30 Ağustos 2013 Cuma

Braveheart (Cəsur Ürək)


"Azadlığı istyirəm,qram-qram..Qolumdakı zəncirləri qram gərək,qram,qram!!!!!"
Resenziyama Xəlil.Rza.Ulutürkün bu sözləri ilə başlamam tam yerinə düşər deyə düşündüm..Film bir qəhrəmandan bəhs edir...13-cü əsrdə İngilislər şotlandları özlərinə tabe etmişdilər..İş o yerə çatmışdı ki,şotlandların nəslini yox etmək üçün şotlandların evləndikləri qadınları ingillislər bir gecəlik özlərinə qonaq edirdilər..Bu primanokte qaydası idi..
Uşaqlıq illərində ailəsinin ingilislər tərəfindən vəhşiliklə öldürüldüyünü görən William Wallace’in içində intiqam hissi ildən-ilə böyüyürdü..Sevdiyi qızın da ingilislər tərəfindən öldürülməsi bir başlanğıc olur..İntiqam almaq üçün hərəkətə keçməyin başlanğıcı... William mərdliklə ordusu ilə birlikdə ingilislər üzərində qələbə qazanır..Amma bu yetərli olmur.İngilislərin öz torpaqlarında onları yenidən məğlub etmək lazım gəlir..Üzun sürən müharibə və mübarizələrdən sonra William əsir düşür..
 "Krladan üzr istə və xoşbəxt yaşa"!!!

 Bu bir təklif idi edam vaxtı Williama..Amma içində azadlıq eşqi ilə yaşayan birisi çətinki boyunduruq altına girmək istəsin..Edam səhnəsi filmin ən təsirli səhnəsidir deyə düşünürəm..Hətta gözlərim belə doldu bu qəhramanlıq qarşıında..Bax budur vətən,yurd sevgisi..O hər şeyi azadlıqda görürdü..Heç nəyi amma heç nəyi azadlığa qurban vermək fikri yox idi..Bir Şotland qəhrəmanın içindəki azadlıqdan doğan qəhrəmanlığı,cəsarəti,şücaəti görürük bu filmdə...Əsl qəhrəmana yaraşar bir hərəkətlə edam vaxt AZADLIQ deyə hayqrır..və hamı bu cəsur ürək qarşısında təəccübə qərq olur..Mel Gibsonun müdhiş aktyorluq bacarığı və rejissorluğu özünü göstərmiş olur filmdə..Ürəyi zəif olanlara filmə baxmağı məsləhət görməzdim..Çünki filmin edam və döyüş səhnələri acımasızlıqlarla doludur..Filmə baxarkən iki şeyə paralel olaraq heyran qalırdım..Bir filmin çəkilişinə,əsasən döyüş səhnələri olan yerləri..və filmdəki qəhrəmanın şücaətinə..Və Vilyamın ölümündən sonra onun cəsarətinə heyran olmuş Şotland ordusu cəsarətlə döyüşür və 1314-cü ildə azadlığı əldə edərlər..
Filmə Şotlandiya musiqiləri də məni özünə cəlb etdi..Qeyd edim ki,Mel Gibsonun oynadığı obraz Şotland qəhrəmanı Vilyam Volosun tarixçəsidir..

Filmdən sitatlar..
Vilyama atasının dediyi son məsləhəti ;
"Ürəyin artıq azaddır..Onu izləyəcək qədər cəsur ol!!"

Vilyamın ingilis kraliçəsinə dediyi bir fikir ;
"Hər kəs ölər..Amma hər kəs yaşamaz.."

29 Ağustos 2013 Perşembe

Away From Her (Ondan Uzaqda)



Qırx illik evliliklərini çox xoşbəxt bir halda rüdürn cütlük..və bir gün məlum olur ki,Fiona Altshaymer Xəstəliyinə tutulub..bu bir cür yaddaş pozuqluğu olan xəstəlikdir..qırx il boyunca bir-birlərindən heç 1 həftə belə ayrı qalmayan cütlük Fionanın xəstəxanaya köçürülmsi ilə bir ay boyuca bi-birlərindən ayrı qalmağa məcbur olurlar..
Bu bir ay müddətində Fiona öz həyat yoldaşından tamamilə uzaqlaşar..Nə qədər acı olsa da Qrant onu tərk etmir.Gözlərinin önündə həyat yoldaşının başqasına bağlandığının görsə belə..
Filmin bu hissəsi çox təsirlidir..Sənə fiziki olaraq yaxın olsa da mənən uzaqdır..
sevdiyin insanın səni tanımaması..Sevginin əsilliyi özünü elə buradaca doğruldur..Qrant ondan vaz keçmir.Hər nə olursa-olsun..

