20 Temmuz 2013 Cumartesi

La Strada (Yol)


Bu gün mənə retrospektiv hisslər yaşadan Federiko Fellinin ssenarisi əsasında çəkilən La Strada filmi haqqında öz fikirlərimi blogumun səhifəsinə yazacağam..Blogumun bu səhifələri yeganə fikirlərimi içdənliklə bölüşdüyüm bir "dost"dur mənim üçün..Film çox duyğulnadırıcıdır..Kasıbçılıq içərisində həyatlarını sürdürən italyan cəmiyyətində cərəyan edən hadisələr..Ailəsi tərəfindən Celsomina Pul qarşılığında Zampano deyilən qaba,sərt bir sirkçiyə verilir..Onun yanında səyahətlərdə həyatını sürdürən Celsamino iç dünyasında bu sərt,qaba insana incə hisslər yaşamağa başlasa da onu anlmayan və ya təbiəti etibarı ilə anlmaq istəməyən Zampano ona qarşılq vermir..Sərt xarakteri arxasında gizlənən incə hisslər filmin sonunda dəniz sahilində tənhalıqda boğularaq gözyaşı tökməsi ilə bitir..Film insana insanlararası əlaqələri,münasibətləri göstərərk bəzi mesajlar verir.."Tənhalıqdan əl çəkin,öz tənhalığınızı dəf edin".Bəlkə də tənhalıq girdabında boğularaq ətrafındakı insanların onlara verdikləri dəyərli hissləri görməyən insanları bu film tənhalıq girdabından çıxardar,ətrafına diqqətlə göz gədirməsinə müvəffəq olar..Filmdə məni ən çox duyğulandıran Celsomina obrazı oldu..Burda daha çox aktrisanın görünüşünün də daha çox rolu oldu desəm daha doğru olar.Aktrisa mimikləri ilə elə gözəl rolunun öhdəsindən gəlir ki,danışıqsızda onu anlamaq mümükün olar..Mim hərəkətləri ilə bütün iç dünyasını üzündə əks etdirir...və bu da mənə başqa bir zövq verdi film boyunca...Calsaminonun sonda tərk edilməsi və ölməsi...Filmin ən təsirli hissəsi..Film mütləq izlənilməyə layiqdir..

Hiç yorum yok:

Yorum Gönder