6 Ağustos 2013 Salı

Per Laqerkvist "Dünyada Qonaq"




Əbəs yerə Laqerkvistə "Tanrısını Axtaran" yazıçı demirlər..Oxuduğum artıq neçənci əsəridir ki,yazıçı Tanrısını axtarır..
Avtobioqrafik bir əsər olan "Dünyada Qonaq"adlı povestində Laqerkvist öz gənclik dövrlərindəki ona hakim kəsilən düşüncələri yer alır..Yeddi uşaqlı sadə bir ailənin ən kiçik uşağı olan Anders ölüm haqqlnda düşünür..Ətrafdakı insanlardan özünü təcrid edir və ölümün ona gətirdiyi düşüncələrə,suallara cavab tapağa çalışır..Nə zamansa öləcəyəni və ya sevdiklərindən birini itirəcəyini düşünüən Anders Tanrıya yalvarmağa,dua etməyə başlayır..
• Yuxuda görürdü ki,hər yer zülmətdir:bağ da,meşə də,zəmilər də.Zülmət çönüb böyük bir qaranlıq qəbirə dolur.İçində isə həm ölülər,həm dirilər var.Yuxarıda alışıb-yanan səmada isə şimşək gurultusunu andıran bir səs ölülər və dirilər haqqında anlaşılmaz şeylər oxuyur..

Bu yaşda bir gəncə belə fikirlərin hakim kəsilməsi həqiqtən də qəribdir..Böyük yazıçı olacağı elə o dövrlərdən özünü biruzə verməyə başlamışdı..

• Həyatda heç nəyin düzəni,qayda-qanun yoxdur,necə gəldi eləcə də gedir.Bəs onda nəsə istəməyin,nəyisə arzulamağın nə məması var?Təkcə yaşayasan,var olasan-başqa heç nə lazım deyil.

İnsanlar arasıda onlara baxaraq düşündüyü yalnz bircə şey vardı..

• Bunlar nə qədər danışır!Elə bil,bilə-bilə əsas məsələ haqqında fikirləşmək istəmirlər.O bardə ki,bütün adamlar axır-əvvəl öləcək,mütləq öləcək...

Xəstəliyi ucbatından ölümə sürüklənən nənəsinn vəziyyəti də onda bu kimi fikirləri daha da dərinləşdirirdi..

• Etibarlı dəqiqi,inanılası heç nə yoxdur..Yalnızca boşluq əbədidir..
Və o bir tərəfdən isə Tanrını inkar edirdi..Öz ruhunu azadlığa qərq edirdi..

• Tanrının inkar edən,ona bel bağlamağı mənasız sayan,həyatı tam,bütün bəzəksiz çılpaqlığı ilə,planauyğun mənasızlığı ilə qəbul edən yeni təlim ona daha çox uyğun gəlirdi..Axı, bu,həqiqi təlim olardı..Heç bir inanca bağlanmadanŞhəyatı necə varsa elə də qəbul etmək..

O öz beynində öləcəyi fikrinin yaratmışdı..Ailəsinin ona qarşı qayğılarını isə öləcəyi üçün edildiyini düşünürdü..Bu fikirləri o özü yaratmışdı..Ağciyər xəsətəliyi dediyi xəstəlik isə əslində düşüncələrində olan xəstəlik idi..Hansı ki,düşünməyəndə ona heç bir əziyyət vermirdi...Ancaq düşünəndə,öz içindəki gərginlik özünə bir çıxış nöqtəsi axtarırdı..Bəli,o da bütün insanlar kimi bu dünyada qonaq idi..

İnsan beynini düşündürməyə vadar edən bu povestdə bəşər övladının hələ də dəqiqiq cavab tapa bilmədiyi suallar çoxluğu vardır..

• Həyat insanların əhval-ruhiyələrini elə kökləyir ki,hələ bir yaşmlarından razı da qalırlar..Onların ayaqları altından torpaq qaçır-veclərinə almrlar..

Öz içində baş verən bu əzabları o özü yaratmışdı..Povestdəki son bir cümlə ilə resenziyamı tamamlamaq istıyirəm..

• Həyat vüsətli olduğu qədər də mənasızdır..

Hiç yorum yok:

Yorum Gönder