27 Temmuz 2014 Pazar

:(

Nə vaxt insanlar başqalarının sərvətlərinə əl atmış , o zaman da təbi tarazlıq istər-istəməz pozulmuşdu..Bu gün dünyanın ən yoxsul qitəsi vəziyyətinə düşən Afrikanın təbii htiyatlarının min kilometrlərlə uzaqlara – öz ölkəsinə daşıyan insan deyilmi aclığın baiskarı...Dnyanın təbii tarazlığını acgözlüklə alt-üst edən insanı günahlandırmadan bütün ziddiyyətləri Yaradanın yaratdıqlarının ruzisiz qoyması kimi izah etmək ən yaxşı halda vicansızlıq deyildimi...
Allaha inanırdı, amma doğulduğu gündən Allahın adını bilirdi sadəcə..İllərdir,bu adın mahiyyətini belə düşünməmişdi..Var olmasının nəticəsi idi o..Allaha olan inancı ancaq bu qədər idi..Bu gecə səcdəyə qapanmaqla Allahla onu arasında bir bağ əmələ gəlmişdi..O günədək özünün Allahla bu qədər yaxın hiss etmişdi..O qorxduqlarından o bağ olmuşdu..Qəlbi işıqlanmış, ümidlə dolmuşdu ürəyi..
Ney insanı ilahi eşqə aparan musiqi alətlərindən biridir..
Qamış sulu yerdə yetişir..Deyirlər ki,qamış kəsilib qurudulduqdan sonra suyun və yaşıllığın həsrətini çəkir..Ney də qamışın su həsrətindən belə inləyir..
Kainat bir ahəngdir, dünya bir ahəng..Ürəyinin döyüntüsündə, suyun şırıltısında , yarpağın tiryişində bir ahəng var..Ney isə onu hiss edərək çalının əlində b ahəngi ən gözəl dilə gətirən musiqi alətidir..Əgər sən bu ahəngi duymağa başladınsa, qulağını nə qədər tıxasan da, qəlbinin səsini durdura bilməzsən..
Hər şey qaydasında olanda biz vücudumuzda hərəkətdə olan, cərəyan edən möhtəşəm prsesləri hiss etmirik..
Bu dövrdə imansızlıqdan böyük xəstəlik yoxdur..
Sevincləri fərqli olsa da , acları, üstəgəl ölüm acısı eyni cür yaşayırdı insanlar..
Bu aralar içimdə dindən uzaqlaşma kimi bir hallar baş vermişdi...nə yalan deyim..Sanki içim qaranlıq bir dəryaya qərq olmuşdu və mənim heç nəyə inancım belə qalmamışdı..İnsanlara olan güvənim yox olduqca get-gedə heç nəyə inamım qalmır..Özüm də qorxurdum...
Bu əsəri oxuduqca isə Allahın olan inamım sanki daha da möhkəmlənirdi,birə beş artırdı sanki..Dini inanclardan bərk yapışmaq və onun verdiyi sakitliyi,gücü bu əsər insana ən incə mesajla ötürmüş olur..Oxuduqca Zeynəb adlı obraza heyran da qalırdım..
Təsəvvür et..Əsərin baş obrazı həyatın çətin üzlərini gördüyündən,həyatı boyu ağırlıqlarla üzlədiyindən Allaha olan inamını itirmiş bir obrazdır..Hansı ki,uşaqlıqda içində Allaha sıx bir bağlılığı və inamə var idi..Böyük qardaşının düşdüyü ortamdan və onların ateist fikirləri buna da sirayət etmişdi..
İnancsız insan susuz,günəşsiz bir səhra kimidir..Qəlbinində Allaha,uca varlığa bir inam yoxdursa o səhradan fərqiniz yoxdur demək..Mən bunu öyrənmiş oldum..
