27 Temmuz 2014 Pazar

"Ovod" əsərindən seçdiyim fikirlər..


• Uşaqların tərbiyəsi məsələsi ciddi məsələdir,onlara lap doğulduğu gündən yaxşı təsir göstərməyin böyük əhəmiyyəti var.Məncə,cəmiyyətdə adamın vəzifəsi nə qədər yüksəkdirsə,həyatı nə qədər təmizsə ata olmağa o daha artıq layiqdir.Padre,mən əminəm ki,əgər siz dinin tələbi ilə bağlı olmayıb evlənsəydiniz,sizin uşaqlarınız çox...

• Andın nə mənası var?İnsanı bir şeyə bağlayan and deyil.Əgər adam hiss edirsə,özü də dərindən hiss edirsə ki,bir fikir onun qəlbinə hakim olmuşdur,-bu kifayətdir.Bundan başqa adamı heç bir şey bağlaya bilməz.

• Qaranlıqdan qorxuram.Bəzən gecələr tək qala bilmirəm.Yanımda hiss olunacaq bir şey,canlı bir şey olmalıdır.Oradakı zülmət...yox,yox bu, o deyil.Bu ancaq oyuncaq bir cəhənnəmdir.Məsələ daxili zülmətdədir;orada nə ağlamaq,nə diş qıcırtması var ancaq susmaq...susmaq..

• Montanelli başını qaldıranda gün batmışdı.Onun son şəfəqləri qərb üfüqlərində sönürdü.Ata ilə oğul zaman və məkan,həyat və ölüm məfhumunu unutmuşdu;onlar hətta,düşmən olduqlarını da yaddan çıxartmışdılar.


• Sözdə meydan oxumaq - zəif silahdır,qeyri-müəyyənlik taktıkası çətinlik törədir.

• Bu anlaşılmaz məchul dünyanı qaranlıq bir quyuya bənzətmək olardı,lakin Arturun öz arxasında qoyub getdiyi qədər onda rəzalət və şirkab tapmaq çətindir.Elə bir şey yox idi ki,ona təəssüf edəsən,onun həsrətilə dönüb geriyə baxasan.Arxada çirkin yalanlar,kobud hiylələr,üfunət dolu durğun həyat bataqlığı qalırdı,elə bir dayaz bataqlıq ki,onun içində heç boğulmaq da mümkün deyil..

• İnqilab xalqın həyatında bir hadisədir,biz bu zaman gələcək səadətimiz üçün qurbanlar veririk.Əlbəttə,inqilab olanda dəhşətli şeylər də olur:hər bir inqilab üçün bu , zəruridir.ancaq bunlar ayrı-ayrı faktlardan ibarət - müstəsna bir vaxtın müstəsna təfsilatı olacaq.İnqilabçının məqsədi höküməti bəzii güzəştlərə getməyə məcbur etməkdir...

Hiç yorum yok:

Yorum Gönder