27 Temmuz 2014 Pazar

Yevgenika

Yevgenika XX əsrin ilk onilliyində kifayət qədər geniş tanınırdı, lakin sonralar nasist Almaniyası ilə əlaqələndirilməyə başladı. Bu da öz növbəsində onun reputasiyası çox ciddi zərbə vurdu. Müharibədən sonrakı dövrlərdə isə yengenika iqri gigiyena, nasistlərin insanlar üzərindəki eksperimentləri və “arzuolunmaz” sosial qrupların məhvi kimi nasist cinayətləri ilə bir cərgəyə salındı. Lakin XX əsrin sonlarında genetika və reproduktiv texnologiyaların inkişafı yevgenikanın dəyəri, onun müasir dünyadakı etik və mənəvi statusu ilə bağlı sualları yenidən aktuallaşdırdı.Müasir elmdə yevgenikanın bir çox problemləri, xüsusilə də irsi xəstəliklərlə bağlı mübarizə, insan genetikanı çərçivəsində həll olunur.
Yevgenikanın növləri

Yevgenika “pozitiv” və “neqativ” olaraq iki cür fərqləndirlik, halbuki onlar arasındakı sərhəd şərtidir.

Pozitiv yevgenikanın məqsədi – cəmiyyət üçün qiymətli hesab olunan insanların (irsi xəstəliklərin olmaması, yaxşı fiziki inkişaf və yüksək intellekt) istehsalı üçün köməkləşmək.

Neqativ yevgenikanın məqsədi – irsi qüsurları olan və ya hazırki cəmiyyətə əqli və ya fiziki cəhətdən zəif və ya inkişaf etməmiş şəxslərin istehsalının dayandırılması.

1920-ci ildə yaradılmış “Rus Yevgenik Cəmiyyəti” neqativ yevgnikanı inkar etdi və pozitiv yevegnikanın problemləri ilə məşğul olmağa başladı.

Yevgenikanın əsas prinsipləri ingilis psixoloqu Frensis Qalton tərəfindən 1863-cü ildə formalaşdırılıb. O, gələcək nəsillərin keyfiyyətini yaxşılaşdıra biləcək məfhumları (istedad, əqli bacarıqlar, sağlamlıq) tədqiq etməyi təklif etmişdi. Nəzəriyyənin ilk eskizləri 1865-ci ildə “İrsi istedad və xasiyyət” (“Hereditary Talent and Character”) məqaləsində verilmişdi, daha detallı şəkildə isə 1869-cu ildə nəşr olunmuş “İstedadın varisliyi” (“Hereditary Genius”) kitabında araşdırılmışdı.

Qalton 1883-cü ildə yevgenika anlayışını mədəni bitkilərin növlərinin və ev heyvanlarının cinslərinin yaxşılaşdırılması üçün elmi və praktiki fəaliyyətin təyinatı, həmçinin insan irsinin mühafizəsi və yaxşılaşdırılması üçün istifadə etmişdi.

Bu periodda o vaxtın filosoflarına ciddi təsir göstərmiş sosial darvinizmin əsas ideyaları formalaşmışdı. F. Qalton “yevgenika” terminini 1883-cü ildə “İnsan bacarıqlarının və onların inkişafının tədqiqatı” (“Inquiries into Human Faculty adn Its Development”) kitabında işlətmişdi. 1904-cü ildə isə Qalton bu termini “iqrin anadangəlmə keyfiyyətlərini yaxşılaşdıran bütün faktorlarla məşğul olan elm” kimi izah etdi.

Daha sonralar isə Kellikott yevgenikaya ”insan təkamülünün sosail idarə edilməsi” tərifini verdi

XX əsr

Yevgenik nəzəriyyələr müxtəlif ölkələrin elmi çevrələrində geniş yayılmağa başladı, bəzilərində isə yevgenika dövlət səviyyəsində təsdiqlənirdi: bu ölkələrin hakimiyyətləri yevgenikanı “insani keyfiyyətlərin artırılması” üçün tətbiq etməyə başladılar. Bu ölkələrdə cəmiyyət üçün ziyanverici (avaralar, alkoqol düşkünləri, “cinsi azğınlar”) hesab olunan fərdlər sterelizə olunurdu.Bənzər proqramlar 1920-1950-ci illərdə ABŞ-ın bir sıra ştatlarında həyata keçirilirdi.1932-ci ildə Nyu-Yorkda yevgenika ilə bağlı suallara həsr edilmiş Beynəlxalq Konqresdə yevgenika üzrə ixtisaslaşmış mütəxəssislərdən biri birbaşa qeyd etdi:

