18 Temmuz 2013 Perşembe

Pinin həyatı


Sevərək izləyib də hər kəsə məsləhət görmək istədiyim bir film..Həqiqətən insanı nələrisə fikirləşməyə vadar edən filmlərdəndir..Mən isə həmişə üstünlüyü belə filmlərə verirəm..İlk öncə filmin başlanğıcındakı heyvanlar aləmi,rəngarəng təbiət insana başqa bir zövq verir..Filmin məğzinə gəldikdə isə film Pi adlı bir şəxsin gənclik illərində başına gələn əhvalatı nağıl etməsindən ibarətdir..Bu elə-belə əhvalat deyil..Həyat mücadələsi...O (yəni Pi) 3-4 dinə sitayiş edən birisi idi.Allahı hər dində duymağa çalışırdı...O əsl dinə sadiq,allahına sadiq birisi idi..Bunu okeanın ortasında ümidsiz bir halda ikən şükr etməyi,bir ann belə ümidini itirməməsindən görmək olar..Əhilləşdirməyə çalışdığı aslanla birgə keçirdiyi günlər və sonda isə dost olduğunu zənn etdiyi aslanın vəda etmədən belə çıxıb getməsii,bu ona təsir etmişdi..burda biz Pinin bəzi inanclarını görə bilərək..O elə zənn edirdi ki,o heyvanla təmasa girir.. Mən öz adıma onu deyə bilərəm ki,mən filmdən əsasən din üzərinə olan bölümdən olan fikirləri düşünməyə çalışdım..Pinin hər dinə müaciət etməsi mənim çox xoşuma gəldi..Mən elə düşünürəm ki,insan hər bir dinlə maraqlanmalıdır..Burada qəbahət heçnə yoxdur...Dini dərk etməlidir..və sonda ona sitayiş etməlidir..Günümüzdə isə o qədər insanlar var ki,kor-koranə sitayiş edirlər..Sitayiş etdikləri dinin məğzinin soruşduqda isə sükut öz hökmünü sürmüş olur..Məni həmişə düşündürən bir mövzu bu filmdə öz əksini tapıb.. Gəlin,bir dinə sitayiş edərkən (bu lap bizim öz dinimizə də aiddir-Quranı oxuyaq,onu dərk edək,hifz edək sonra isə namazı qılıb,ona sitayiş edək) o dini öz içimizdə hifz edib,tam mənası ilə dərk edib sonra ona sitayiş edək..Kor-koranə heç birinə sitayiş olunmaz..Bu bizi lap da uçuruma aparar..Günümüz aktual problemlərindən biri olan din mövzusuna son qoyub filmi izləmənizi tövsiyyə edirəm...

Hiç yorum yok:

Yorum Gönder