21 Ağustos 2013 Çarşamba

Dostoyevski - "Cinayət və Cəza" (Преступление и наказание)


Dünyada ən çox sevilən əsərlərin başında gələn "Cinayət və Cəza"əsəri tam mənası ilə insanı düşüncələr girdabına aparır..Əsərdə elə bir mövzu ortaya qoyulmuşdur ki,onun haqqında düşünüb br qərar çıxartmaq çətindir...Amma mən tam əminliklə bir nəticəyə gəldim..
 Belə ki,əsərin baş qəhrəmanı Raskolnikov kasıb,kirayədə qalan Peterburqda təhsil olan tələbədir..Kasıbçılıqdan təhsilini yarımçıq qoymalı olur..Həyatın bir sözlə sərt üzünü gənc yaşlarından dadmağa başlayır.Anası,bacısı kasıblıq içərisində...Bəs buna nə çarə etsin?...Bir sələmçi qarının öldürərək ondan oğurladığı qızıllar,pullar ilə özünə xoş bir həyat qurmağı düşünür..Yalnız bunları düşünməklə qurtarmır..O yalnız özünü düşünmür...Ətrafında gördüyü insanların acılı,pulsuzluqdan çəkdikləri çətin həyat tərzinə bələd olan Raskolnikov bu cinayəti onları da ağ günə çıxarmaq üçün edir..O bir cani deyildir...

Amma qarını öldürməyin doğruluğunu ona arxayın edən bir mülhizəsi var..Bu mülahizə Napoleon mülahizəsi..Neə olur ki,şahlar,padşahlar elə lap olsun Napoleonun özü bu qədər insanı öldürürlər,bu qədər qanların axmasına bais olurlar amma insanların onlara itaət etmə dərəcəsinə kimi yüksəlirlər?!...Amma Raskolnikov yalnız bircə heç kimə lazım olmayan qarının öldürməklə n' qədər insanı ağ günə çxarda bilərdi...o düşünürdü ki,bəlkə də,bu kimi şahlara,padşahlara o qarının öldürmək təklifi olnunsa idi heç tərəddüdsüz öldürərdilər..
Əsərdə Raskolnikovun daxili dünyası öz çılpaqlığı ilə oxucuya aydın olur...Onun düşüncələri onu cinayət etməsinə gətirib çıxardır..Amma oğurladığı pullardan istifadə edə bilirmi...Yox!!Çünki o bir bitdir..Bit--yəni cəmiyyətin fərqlənməyən insan sürüsündən bircəciyi..Əgər o fərqlənsə idi heç peşmanlıq çəkmədən pulları daşın altında gizlətəməzdi..Dotoyevski bu əsərdə də həmişə olduğu kimi təhqir olunan,alçaldılan insan talelərinidən danışır..Bəs kim həl etsin bu taleləri?!..Raskolnikov bunu həll edə bilmir...Öz nəzəriyyəsi özünə yad olur..soradan duyduğu peşmaçılıq hissi bu nəzəriyəni alt-üst edir..və o bütün hər şeyi polislərə etriaf edir...Sibirə sürgün olunur...Əsərdə Sonyanın,]gey anası olan Katerina İvanoviçin,Marmeladovun,Raskolinkovun ana və bacısının taleləri də ağrılıdır..bir təfəfdən daima içən və ölümlə sonlanan Marmeladovun həyatı,bir tərəfdən ailəni dolandırmaq üçün özünü satan gənc qız Sonya,bir tərəfdən isə çətin həyatınnın sonunda dəli olaraq həyatını sona vuran Katerina İvanoviç..
 Əsərin sonuna gəldik..Belə ki,bəlli olur ki,Raskolnikv öz nəzəriyyəsinə arxa dura bilmir..Onu davam etdirə bilmir..Yalnız Sibirdə katorqada olduğu vaxtda onu sevdiyindən tərk edə bilməyən,onunla ta Sibirə kimi gələn Sonyanı sevdiyini hiss edir...və beləliklə də,bu sevgi vasitəsilə sanki onun daxili aləmində yeni bir dünya canlanır...Hansı ki,bu dünya haqqında da çox danışmaq olar..Amma hekayəmiz burda bitir..


Əsərdən seçdiyim cümlələr..

İnsan halsız olanda,gördüyü yuxular çox vaxt son dərəcə qabarıq,aydın və həyata uyğun olur.Bəzən bu yuxu olduqca dəhşətli bir şəkil alır lakin baş verən əhvalatın əmələ gəldiyi şərait və hadisənin gedişi o dərəcə ağlasığan,o dərəcə incə,təfsilatlı olurŞhəm də bu təfsilatlar,bədii cəhətdən bütün hadisəyə,bir hadisənin dolğunluğuna o qədər uyğun gəlir ki,yuxu görən adam istər lap Puşkin,ya da Turgenev kimi sənətkar olsun,oyaq olanda bu kimi şeylər heç təsəvvür edə bilməz..Belə xəstə yuxular uzun zaman yadda qalır,əsəbləri pozulmuş və həyəcan keçirən adamlara qüvvətli təsir bağışlayır..