Filmə baxdıqca illərin ötməsinə baxmayaraq sevgilərinin hələ də ilk günlərdəki kimi olması insanı heyran qoyur..Görəsən bu cür sevgi həyatda hamyamı qismət olur..Kim istəməz ki,bu cür sevgi hissini yaşamaq..Sonda hər şey müsbətə doğru ilərliyir.."Happy End" ;)
Bir azcıq sonu nağıl kimi bitsə də mumilikdə film insana verdiyi tərbiyəvi mesaj ilə diqqətəlayiqdir..."Sevdiklərimizə hər nə olursa-olsun onları unutmayaq..Onlardan vaz keçməyək"..
Filmdə maraqlı bir obraz da diqqətimi çəkdi..
Keçmiş idman oyunları şərhçisi xəstəxanada da əvvəlki peşəsindən əl çəkmir.

 “Və beləliklə tibb bacısı məni yenidən ikinci mərtəbəyə gətirir, sağ tərəfdə lift yerləşir, zal ilə gedərkən ürəyi sınmış, minlərlə hissəyə parçalanmış adamı görürük.. İndi isə biz yeməkxananın yanından ötüb keçərək ofisə doğru irəliləyirik, yəqin ki indi yemək paylanılır, dünən o soyuq idi, görək bu gün bizi nə gözləyir...” ;)

28 Ağustos 2013 Çarşamba

Lev Tolstoy üçləməsi


Lev Tolstoy "Uşaqlıq", "Yeniyetməlik" və "Gənclik" adlı üçləməsi ilə ədəbiyyat aləminə gəlmişdir..Onun bu üçləməsində xatirələri yer alır..Bu cür psixoloji əsərləri çox sevirəm...Çünki hansısa insanın dünyasına daxil olub,düşüncələrini oxuyursan..bu əsəri isə lap çox bəyəndim və böyük həvəslə oxudum.Çünki daxili dünyasına daxil olduğum şəxs dünyaşöhrətli bir insandır..ziddiyyətli bəzən məntiqsiz bəzən gülməli bəzən isə insanı heyran edən fikirlərlər dolun olan bu əsər mənim üçün öz yerini tutdu..bu yer ən üstlərdədir..Əsərin bəzən elə cümlələri olurdu ki,anlamaqda çətinlik çəkirdim..

UŞAQLIQ ;
 Əsərin birinci hissəsində Tolstoy öz uşaqlıq illərindən danışır...Karl İvaniç,Nataşa Savişna,atası,anası,qardaşı və s haqqında..Atası ilə kəndlərini tərk dib Moskvaya yol aldıqları vaxt o anasından ayrıldığı zaman çox həssas hisslər yaşayır...Bir müddət keçdikdən sonra anasının ölüm xəbəri isə onun uşaqlıq dövründəki ilk dərdlə üz-üzə gəlməsinə səbəb olur..O ilk dəfə "dərd"məfhumu dərk edir və hiss edir..Və ilk məhəbbəti də bu yaşlarda yaşamış olur.Əslində buna heç məhəbbət də demək olmaz..Sadəcə xoşlanmaq..
  • Sevimli bir adamın üzündəki cizgilərin xəyalında canlandırmağa çalışdıqda insanın başında o qədər xatirələr oyanır ki,bu cizgiləri göz yaşları içərisində göründüyü kimi dumanlı görürsən.Bu,xəyalın axıtdığı göz yaşlarıdır..
  • Mənə elə gəlir ki,üzün gözəlliyi deyilən şey təbəssümdə cəmlənmişdir : Əgər təbəssüm üzün gözəlliyini artırısa bu üz qəşəngdir ; əgər təbəssüm üzün ifadəsini dəyişmirsə o adi bir üzdür ; əgər sifəti korlayırsa bu,pis üzdür...
  • İki ən yaxşı sifətin-məsum bir şənliyin və sevməyə hədsiz ehtiyacın-həyatda yeganə bir arzu olduğu vaxtdan da gözəl bir vaxt ola bilərmi?
  • Utancaqlığı hiss etmiş olanlar bilirlər ki,bu duyğu vaxta nisbətən düz proporsional,qətiyyət isə tərs proporsionaldır ; yəni bu vəziyyət nə qədər çox davam edərsə bir o qədər qarşısıalınmaz olur və qətiyyət bir o qədər də azalır..
  •  Utancaq adamlar ona görə əzab çəkirlər ki,başqalarının onlar haqqındak rəyini bilmirlər ; bu rəy necə bir rəy olursa-olsun aydın sürətdə ifadə edilər-edilməz iztirab da yox olur..
  • Adi sədaqətin köhnəlmiş hissini sirlər və məchulluqlarla dolu olan məhəbbətin təravətli hissi ilə dəyişmək məni sevindirirdi..Bundan əlavə eyni zamanda sevgilini atmaq və yenidən vurulmaq-əvvəlkindən ikiqat şiddətlə sevmək deməkdir..
  •  Şöhrətpərəstlik insan təbiətinə elə aşılanmışdır ki,ən qüvvətli kədər çox nadir hallarda ona üstün gələ bilər.Kədərdəki şöhrətpərəstlik insanın özünü məyus,ya bədbəxt,ya da səbatlı göstərmək arzusu ilə ifadə olunur ; etiraf etmədiyimiz,lakin demək olar ki,heç bir zaman ən kədərli dəmlərimizdə belə bizi tərk etməyən bu alçaq arzuların bu kədərin qüvvətini,ləyaqət və səmimiyyətini məhv edir..


