Bunu ermənilər ikili siyasət yürüdərək söyləyirdilər.Erməni millətçiləri nitqlərini qurtarandan sonra müsəlmanların bu ittifaqa razı olmadıqlarını görüb hədələyici sözlər də söylədilər.Müsəlmanlar isə "Biz bu işlərə şərik deyilik" deməklə qara günlər baş verdi.Ermənilər Cəbrayılın Divanəli,Veysəlli,Qacar kəndlərində yanğınlar tərətdilər..Beşaçılan tüfənglərdən yağmur kimi güllə yağdırıldı.Bunula yanaşı bir sıra erməni kəndləri də Əfşar,Düdükcü,Ağbulaq,Xoşəndan dağıdıldı.

NAXÇIVAN QIRĞINI
Çəhri kəndindəki Naxçıvan camaatı zülm və əziyyət altında əzilir,nə hökümət nə də filan sidq ürəklə belə işləri yoluna qoymurdular.1905-ci il noyabırın 30-da Çəhri kəndinin ermənilər tərəfindən və kazaklar tərəfindən yandırılması camaatı pərişan etdi.Camaat dərdini şəhərə gəlmiş İrəvan general qubernatoru Paskeviçə deyib çarə istəsələr də bir fayda vermədi və heç bir tədbir görülmədi.Müsəlmanları bu hala qoyan elə hökümətin etinasızlığı deyildimi?

İRƏVAN QIRĞINI
Məlum ola ki,Naxçıvanda olan erməni məğlubiyyəti İrəvan ermənilərini son dərəcə qəzəbləndirmişdi.1905-ci il mayın 24-də şəhərə atəş açıldı.Ermənilər ürəkləri istədikləri qədər atəş açır,hücum edirdilər.Sədaqət qurbanı olmuş islamlar isə tələf olurdular.Hər yerindən duran,silahlı və ya silahsız könüllü əsgərlərimiz ən son zamanki silahlarla silahlanmış daşnaksütyun döyüşçülərinin qarşısında mərdi-mərdanəliklə vuruşurdular.Müxtəsər,İrəvan mahalı bir yanar dağa,vulkana dönüb nəcib islam millətini məhv etməkdə idi.TİRJABAT erməni kəndindən GÖZƏCİK kəndinə hücum oldu.1905-ci il iyulun 31-də kənd atəşə tutuldu.Əhali arası yarım verst olan Məngus kədinə pənah apardılar.Sonra isə Güllücə kəndini nişan alaraq güllə yağdırdılar.Əhali silahsız olduğundan kəndi işğala verib qaçırdılar.Sülh bağlandıqdan sonra isə müsəlmanlar yerlərinə qayıtdılar.

ŞUŞA QIRĞINI
O vaxt müsəlmanlar ermənilərin müharibəyə hazırlaşdıqlarını ,hərbi ləvazımat topladıqları bir vaxtda müsəlmanların müharibə olacağını heç ağıllarına belə gətirməyərək qəflət yuxusunda idilər.Buna səbəb həm də ermənilərin zahiri məhəbbəti idi. Onlar otuz il ərzində silah toplayır, onları zirzəmilərdə, kilsələrdə, qəbristanlıqlarda və qayalıqlarda gizlədib saxlayırdılar. 1905-ci il 17 avqust günündən başlayaraq 4 gün davam edən Şuşadakı qanlı müharibədə mənən dağılmış ermənilər müqavimət göstərə bilməyərək çoxlu təlafatlar verdilər.Bu gündə islamlar mərdanəliklə müharibə etmişlər..Beləliklə avqustun 16-da baş verən müharibə 21 avqustda sülhlə nəticələndi..Qalaşçapovun ikinci dəfə Şuşa uyezdinə təyin olunması ilə müsəlmanlara qarşı olan iblis münasibəti özünü göstərmiş oldu.Ölmüş erməni meyidin generala nişan verildiyi vaxt general da Köçərli məhəlləsini topa tutmaq əmrini vedi. Qalaşçapov ermənilərə göz yumur müsəlmanları isə ciddi şəkildə cəzalandırırdı.Şuşanın ikinci müharibəsində müsəlmanların 7 yaşından 70 yaşına kimi qocaları,cavanları döyüş meydanında idilər..General Qalaşçapov islamları belə görüb daha evdən eşiyə də çıxmadı.18 iyulda sülh-barışıq bərpa olundu.


