Rus torpağı yas tutub, fəğan edir ki,
Ey qatillər əlindən ölən namdar,
Qurtarmadın zamanın qanlı şərindən,
Tilsimin də olması sənə havadar...
Tutulub bu xəbərdən ağsaçlı Qafqaz
Səbuhinin şeri ilə yasını saxlar.
Filmdə bəzii nüanslar diqqətimi çəkdi..Məsələn Ölüm yatağında olan Mirzənin gözlərin önünə Bakıxanovu gətirərə onunla olan dialoqu..
M.F.Axundzadə-Siz mömin ola-ola Osmalılara,İranlılara,dağlılara qarşı vuruşmusunuz.
A.Bakıxanov-Günahlarımı yumaq üçün Məkkəyə gedirəm..Fətəli,çalış mən etdiyim səhvləri etmə..
A.Bakıxanov 1846-cı ilin martında Məkkə ziyarətinə getmişdir. O, Tehran, Təbriz, İstanbul, Misir marşurutu ilə arzusunda olduğu müqəddəs məkana yetişir. 1847-ci ilin əvvəlində Məkkə ziyarətindən qayıdarkən 52 yaşında Vadiyi-Fatimə deyilən yerdə vəba xəstəliyindən vəfat etmişdir.Bu mövzu da danışılası saatlarla sürəcək mözulardan biridir..
.jpg)