                                                              YENİYETMƏLİK ;
 Hey düşüncələr içərisində boğulur..İnsan münasibətləri üzərinə qurulu olan düşüncələri nə qədər doğru olmasa da getdikcə düşüncələrində dəyişiklik baş qaldırır..Bu dövrdə o qardaşını izləyir..Onun hərəkətlərini,ondan uzaqlaşmasını aydınca sezir..Və onu bir sıra şeylərdə təqlid edir..Bəzən hamının ona nifrət etdiyi düşünür.. Artıq yeniyetməlik dövründə köhnə mürəbbisi olan bədbəxt Karl İvaniçdən ayrılır.və onun yerinə franszı bir qadın keçir.. St.-Jerome onun yeni mürəbbisidir..O bu mürəbbiyə o dərəcə çılğınlıqla nifrət edir ki,hətta onu boğa da bilər..Əsər o qədər səmimi yazılıb ki..Bütün hisslər öz çılpaqlığı ilə..bəzən onun bir insana olan nifrəti hətta onu pis iş görməyə belə vadar etdiyini deyir..Qardaşı Volodyanın doslarından biri ilə sıx dostluq qurur...və bu dostluqdan doğan xoşagəlməz hallar..Ardı Gənclik dövründə ;)
  • Bir sözlə ağılın işləməkdən boyun qaçırıb,xəyalın üstün gələrək,təəsürat axtardığı dəqiqələrdən birində..
  • Mən əminəm ki,insanın istiqamətinə heç bir şey onun xarici görkəmi,həm də xarici görkəmindən daha çox onun çirkinlik və ya gözəlliyi olan inamı qədər dərin təsir etmir..
  •  Ədalətsizlik haqqında ağlıma gələn fikir,yağışdan sonra yumşaq torpağa düşən həyasız bir toxum kimi sürətlə böyüməyə,kök atmağa başlamışdı...
  • İnsanın beynində və təsəvvüründə heç bir iz buraxmadan gəlib-keçən saysız-hesabsız düşüncə və xəyallar içərisində elələri vardır ki, onlar dərin və hissedilən şırımlar buraxır..
  • İnsan zəkası,mənəvi fəaliyyətin zavallı və miskin yayıdır..
  • Mücərrəd düşüncələr,müəyyən bir anda ruhi bir vəziyyəti insanın öz şüuru vasitəsilə dərk etməsi və onu yadd saxlamaq qabiliyyəti nəticəsində əmələ gəlir...


                                                                        GƏNCLİK ;
  Bu iki dost o dərəcədə bir-birlərinə yaxın idilər ki,aralarında heç bir sirrin gizli qalmamasına   belə söz vermişdilər...Mühakimələr yürüdərək,söhbət və ən əsası bir-birlərinə sirlərini etiraf edərək dosluqları davam edirdisə də bir gün..


 "İki adam arasındakı ehtiras dumanı mühakimənin aydın şüaları ixtiyarsız olaraq bu dumanı dəlməyə başladıqda və sevdiyimiz adamı həm qüsurları,həm də məziyyətləri ilə birlikdə həqiqi şəkildə gördükdə,bir para qüsurlar gözlənilməz bir şey kimi parlaq,şişirdilmiş halda gözümüzə çarpar,yeniliyə olan eşq hissi və başqa bir adamda kamilliyin mümükün ola bilməsi ümidi sevdiyimiz əvvəlki adamdan bizi nəinki soyumağa və ya bəlkə də ona nifrət etməyə,yeni yoldaşlar axtarmağa həvəsləndirər.."