Belə ki,bütün bu iğtişaşların başında fevralın 6-da baş verən Bakı faciəsidir ki, bütün Qafqaza buradan atəş açıldı. Bununla da təxminən iki il davam edən müsəlman-erməni qırğını başlandı.
Xalqımızın igid oğlanları ov slahları ilə belə olsa da daima ermənilərə müqavimət göstərmişlər..Ordubadinin duyğu dolu son cümlələri:


"Xalqımız bunu da unutmayacaq ki, Şuşanın ikinci müharibəsində müsəlmanların yeddi yaşından yetmiş yaşına qədər qocaları silah işlədib erməniləri müqavimətdən aciz qoyurdular. Müharibə əsnasında övrətlər də sığına caqlara, səngərlərə hərbi sursat daşıyırdılar. İllər uzunu gün üzü görməyən xanım-bacılar arxalarında səngərlərə çörək və su daşıyıb islam əsgərlərinə kömək göstərdiklərinə görə dünyanın alqışlarını qazandılar. Allah belə bacılardan razı olsun. Ancaq bunların evlərdə oturub əsgər oğullar doğub kəmali-ədəblə tərbiyə etmələri üçün Allah-Təaladan bir çox təmənnada bulunuruq. "əsgər anası özü də əsgər olar - deyib dünyadan köçən babalarımıza min rəhmət oxuyub sözümü sona yetirirəm".



Bir azcıq da Ordubadinin həyatından yazmaq istərdim:


Atası Hacı Fəqir Ordubadi şair olmuşdur..Təxəllüsünü isə kasıbçılıqdan Fəqir qoymuşdur.Məmməd atasını itirdiyi vaxt onun 13-14 yaşı varmış..Ailənin ağır günləri daha da artmışdı..O vaxlar qadınların işləməsi üçün zavodlar,fabriklər yox idi..Sonradan isə erməni olan Karapet Babayev müsəlmanların rəğbətini qazanmaq üçün bir zavod açdırır..Anası və 14 yaşlı Məmməd o zavodda işləməyə başlayırlar...O ilk təhsilini atasından almışdır..Yazmağı,oxumağı..Məhlə məktəbindən təhsil aldıqdan sonra isə Mirzə Baxış Nadimin açdığı məktəbdə təhsilini davam etdirmişdir..Ordubadda yeni üsulla məktəb açdıran Məhmməd Tağı Sidqinin ilk tələbələrindən biri də Ordubadi olmuşdur...Sonradan Ordubadi öz üzərində işləyərək ərəb,fars dilərini,Şərq ədəbiyyatını öyrənmişdir..Onun ilk əvvəllər şeir yazmağa həvəsi yox idi..Şair atasının yazdığı şeirlərin palçığa atılması,hörmət qoyulmaması onu bu işdən soyudurdu...İlk əvvəllər yazdığı şeirlər fars dilində olmuşdu..O illər nəinki tükçə yazmaq danışmaq belə yasaq olmuşdu...Onun qadın taleyinə aid yazdığı əsərlər "İslam Qadını,"Bədbəxt Milyonçu"kimi əsərləri vardır..Ordubadi Cəlil Məmmədquluzadədin Mola Nəsrəddin jurnalının doqquzuncu nömrəsindən etibarən əsas məlliflərindən biri olmuşdur..

 O dövrlərdə Ruqiya Osmanlı ilə müharibədə olduğu bir dövrdə Azərbaycanlıların Osmanlılarla birgə Ruslara qarşı vuruşmağından ehtiyyat edərək erməniləri müsəlmanlara qarşı vuruşmasına şərait yaradırdı..Həşim bəy Vəzirovun göstərişi ilə Ordubadi Andranikdən müsahibə almağa getmiş və onunla olan söhbətindən sonra onun iç üzünü görmüşdü..Zahirən özünü müsəlmanları sevdiyin göstərən Andranik "Bizmim işimiz yalnız Osmanlılar ilədir"deməklə maskalanmışdı..Osmanlı-Rusiya müharibəsi bir növ keçmişdəki qanlı illərə zəmin yaradırdı..

 Çar hökümətinə qarşı çıxdığına görə Ordubadi 1914-cü ildən 1920-ci illərə kimi Həştərxanda,Naxçıvanda,Bayılda həbs həyatı yaşamışdı..Ordubadi sosialist olub bir sıra məqalələr,əsərlər yazaraq sosializmi təbliğ edir,Azərbaycan əhalisinin qurtuluş yolunu sosializmdə görürdü..

1930-cu ildən etibarən isə yeni-yeni romanlar yazmağa başlamışdı..Səttarxana adi etdiyi "Dumanlı Təbriz",Nizami Gəncəviyə və onun dövründəki hadisələrdən bəhs edən "Qılınc və Qələm"kimi tarixi janırlı qan qoxan əsərlər yazmışdır..O ədəbiyyatımızda tarixi janrın əsasını qoymuşdur..

O taylı,bu taylı vətənimizin başına gətirilən bəlalardan yazan Ordubadinin hər bir əsəri bilməli olduğumuz tariximizdir,keçmişimizdir..


Hiç yorum yok:

Yorum Gönder