29 Ekim 2013 Salı

Quran elmə yol göstərir (Harun Yahya)


Kainat içində heç bir məqsəd və məna olmayan bir maddələr yığınıdır,təsadüflərlə fəaliyyət göstərir..

Abogenesis – Təsadüfü törəmə..
Abiogenoz- Qeyri Bioloji yolla həyatın törəməsi.

Darvinizm iddia edir ki,canlılar arasında təsadüfü törəmə halları vardır..İddia olunur ki, qeyri-üzvi maddədən üzvi maddə yaranır və bu proses sadədən mürəkkəbə doğru irəliləyir..və təkalmülçülər bunu sübutada yetirdilər..
1953-cü ildə amerikan alimi S.L.Miller ilkin atmosferdə mövcud olmuş maddələrin qatışığına 60000 V gərginliyində elektrik cərəyanı buraxdı. Həmin bu sistemdə 80 C0 temperatur və təzyiq yaratmaqla bir neçə gündən sonra qarışqa turşusunu və bir neçə amin turşusunu almağa müəssər oldu. Beləliklə Qeyri-üzvi maddələrdən Üzvi maddələrin əmələ gəlməsi praktiki olaraq sübut olundu.Heyvanlarda pulcuqların tədricən tükə çevrilməsi və tərz vəzilərinin balaları tərəfindən yalanması nəticəsində südə çevrilməsi fikirləri də ortya atılmış oldu..Amma nə dərəcədə doğrudur bax bu yenə də sual altındadır mənə görə…
Təkalmülçül
Rin “Kütləşmiş orqanlar”iddiasına cavab olaraq din tərəfdarları belə bir cavab verirlər bu sual qarşısında ;
Kütləşmiş orqan hesab edilən kor bağırsaq orqanizmə daxil olan zərərli maddələrə qarşı mübarizə aparır..Badamcıq vəziləri isə boğazı infeksiyalardan qoruyur..Onurğa sütunun sounuda yerləşən büzdüm sümüyü isə çanaq sümüyü ətrafındakı sümüklərə dayaq rolunu oynayır..

Çarliz Darvinin saxtakarlığı Piltdaun Adam (Piltdown Man) daşlaşmış yarı insan və heyvan beyni idi..Oranqutanın çənəsini insan kəlləsinə birləşdirərək təkamülü saxta yolla yaymağa çalışmış Çarlz Darvinin bu saxtakarlığı sonradan gün üzünə çıxmışdır..Bu qəsdən qurulmuş bir yalan idi..
Çarl Darvinin bir fikri ; "Bu çalışmaları aparakən (Növlərin mənşəyi üçün apardığı araşdırmalar) sərf etdiyim vaxta dəyib-dəymədiyinə şübhə edirəm...
Təkalmülçülərin irəli sürdüyü yoxdan yaranış yəni böyük oartlayış Biq Bənq.. Məhz bu gün elm, kainatın bu tək nöqtənin partlaması ilə yoxdan var olduğu həqiqətini üzə çıxarmışdır. Bu partlayışa “Biq Bənq”, yəni “Böyük Partlayış” adı verilmişdir...
Amma həqiqətənmi qüsursuz dünyamızın yaranışı bu böyük partlayış sayəsində yaranıb yoxsa yox..Bu yenə də mənim üçün qaranlıq bir məqamdır..

Qurandakı gerçəklər..
Küləklər Havadakı sərbəst olan su buxarını dənizlərdən daşıdıqları hissəciklərlə "mayalandırır" və beləliklə də,yağış bludlarının əmələ gəlməsini təmin edir..

O SİZİ ANALARINIZINBƏTNİN DƏ ÜÇ ZÜLMƏT İÇİNDƏ YARANIŞDAN-YARANIŞA SALARAQ YARADIR..BU SİZİN RƏBBİNİZ OLAN ALLAHDIR,HÖKM ONUNDUR,ONDAN BAŞQA HEÇ BİR TANRI YOXDUR..ELƏ İSƏ NECƏ DÖNDƏRİLİRSİNİZ..

"ZUMƏR"SURƏSİ

Həqiqətəndə hüceyrə ana bətnində üç mərhələdən keçir.

Pre-embrionik mərhələ..
Ziqot bölünərək çoxalır,bir hüceyrə kütləsi halına gəlir və özünü bətn divarına yapışdırır..

Embrionik mərhələ
Canlı rüşeym əmələ gəlir və artıq orqanlar yaranmağa və inkişaf etməyə başlayır..

Fetal mərhələ
Rüşeym artıq fetus adlanır.Artıq insan siması almış olan canlı əmələ gəlir..




Qərb alimlərinin imanı.. 
Əgər sənət əsərləri insanın əsəridirsə,o halda canlı varlıqlar da insandan daha üstün olan ali varlığın əsəridir..

