19 Temmuz 2013 Cuma

Maşinist (The Machinist)


Psixoloji yönümlü olan "Maşinist" filmi ilk öncə seyircidən tam diqqətlə filmi izləməyi tələb edir..Çünki film bir azacıq qarışıqdır..Filmi izlərkən filmin girdabına daxil olub vaxtın necə keçdiyini belə duymadım.Bir maşinistin daxili dünyasını əks etdirən bu filmdə onun halusinasiyalara qapılaraq yaşadığı psixoloji sarsıntıları göz önünə gətirilir.Filmin baş qəhrəmanı Reznik paranoya halına düşməsinin səbəbi nədir bəs?Film də elə bu sual üzərində qurulub..Vaxtilə  biruşağı maşınla vurub aradan çıxması,iş yerində ehtiyatsızlığı üzündən iş yoldaşının qolunun maşında qalması onu bu vəziyyətə gətirb çıxarır..Ətrafdakı hamıdan şübhəyə qapılır..Onun gözünə görünən əslində peşmançılqdan doğan paranoya halıdır...Bir azcıq vicdan sahibi olan hər bir şəxsdə bu kimi peşmançılıq halları ola bilər..Peşmançılığın gətirdiyi əzab..Bu əzab heç bir əzabla müqayiəə olunmaz bir dərəcədə böyükdür..Bu dəmdə böyük mütəfəkkir Dostoyevskinin "Vicdan əzabla təmizlənər" fikri yadıma düşür...Bir sözlə bu film izlənilməyə dəyər..Aktyor performansına gəldikdə isə baş rol oyuncusu Christian Bale performansından çox onun arıqlığı daha çox seyircini maraqlandırır..Film üçün 28 kilo vermək böyük cəsarətdir..Nəzərinizə çatdırım ki,Bale bu cəsarətinə görə Rekordlar Kitabına belə düşüb..Mən bu filmdə daha çox peşmançılığın insana nələri yaşada biləcəyini gördüm..Həyatda mənə peşmançılıq hissindən çox heç bir hiss əzab verə bilməz..Bu elə bir hissdir ki,insanı içdən yeyər-bitirər..Filmdə gördüyümüz kimi..Bu peşmançılıq hissi Reznikə rahatlıq vermir,onu içdən yeyir-bitiri..Yuxusuzluq,arıqlıq peşmançılığın və peşmançılığın gətirdiyi paranoya hallarının təzahürüdür..Film mənə peşmançılıq hissi haqqda düşünməyi vadar etdi..İzlənilməyə dəyər..

Hiç yorum yok:

Yorum Gönder