“Heç bir şübhə yoxdur ki, əgər ABŞ-da strelizə ilə bağlı qanunlar böyük miqyasda tətbiq edilsəydi, nəticədə yüz ildən az bir müddətdə cinayətlərin, axmaqlıqların, səfehliyin, əbləhliyin və cinsi azğınlığın 90%-ni, həmçinin qüsurluluğun və degenerasiyanın bir çox formalarını aradan qaldırmış olardıq. Beləliklə yüz il ərzində bizim dəlixanalar, həbsxanalar və psixiatrik xəstəxanalar öz əziyyət çəkən qurbanlarından təmizlənmiş olardılar”Hələ də ABŞ-ın bir neçə ştatında seksual anlamda cinayət işləmiş şəxslərə ömürlük həbs ilə könüllü axtalanmaq arasında seçim etmək imkanı yaradılır. Axtalanma halı həm cəza, həm də profilaktik tədbir kimi baxılır. Avropada axtalanma halı ilk dəfə 1925-ci ildə Danimarkada məhkəmənin qərarı əsasında həyata keçirilmişdi. 1934-76-cı illərdə İsveçdə “qüsurluların” məcburi strelizəsi proqramı aktivləşdirilmişdi. Oxşar qanunlar Norveç, Finlandiya, İsveçrə və Estoniyada da fəaliyyət göstərib. Nasist Almaniyasında (1933-1945) məcburi strelizə “qüsurlu fərdlər”, yəhudilər, qaraçılar, eybəcərlər, ruhi xəstələr, homoseksual kişilər, kommunistlər və s. Insanlara tətbiq olunurdu. Daha sonralar isə onların rəngarəngliyin çox olduğunu nəzərə alaraq fiziki məhvlərinə qərar verilmişdi. Nasist yevgenik proqramlar əvvəllər dövlət proqramı olan “ari irqinin nümayəndəsi olan alman xalqının degenerasiyasının qarşısının alınması” çərçivəsində həyata keçirilirdi, daha sonralar isə fəth etdikləri ərazilərdə nasist “iqri siyasət”i çərçivəsində davam etdirildi.
T-4 evtanaziya proqramı - psixi xəstə və ümumiyyətlə 5 ildən çox xəstə olan bütün insanları əmək qabiliyyətsizliyinə görə məhv etmək
Kişilərin homoseksuallığının təqib edilməsi
Lebesborn – irqi seçimi keçmiş, yəni əcdadlarından yəhudi və qeyri-ari qanı daşımayan SS işçilərindən uşaqların dünyaya gətirilməsi və uşaq evlərində tərbiyə edilməsi.
“Yəhudi məsələsinin yekun həlli” (yəhudilərin tam məhvi – Holokost, Ayzantstqruppa)
“Ost” planı – “şərq ərazilərinin” fəthi və aşağı irqə mənsub yerli əhalinin “ixtisarı” (bunu təsdiq edən yazılı sübut tapılmayıb)Genetik S.R. Herşenzonun fikrinə görə genetika və genomikanın inkişafı ilə əlaqədar olaraq yevgenika öz anlamını tükədib:“Bugün yevgenika – çox pis ləkələnmiş keçmişdir. Yevgenikanın təsisçiləri və onun tərəfindən həllini tapa bilməmiş sualların hamısı indi sürətli inkişafda olan tibbi genetikanın himayəsinə keçib”
Lehinə: Hesab olunur ki, inkişaf etmiş ölkələrdə genetik yük böyüyür. Bu, az yaşam qabiliyyətli şəxslərin günümüzə qədər sağ qalmalarının (hamiləlik dövründə məhv olmamalarının) nəticəsi də ola bilər. Təbii hamiləlik prosesində baş vermiş mutasiyaların bir hissəsi tullanış (hamiləliyin yarımçıq qalması) sayəsində aradan qalxır, lakin hamiləliyin süni yollarda dəstəklənməsi mənfi faktorların qorunmasını təmin edir.Genetik yükün artmasının ikinci səbəbi isə genetik anomaliya və xəstəliklərlə doğulmuş insanların reproduktivlik (nəslin artırılması) yaşına qədər sağ qalmalarını təmin edən müasir tibbin yüksək inkişafıdır. Bu xəstəliklər əvvəllər qüsurların növbəti nəsillərə ötürülməsinin qarşısını alırdı. Bununla əlaqədar olaraq yevgenikanın indiki aktuallığı yüz il bundan öncəkindən daha yüksəkdir.Genetik yükün ixtisarı üsullarından biri də, amniotik maye, analizlərə əsaslanan abortlardan başqa, valideynlərin tibbi-genetik mərkəzlərdə profilaktik konsultasiyasıdır.Yevgenik prinsiplər hal-hazırda arzuolunan/arzuolunmayan hamiləlik məsləhətlərində kiçik də olsa, həyata keçirilir. Bu cür qiymətləndirmələr, hələ ki, biotestləmələr və sorğular əsasında təyin olunur. Öz sağlam uşağını dünyaya gətirə bilmə şansı olmayan insanlar üçün sosial kompensasiya kimi övladlığa vermə/götürmə instituları mövcuddur.
Əleyhinə: Müasir cəmiyyətdə mənfi (əyyaşlıq, narkomaniya) və müsbət (yüksək IQ, fiziki sağlamlıq) qəbul olunan bir çox anlayışların zəif öyrənilməsi.Somatik qüsulardan (zəif immun sistemi, pis inkişaf etmiş vücud) əziyyət çəkən fərdlər cəmiyyət üçün çox yüksək əhəmiyyək dayışan intellektual keyfiyyətlərə yiyələnə bilərlər.

1930-cu ildə yevgenik ritorika Üçüncü reyx tərəfindən irqi siyasətdə istifadə edildiyinə görə onun elmi reputasiyası axsadılıb. Müharibədən sonrakı dövrlərdə elmi birliklər və geniş toplumlar yevgenikanı nasist Almaniyası ilə bağlamağa başladılar. Nasist Almaniyasında “praktiki” yevgenikanın təfərdarı kimi tanınan Konrad Lorenç İDM-dən sonra bir çox ölkələrdə “persona non-qrata” oldu. Buna baxmayaraq, yevgenikanı 70-ci illərə qədər dəstəkləyən regionaı və milli hakimiyyətlər var idi.


Hiç yorum yok:

Yorum Gönder