Paley

Samuel Morze--teleqrafın və kameranın icad edən şəxs..


Təbiəti nə qədər kəşf edirəmsə,yaradanın əsərləri qarşısında inancım bir o qədər də artıq..

Lui Paster--Peyvəndi kəşf etmiş şəxs

Təsadüfdəb meydana gələn hansı proses bir insan beynini və ya bir insan gözünün sistemini əmələ gətirə bilər?

Varner von Braun





17 Ekim 2013 Perşembe

Константин Георгиевич Паустовский


Rus yazçısı Poustoviskinin hekayələrindən seçmə cmlələr...
Daha çox öz başına gələnlərdən,öz gördüklərindn bəhs edir yazıçı..Bax bu da mənə ləzzət edir..Hələ oxumadığım hekayələri var..Oxuyacağam..Amma ən bəyəndiyim "Teleqram" heayəsi oldu..


Həyatı və həyatda gördüyümüz hər şeyi poetik şəkildə qavramağımız bizə uşaqlıq dövrünün bağışladığı ən böyük bəxşişdir..


Sənətin vəzifəsini ən adi şeydə qeyri-adilik və əksinə ən qeyri-adi şeydə adilik tapmaqda görən DİDRO...

Şam ağaclarının çətiri buluddan don geyinirdi...

O vaxtlar dördpəncəli faşist embleması sürətlə Avropanın üstünə yeriyirdi..Almaniyanın Henrix Man,Eynşteyn,Remark,Stefan Sveyq kimi alicənab övladları “Qara Taundan” uzaq olmaq üçün vətəblərini tərk etmişdilır..Vətənlərindən dərbədər düşənlər ürəklərində humanizmin qələbəsinə sarsılmaz inam aparmışdılar..

Qəribə bir təsadüf

Durğu işarələri fikirləri bir-birindən ayırmaq,sözlər arasında düzgün əlaqə yaratmaq və cümlələrin oxunuşunu asanlaşdırıb,onların tələffüzünü qayda-qanuna salmaq çündür..Durğu işarəsi not işarəsi kimi bir şeydir.O ,mətnin əl-ayağını yığır,onu dağılıb səpələnməyə qoymur..

 Bu əhvalatdan sonra mən əmin oldm ki,yerində qoyulmuş hər bir nöqtənin oxucu üçün nə qədər əhəmiyyəti var..
Teleqam

Nastya onu vecinə almadığı bir vaxtda anasının ürəyi onu hey arzulayırdı..Bumudum övlad qayğısı,sevgisi..Bəs qoca ananı heçmi yoluxmaq lazzım deyildi Nastyaya..Lazım idi..Ana ona hava,su qədər lazım idi..amma o bunu anası torpağa tapşırılanda dərk etmişdi...

Ötəri grüşlər

Bir şair demişdir :
“O quruyub xəzan olan yarpa mahnılarda əbədi qızıl kimi şölələnir”..İncəsənətin bizim üstümüzə saldığı qızılı şəfəq əbədidir..O bizi hədsiz dərəcədə yüksəldir..


"Mənim sevimli kitabım" hekayəsində isə mən mükəmməl bir bilgi öyrənmiş oldum..İtalyan etnik mahnılarının adı mənə tanş deyildi..Gördüyüm an qeydə aldım və araşdırdım..
Cantilena musiqi tərzi..Bir növ həzin tərzdə olan arialar...Çoxxx sevdim mən..



Bəstəkar  Heitor Villa-Lobos-un (Эйтор Вилла-Лобос) bəstəsi..Bachianas Brasileiras 
 digər başqa bir musiqi Cantilena Antiqua esemble..

Düşünürdüm ki,mən aria sevmərəm..amma yanılmışam...Zövqümə xitab etdi..




