10 Ağustos 2013 Cumartesi

Kelebeğin Rüyası


Yaşanmış həyatları gözlər önünə gətirən bir film.."Kəpənəyin yuxusu"..Adlarını belə eşitmədiyim iki türk şairini mənə tanıtdırdığı üçün filmi əsasən buna görə çox sevdim..Digər tərəfdən isə..:
Belə ki,film iki türk şairinin-Rüştü Onur və Muzaffer Tayyip Uslunun həyatından bəhs edir..Region(Zonquldaq) şairi olan bu iki şəxs gənc yaşlarından vərəmlə,aclıqla,İkinci dünya müharibəsinin gətirdiyi çətnliklə və içlərindəki şeir yazmaq əzmiylə yaşayırlar...
Gəlin ilk öncə şairlərin həyatına qısa bir nəzər salaq..
 22 yaşında vərəmdən vəfat edən Rüştü Onur öz şair dostu olan24 yaşında o da vərəmdən vəfat etmiş Muzaffer Tayyip Uslu ilə birligdə İstanbulda "Dəyirman"məcmuəsində öz şeirlərini dərc etdirirdilər..Ölümlərindən sonra onların şeirləri çap olundu və xalq tərəfindən oxunaraq sevildi..Muzaffer Tayip Uslunun şeirlərini Necati Cumalı,Rüştü Onurun şeirlərini isə Salah Birsel kitab halında çap etdirmişdir..Bu iki şairin bir də Behçat Necatigil adında müəllimləri də vardı ki,onlara film boyunca gördüyümüz kimi yardım əlini çox uzatmşdır..


Filmi izlədiyim zaman həm güldüm,həm də üzüntülərə qərq oldum..Ələlxüsus filmdə bəzi həm yumoristik həm də mənalı dialoqları çox bəyəndim..Deyərdim ki,filmdə aforizmlik cümlələr çox idi..İki şair öz ölümlərinin çox tezliklə onları yaxalayacağını bilsələr də içlərindəki yazmaq eşqindən vaz geçməyərək çətinliklə də olsa yazmağa kağız,yazı maşını tapmasalar da yazırlar..Yazdıqları yer divarlar olsa belə..Dövrün çətinlikləri onları məhrumiyətlərə düçar edir..elə talelərinin ağırlıqları da o zamanki dpvrdən qaynaqanmırmı??Onlar öz dövrlərinin çətinliklərinin qurbanı olurlar..Bəlkə də yaşayıb-yaratsaydılar daha çox tanınar və hər şey daha fərqli olardı..Filmdə bu iki şairdə yazmaq-yaratmaq hərisliyini,aclığını görüb bir növ onların erkən yaşlarında həyatdan köçmələrinə pis oldum..Axı onlar çox cümlələrə,fikirlərə həyat verə bilərdilər..Həmçinin filmdə olan sevgi səhnələri də təsirlidir..Muzafferin imkansız sevgisi,Rüştünün isə xəstəlikdən dolayı yarımçıq qalan sevgi həyatı..Dövrlərin qurbanları..Film izlənilməyə dəyər filmdir..
• Əl verərkən vərəm keçməz,olsa-olsa sevgi keçər..


• Əşşi,bu cür qızların bir şeirlik canları var...


• Sən demə gündə üç dəfə yemək yemək insanı sağaldırmış..


• Unutmaq mümkün deyildirsə xatırlamamağa çalış...nə də olsa ikisi başqa-başqa şeylərdir..


• Gözəlliyini sənə danışmaq istərdim aynalardan əvvəl...


• -Xəstəyik biz..
-Aşiqiz biz..

Hiç yorum yok:

Yorum Gönder