Sən necə bilirsən:xırdaca bir cinayəti minlərcə yaxşı iş yuyub aparmazmı??


Əgər mənə bu vaxta qədər eyirdilərsə "sev",mən də sevirdimsə-bundan nə çıxardı..bundan o çıxırdı ki,mən əynimdəki çuxamı iki yerə bölürdüm,onu yaxın bir adamla bölüşdürüm,biz ikimiz də yarı çılpaq qalırdıq,bu rusca deyilən bir atalae sözünə bənzəyir..."Bir neçə dovşanın dalınca birdən qaçarsan-heç birinə də çatmarsan".amma elm deyir:hamıdan əvvəl yalnız özünü sev,çünki dünyada hər şey şəxsi məənfət üzərində qurulmuşdur..Yalnız öz-özünü sevərsən-onda işlərini də yaxşı düzəldərsən,əynindəki çuxan da bütöv qalar..İqtisadi həqiqət əlavə edir,cəmiyyətdə yaxşı qurulmuş xüsusi iş,yəni ki,bütöv çuxa nə qədər çoxsa-onda həmin cəmiyyətin möhkəm əsası çoxdur..


Yalan danışmaq-insanın bütün məxluqata görə yeganə imtiyazıdır..Yalan deyərsən-həqiqtə çatarsan..


Kilidləməyə bir şeyi olmayan adamlar--xoşbəxt adamlardır..İnsanlar iki qrupa bölünür..Bunlardan biri aşağı pillədə duran (adi)insanlardır,yəni yalnız özlərinə oxşar insanlar törətməyə xidmət edən materialdır..Biri də ki,əsil insanlardır,yəni öz mühitində təzə söz deməyə qabiliyyəti,yada istedadı olan insanlardır..


Yox,o adamlar belə yaranmışdır;əsil hökmdar,-o adam ki,hər şey etməyə icazə verilmişdir.Parisdə qırğın düzəldir,öz ordusunu Misirdə yaddan çıxarır,Moskva səfərində yarım milyon adamı qırğına verir,Vilnada məzəli söz deməklə işin içindən çıxır..Öləndən sonra da ona pərəstiş edirlər,deməli,ona hər şeyetməyə icazə verilir..Görünür,belə adamların bədəni tuncdandır..


İdrak axı ehtirasa xidmət edir,əslində bəlkə mən özümü daha artıq məhv edirdim,axı bir insaf edin..



İnsanlar təhqir olunmağı çox-çox xoşlayırlar!siz bunu görmüsünüzmü.Bu hal xüsusiyyətlə arvadlarda olur..Hətta onlar bununla ovunurlar..


Adamın öz ağlı ilə yalan deməsi-başqasının,yad bir adamın ağlı ilə doğru deməsindən yaxşıdır..



Qürur və şöhrətpərəstlikk azarı bəzən ən yoxsul,ən qıpıq adamlarda əmələ gəlir; arabir bu onlarda şiddətli,əsəbi bir ehtiyac şəklin atır.



Çox yoxsulluq qüruru..Bu qürurun nətixəsidir ki,bizim məişətdə hər kəs üçün məcburi olan bəzi ictimai ayinlərdə bir çox yoxsullar,"başqalarından geri qalmamaq üçün",həm də,"məzəmmət"edilməsinlər deyə,var-yoxdan çıxır,bütün yığdıqları pulları,son qəpiyinə kimi xərcləyirlər..



Kim ki,çox cəsarət göstərir-insanlar içində,o haqlı olur.Kim ki,ən mühüm şeyə tüpürə bilir-insanların qanun verəni o olur.Kim ki,hamıdan çox cəsarət edə bilir-o hamıdan çox haqlı olur..



Yüz şübhəni bir yerə yığmaqla bir dəlil olmaz..




Cinayə?.Hansı cinayət?!..Murdar,iyrənc bir biti,sələmlə pul verən,başqalarına ziyan verən,heç kəsə lazım olmayan,yoxsulların qanını soran bir qarını öldürmək bir cinayətdirmi..Elə bir qarı ki,onun öldürməklə adamən min bir günahını bağışlarlar..Mən bunun bir cinayət olduğunu düşünmürəm və bunu yumaq fikrində də deyiləm..



Niyə axı insanları mühasirəyə alıb üstünə bomba yağdırmaq bir ləyaqətli işdir?..Estetikadan qorxma-zəifliyin birinci əlamətidir..



Göz yaşı və əzab-axı bu özü də həyatdır..



Sanki paltarının ucu maşının çarxına ilişmiş,maşın da onu özünə sarı çəkməyə başlamışdı..

Hiç yorum yok:

Yorum Gönder