13 Ekim 2013 Pazar

Fətəli Xan filmi


18-ci əsrdə Azərbaycan adı demək olar ki,hallanmırdı..Çünki vətənimiz xırda-xırda xanlıqlara bölünmüşdü..Və bu da müstəqil Azərbaycanın olmasına böyük əngəl törədirdi..Və ən əsası isə qonşu dövlətlərə bu sərf edirdi.. Qonşu dövlətlərin necə deyərlər kuklasına dönmüşdü xanlar..O vaxtlar Quba xanı Fətəli xan xanlıqları birləşdirib vahid Azırbaycan dövlətini yaratmaq idaeası ilə xanlara ittifaq təklifi göndərsə də bir çoxları buna razı olmurdu.. Quba xanlığının hökmdarlarından ən məşhuru olmuş Fətəli xan çalışırdı ki, Azərbaycanın pərakəndə xanlıqlarını özünün rəhbərliyi altında birləşdirsin. O, Dərbənddən Lənkərana qədər bütün şimal-şərqi Azərbaycanı özünə tabe etmişdi.İttifaqa Bakı xanı Məlikməmməd xan razı olsa da bunun qarşılıında Fətəli xanın bacısı Xədicə Bikə ilə evlənməyi istədi..Buna razı olan Fətəli xan isə digər tərəfdən Xədicə bikəni sevən Əmir Həmzə ilə qarşı-qarşıya gəldi..Belə olduğu təqdirdə birləşmək heç də mümkün deyildi..Digər tərəfdən isə Şirvan xanı Ağası xan öz qoşunlarını Qubanın üzərinə göndərmişdi..
1774-cü ildə Gavduşan çölündə Fətəli xan və Əmir Həmzə arasında döyüş baş verdi..Fətəli xan məğlub oldu..Xanlar arasında olan torpaq hərisliyi müttəfiqliyə əngəl törədirdi..Dərbəndə mühasrəyə alınıb da təhlükə ilə qarşı-qarşıya gəldiyi bir vaxta Fətəli xan Dərbənd qalasını tikdirmək üçün daşın yetmədiyini gördükdə kənd əhalisinin evlərini söküb həmin daşlardan qala tikdirmiş oldu..
1776-cı ildə Dərbənd şəhərini idarə etmək Tuti Bikəyə tapşırılmışdı. O, ərinin döyüşdə öldürüldüyü haqqındakı şayiələrə inanmayaraq şəhəri axıra qədər müdafiə etdi, 9 ay düşməni Dərbəndə yaxın buraxmamışdı.
Böyük mücadələr sonrasında isə Fətəli xanın birləşmə,vahid divan alyında şura yaratmaq istəyi reallaşa bilmədi.

5 Ekim 2013 Cumartesi

Qaraqan "Evakuasiya"


Dünyanı dəyişdirmək mükündürmü.. ?
Onu köklü şəkildə dəyişib tam yaşanılacaq bir dünyaya çevirmək mümkündürmü görəsən?..Bax bu əsər bu suallara cavb verir.
Masonlarən gizli təşkilatları dünyanı köklü şəkildə dəişdirməyə qərara gəlirlər..sən demə gender testi vasitəsilə insanın necə birisan olduğunu bilmək olurmuş..bu test vasitəsilə insanları pis və yaxşı katrqoriyalara bölürlər..və qəddarcasına pis və əmiyyətdə nifaqlar salma ehtirasına,istəyinə sahib olna adamlar öldürülür..Əsas məqsəd ; Yarasız insanlar ölməli və yerdə qalan yaxşıyönümlü insanlardan təşkil olunmuş bir dünya qurmalı..

...və günlərin bir günü adi monoton günlərdən biri öz hökmünü sürdüyü anda dünyada bu gizli təşkilatın əməkdaşları dünyanın hər yerindəki insanları evakuasiya edirlər..və Bakıdakı cərəyan edən bu hadisələrdə Aydan və Kənan adlı iki yeniyetmə inanlmaz şeylərə əl atırlar..
Kompyuter,texnika biliklərinə mükəmməl sürətdə bələd olan Kənan şizofreniya xəstəliyi üzündən evakuasiya haqqında söylənilən yalanlara inanır və Fidanla qaçaraq bir macəraya imza atır..Dünyada heç kim yoxdur..Yalnızca aralarnda bir-birlərində gili sürətdə hak olmuş sevgi olan iki gənc yalqızlıq içərisində cabsız suallarlar haqqında evakuasiyanın səbəbini öyrənməyə çalşırlar...
...və vaxt çatır..onlar gizli təşkilat tərəfindən izlənildiklərini fərqinə varrlar..Hər şey aydnaşdığı bir anda isə ortaya bir təklif qoyulur..fidan testdən keçməlidir..Əgər o yaxşı inan olsa,Kənana heç nə edilməyəcək..
Tes sırasında hər ikisi pis insan olsa da aralarındakı SEVGİ gücü onları yaxşı edir...Dünyanı gözəllk yox məhz sevgi xilas edəcək..Sevginin gücü ilə beyinlərdə “Mələk geni” yaranır və bu hiss ən pis insanlar da yaxşı insana çevirə bilər..

Əsərin sonunda bir sual verilir

Bəs,sizcə dünyanı belə bir inkişaf nöqtəsinə gətirmək üçün bu qurbanları vermək olardımı?
Siz Nedə və gizli təşkilatlara haqq qazandırardınızmı?

