18 Temmuz 2013 Perşembe

Yeni Dünya (Новая Земля)


Əzm,iradə,qəddarlıq..Filmdə bir qrup ağır həbsə məhkum olan insanların yerlərin olmamasından uzaq adaya göndərilmələrindən və oradakı həyat mücadələrindən söhbət açılır..Aclıq insanı nələrə vadar etdiyini filmdə açıq-aşkar görmək mümkündür..Aclıq üzərinə əsərlər oxuyub,filmlər izləmişəm..Orada başqa cür təzahür olunan bu aclıq hissi bu filmdə qəddarlıqla nəticələnən bir formada təzahür olunur..Qəddarlğın pik nöqtəsi.İnsan əti yemək...Döyüş,qan,ölüm,qəddarlıq..
Səbəb-aclıq,çarəsizlik..Filmin sonunu deməyəcəyəm..Marağı qaçmasın.Ağır həyat şərtlərindən doğan çarəsizliyin gətirdiyi vəziyyətləri görüb düşünmək istəyən şəxslər üçün bir film..
Filmin ssenari müəllifi isə Azərbaycanlı olan Arif Əliyevdir..Bu film mənə həmçinin də tanımadığım yerli ssenaristimizi tanıtmış oldu..Tanımağımızda fayda var..

Hiç yorum yok:

Yorum Gönder