Həyatda gördüklərimi tək-tək gözlərim önünə gətirdim..Elə insanlar görmüşdüm ki,mən bir azcıq başı dərdə düşən kimi yaradanı suçlayırdılar..Bu qulağım kasıbladığı anlardan "Allah imkan vermir irəli gedək kimi ifadələr belə eşitmişdim..Özüm də hərdən düşünürdüm ki,arzularım,dualarım hyata keçmir,Allah məni digər bəndələri kimi sevmir..Amma işin əsl üzü belə deyilmiş..Yaradanı günahlandırmaq bizim nə həddimizə..Hər şey bizlik və taleyimizlə bağlıdır..Allah,uca yaradan bizlərə ağıl verib..Bir də alın yazısı..
Anladıım o oldu ki,uca Rəbbi qınamaq,onun yoxluğunu dünyada baş verən ədalətsizliklərlə bağlamaq absurd fikirlərdən başqa bir şey deyil..
Düşünürəm...Hiss edirəm ki,qəlbi , insan qəlbi boş qalmamalıdır..Mənəvi gücü nələrdənsə almalıdır..Kimlərsə bu gücü yoqa,meditasiya kimi şeylərdə görür..Amma adicə gedib məsciddə 10 dəqiqəşik dua etmək 100 dənə yoqalara,meditasiyalaradan belə üstündür..Allaha inam insanda güc-qüvvə və ən əsası mənəvi rahatlıq yaradır..
Təsəvvür edək...Sənin ailən ağır avtomobil qəzası keçirdib və səndə üzüntünün pik həddinin yaşayırsan..İnan ki,eç bir dos,qohum təsəllisi sənin üzüntünə fayda verməz..Ta ki,əllərini açıb Allaha dua etməyənə kimi..Boş,şablon sözlərə kimin acısını azaldır ki...Bu cür vəziyyətdə Allaha arxa olmaq necə də insanı qanaqlandırır,ümid verir..
İlahi Rəbbim, mən hərdən bir necə də sənin haqqında şübhələrə varmışam...Utanıram...
Sən varsann..Sənin varlığın hər dəqiqə,hər saniyə özünü biruzə verəcək dərəcədə gözlər önündədir..Sadəcə insanlar kor olublar..
Mən inanıram ki,sən dünyamızdakı iyrənclikıəri, müharibələri ,aclıqları,ədalətsizlikləri görürsən..Və hər şey sənin əlindədir..Sən hər şeyin ən yaxşısını bilənsən...
Əsərdə özümü Nevin adlı obrazın yerinə qoydum..Avtombil qəzasında ayaqlarını itirən qız..
İlahi,mənən o qədər tükəndim ki,özümü o obrazın yerinə qoyanda..Təsəvvür etdim ayaqsız olmağı..Buna dözə bilərdimmi..Nevin dözməyib intihara əl atdı..Mən dözərdimmi...Ən acı hadisələrə belə kimlər dözü bilirsən??
Allaha sonsuz inamı olanlar..Onlar inanırlar ki,Allah daim onlarladır..İnancı zəif olan Nevin isə intharı cəsarətlilik kimi bildi..
Baş qəhrəman Əziz..Aşiq olduğu maddi cəhətdən zəngin qız olan Zeynəblə günlərini keçirdikcə içindəki inanc brpa olunmağa başladı..Bu nəyin nəticəsi idi???
Sevdiyi Zeynəbin maddi cəhətdən varlı olubda,mənəvi cəhətdən yoxsul olan şəxslərdən olmaması idi..Zeynəbin çaldığı neyin səsi bi atəş olub Əzizin qəlbində közəriridi..O köz ki, inancı,Allaha olan inancı alovlandırdı..
O anladı ki,uca Rəbbin varlığını öz ruhuna hopdrmaq, bütün ruhunla Ona inamaq,əllərini açıb dua etmək insana necə də güc verirmiş...
..və mən Ney aləti ilə tanış oldum..Bu yazını da inləyən neyin sədaları altıda yazıram...
Ruhum acdır..Ruhunuz acdırsa,mənəvi cəhətdən acsınızsa Allaha sığının..Aclığınızı səbəbinin sevgilinin olmamasında görməyin..Düşünün ki,mən nə vaxt axrıncı dəfə əlim açıb Rəbbimlə həmsöhbət olmuşam...
Heç kəs yalnız deyildir..Nə küçədə dilənən dilənçi,nə də kürsüdə oturmuş hansısa diktator..
Hamının allahı birdir..
Hörmətlə, Rəna...

Hiç yorum yok:

Yorum Gönder