Xeyir..Qətiyyən düzgün hesab etmirəm bu qurbanların verilməsini..Yaradn bizlər deyilik ki,öldermə qərarını verən də bizlər olaq..Ali qüvvə olan Allah heç vaxt hansısa bəndənin öldürülməsini xoş qarşılamaz..
Təsəvvür edək ki,biz bu qədər qurbanlar verdik…Bizim o pis adam adı verib də öldürdüyümüz qurbanlardan fərqimiz nə olar..Biz onlardan da pis olarıq ki,bu qədər insanın ölümünə göz yumduq öz rifahımız üçün..bu öz mənfəəti uğrunda başqalarına qurban vermə halı gedib eqosentrizm halına dayanır..
Cəmiyyəə yararlı olmayan insanları qurban verməklə xoş cəmiyyət qurmaq mümkün olmaz..Çünki mənə görə ən böyük əzab vicdan əzabıdır..Və bu vicdn əzabı da insanları ər daim təqib edəcəksə ortada xoş həyatdan söbət belə gedə bilməz..
Bu ideyanın absurd olduğunu düşünürəm..


ƏSƏRDƏN ÖYRƏNDİYİM MƏLUMATLAR ;

• Tampliyerlər Məbəd cəngavərləri və ya Məsihin və Süleyman məbədinin cəngavərləri — orta əsrlərdə Fransada və digər Avropa ölkələrində mövcud olmuş dini cəngavər ordenlərindən biri. Səlib yürüşlərində fəal iştirak etmişlər. I Səlib yürüşü zamanı ələ keçirilmiş Qüdsü ətrafdakı müsəlman dövlətlərindən qorumaq və bura ziyarətə gələn xristian zəvvarları mühafizə etmək məqsədilə Huqo de Peynin başçılıq etdiyi bir qrup cəngavər tərəfindən 1119-cu ildə yaradılmışdır. Təriqət Avropada bank və sələm sistemini genişləndirmişdir.
12-ci əsrdə 1180 və 1270-ci illərdə onların tikdikləri məbədləri o dövrdə tikmək mümkün deyildi..150 mlik bu cür məbədlər….


• Yevgenika (insan nəslini bioloji yolla yaxşılaşdırmaq haqqında nəzəriyyə).


• Masson olmuş məşhurlar – Bethoven,Artur konan Doyl,Mark Tven,Aleksandr Puşkin,Lev Tolstoy,Volter,Corc Vaşinqton,Balivor simon,Höte,con Edqar,Bezant anni (qadın hüquqları uğrunda mübarizə aparan yazıçı),Motsart,Çöçil

4 Ekim 2013 Cuma

Çexov hekayələri.


ÇILĞINLIQ
-Birdən-ikiyə başqasına əl açmısınız?
-Təhsil haqqını verməyə pul tapmayanda açmışam..Heç əl açmış olmasam da,bu aydn məsələdir. Dilənçi,necə olsa da,yenə azaddır,amma siz qulsuzun..

Vasilyev ümumiyyətlə dərdi,möhnəti hiss etmək üçün çox zərif,çoc gözəl bir həssaslığa malik idi..Yaxşı aktyor özündə,özgənin hərəkətini,səsini əs etdirdiyi kimi ,Vasilyev də öz qəlbində başqalarının kədərini,əzabını əks etdirməyi bacarır.


Mənim iki fakültədə oxumağımı bir qəhrəmanlıq sanırlar,üçü ildən sonra tullanacaq və kimsənin oxumayacağı bir əsər yazdığım üçün tərifimi göyə qaldırırlar ;amma düşkün qadınların haqqında ,bu sualların barəsində danışdığım kimi,soyuqqanlıllıqla danışa bilmədiyim üçün məni müalicə edirlər,dəli adlandırırlar,mənə acıyırlar..
Hekayədə Vasilyev böyük alturizm hissləri ilə fahişə qadınların həyatı barədə düşünür...Onu narahat edəb bu problemin həlli yollarını tapmaqdır..Dərin məzmunlu bir hekayədir..Oxuduqca kaş ki,Çexov bu kiçicik hekayəsin böyük roman şəklndə yazsaydı deyə düşünürdüm..Fahişəliyin kök hara dayanır.Nəyə görə qadınlar satılır və alınırı...Dünyanın hər yerində bu kimi qadınlar nə qədərdir..


“London,Hamburq,Varşavadakı düşkün qadınların saysız-hesasız olmaları onu böyük bir dağ kimi sıxırdı”..



DƏRD



Bu hekayəsində Çexov simic bir yaşlı dülgər obrazı ilı simicliyi dolayısı yolla ifşa edir..O daim öz ziyanlarını (pul cəhətdən) hesablayır pul hərisiyini bu cür vəzəiyyətlə göstərmiş olur..Öz həyt yoldaşını itirdikdən sonra ona etdiyi haqsızlıqları düşüür..Yaşlı dülgər həyatda hər şeyin tez bir zamanda puş olub getdiyini duyur..O sonda bir sıra həqiqətləri görmüşdü..Hansı ki,vaxtıkən onları gözardı etmişdi..