23 Temmuz 2014 Çarşamba

Mən səni düşünürəm..


Düzdür..Mən sevgi hisinin nə olduğunu bilmirəm..Amma mən hiss edirəm ki, bu hissin nəsə qalıqlarınımı deyim ya da buna bənzər bir şey var olub məndə..Hansı ki, öz varlığı ilə mənə bir çox şeyləri qulağıma pıçıldayır..
Düşünürəm ki, həyatda xatirələrdən çox insana acı verən ikinci bir şey yoxdur..İstər acısı, istər şirini..Düzdür, səninlə xatirələrim çox deyil..Amma yoxluğunda xatirələrin yada düşərək verdiyi qəribə hissi heç vaxt sənə izah edə bilmərəm..Sözlər tapmaram izah etməyə..Bircə onu bilirəm ki, hər nə olsa da mən səni düşünürəm..Düşünmək..Bu saniyəlik və dəqiqəlik düşünmək deyil ki..Qarşı tərəfdən istək belə görmədən bu düşüncəni ağlından silə bilməmək iqtidarının yox oluşudur..
“Səni çox istəyirəm”..Bu cümləni ummaq..Ağızlarda saqqız olmuş bu sözü ummaq və deyə bilməməkdir əsl istək..O istək saf və təmizdir..Əminəm...Bilirsən..Hərdən elə vaxtlar olub ki, qışqırmaq istəmişəm bu kiçicik cümləni..Ya da qulağına fısıldamaq..Və nə bilim söhbət əsnasında qəfildən demək..Amma alınmayıb..:(..Heç vaxt alınmayıb..Qarşımda maneə olub..O maneə isə sən olmusan..Sənin soyuqluğun..
Gələcəyi heç cürə görə bilmirəm..Bilmirəm gələn il bu vax yenədəmi bu düşüncələrdə qalacağam..Amma bunu bilirəm ki, SƏN FƏRQLİSƏN..Sənin fəqliliyini sırf mən hiss edirəm..Çünki sən mənə görə fəqli və sıradan deyilsən..Bu dəqiqə istər qarşıma Tom Cruse kimi birisi çıxsın..Vecimə belə olmaz..Ağılda birisi ki, ilişdi çətin xilas olasan ondan..
İçimdə üzülməkdən qalaq-qalaq çəkilməmiş ahlar var.. 
Bircə qırıq söz, bircə soyuq sözün hamısı yığılıb və qalaqlaşıb..
Yazdıqlarım özümə də qəribə görünür..Yazıb da yaza bilmədiyim budur : “Mən səni düşünürəm”...
Başqa sözə nə hacət?? Bir insanı davamlı düşünmək elə hər şey deməkdir...
 23.07.2014
Secret Garden - Noctume

Hiç yorum yok:

Yorum Gönder