10 Ağustos 2013 Cumartesi

The Silence of the Lambs (Quzuların Səssizlyi)


"Bax əsl film budur","Mənim film zövqümə bax bu film tam uyğundur"dedirtən bir film oldu mənə "Quzuların səssizlyi" filmi..Daima həyəcan,gərginlik içində izlədiyim film bir FIB agentinin dedektivi olan Clarice Starling insanları vəhşicsinə öldürən bir qatilin izinə düşür..Ancaq bu qatilin sirrlərini yalnız həbsxanada olan çox ağıllı bir qatil bilir..Bu Hannibal Lecter'indir..O çox ağıllıdır..Ağıllı olduğu qədər də təhlükəli və bir o qədər də psixoloji cəhətdən xəstə..Adamları yemək dərəcəsində xəstə..Bu rolun ifaçısı Anthony Hopkins film boyu cəmi 16 dəqiqəlik rolu ilə məni özünə heyran buraxdı..Bir aktyor rolunun öhdəsindən bu qədər məharətlə gələ bilər..Baxışları nəyə desəniz dəyərdi..Bəs Sterling Hannibaldan istədiklərinin ala bildimi?!....Bəli...Öz səmimiliyi ilə Hannibalın şəxsi həyatı ilə bağlı verdiyi suallara səmimi cavab verərək..Bir vaxtlar atasını itirdiyini yetim qaldığı üçün qohumlarının yanında yaşadığını və həmin müddətdə bir gecə yarısı quzuların qışqırığına oyanıb da oranı tərk etdiyini söyləyir və beləliklə istədiyinə nail olur..."Quzular səssiz olduğu vax mənə də xəbər edərsən"...
Dolu bədənli qızları tutaraq onları vəhşicəsinə öldürən qatili Sterling yaxalay;r.Filmin deyərdim ki,ən həyəcanlı səhnələri də filmin sonlarında cəmlənib..Bu cür filmləri izlədiyim zaman dünyadakı hər cür psixologiya ilə tanış olmuş oluram..Həqiqətən də dünyamızda bu cür psixologiyası xəstə insanlar mövcuddur..və hər gün nə qədər günahsız insanlar onların qurbanına çevrilir..
Film ən yaşı ssenari və ən yaxşı aktyor performanslarına görə Oskar mükafatına layiq görülmüşdür..Həm Anthony Hopkins həm də Jodie Foster mükəmməl rol ifalarına görə Oskar mükafatına layiq görülmüşlər..

Hiç yorum yok:

Yorum Gönder