 Bu fikri doğruldacaq bir pis hadisə onları bir-birlərindən uzaqlaşdırır...Və mən bir daha əmin oluram ki,hər hansı bir şəxsə bütün sirlərini  açacaq dərəcədə yaxın dost olmaq düzgün bir qərar deyildir..bu səfehlikdən başqa heç nədir...Sən sanki bu hərəkətinlə öz azadlığını ona təslim etmiş olursan..
Artıq bu dövrdə o universitetə hazırlaşır..Qarşısında bir sıra məqsədlər var..amma oxuduqca,onu daxili aləminə daldıqca görürük ki, təbiətə olan vurğunluğu onu dərslərdən kənarlaşdırır..Saatlarca bir quşamı,bir ağacamı və ya günəş parılısına və ya ay işığına dalır..
 İmtahanları uğurla verib universitetə qəbul olunur...və ilk mühzirə günündən ətrafında olan tələbə yoldaşlarına yuxarıdan aşağı baxır...O elə zənn edir ki,o dvoryan ailəsinə mənsubdursa  o hamıdan hər bir şeyə görə üstündür...hər şeyə görə..gəncliyində bu düşüncədə olur...O elə düşünür ki,Comme il Faut olmaq özü bir məziyyətdir..."Mən yuxarı təbəqəyə sahibəmsə daha heç bir şeyə görə əziyyət çəkib qazanmaq lazım deyil..Fransız dilin təmiz danışıram,dırnaqlarım təmizdir,geyimim şəhanə..Mən üstünəm.."
Amma ətrafındakı insanları görüb,onlar arasındakı sıx dosluğa nəzər yerirb anlayır ki,əslində o hamıdan da aşağı səviyyədədir..Fikirlər bax beləcə formalaşır.
 Məhəbbət mövzusunda isə tərəddüdlü fikirlər içərisində çuğlayan fikirləri ona doğru fikir seçimində qənim kəsilir...O Soneçkanı həqiqətən də sevirmi..
 Bəzən o dərəcədə saf xəyallara qapılır ki,insan lap məəttəl qalır.yəni bir vatlar dünyaşöhrətli yazıçı Tolstoy bu kimi bəsit,saf xəyallar ardınca qaçırmış..Artıq bu yaş dövründə o ögey anaya sahib olur..bəzən nifrət,bəzən heyranlıq hissi baş qaldırır..
  •  Onun əlləri də,oturuşu da,boynu da,xüsusilə peysəri və dizləri mənə o qədər iyrənc,o qədər təhqiramiz görünürdü ki,bu anda məmnuniyyətlə ona hətta böyük bir pislik edə bilərdim.
  •  Vasvası adam təbiət haqqındakı kitabı oxuyub mümkün olan bütün xəstəliklərin əlamətlərini özündə tapdığı kimi hər bir romanda təsvir olunan ehtirasları özümdə tapır,onlardakı bütün xarakterlərin,qəhrəmanların və qəddar adamların mənə oxşadıqlarını düşünürdüm..
  • Məhəbbət özündə olmayan bir şeyi başqasınınn vasitəsilə əldə etmək arzusudur..
  •  Üfüq cəhətdən məhdud olan mənzərə heç bir vəchlə gözəl ola bilməz..
  •  Bayağı komplimentlərdən biabırçı heç bir şey olmadığı kimi,bəzi nəzakətsiz doğruluqdan da sevimli və orjinal bir şey yoxdur..
  •  Ay işığında mən yatağımdan qalxmaya və bağçaya açılan pəncərədə uzanıb ay işığına qərq olmuş Şapoşnikovun evinin damına və bizim məhəllə kilsəsinin qəşəng zənginə,hasar və kolların bağça cığırına düşmüş axşam kölgələrinə baxmaya bilməzdim,bu vəziyyətdə uzun müddət oturmaya bilməzdim ki,sonra da yalnız səhər saat onda yuxudan güclə qalxardım..
  • Keçmiş haqqındakı xatirələrimin dairəsi nə qədər tutqun olurdusa,indinin parlaq və təmiz nöqtəsi bu dairə içərisindən bir o qədər təmiz və aydın görünür,gələcəyin al-əlvan rənkləri artırdı...
  • Gənclikdə bütün ruhi qüvvələr gələcəyə doğru can atır və bu gələcək keçmişin təcrübəsinə yox,təsəvvür edilən səadət imkanına əsaslanan ümidin təsiri altında elə müxtəlif,elə canlı və elə başgicəlləndirici şəkillər alır ki,gələcək xoşbəxtlik haqqındakı məfhumlar və kamil xəyallar bu yaşda artıq həqiqi xoşbəxtliyi təşkil edir..
  • Adamların həddindən artıq bir-birlərini tanımaları və ya az tanımaları onların yaxınlaşmasına eyni dərəcədə mane olur..
  • Hiss məsələsində həqiqətdən uzaqlıq həqiqətin ən doğru əlamətidir..

Musiqi janrları


ROCK - 20-ci əsrin sonlarında yaranmışdır,elektro gitara,bas gitara və bateri kimi alətlərdən istifadə olunur..Rockun bir neçə növləri vardır..



Soft rock - Soft-rock tərzi daha sakit bir sounda məxsusdur..Və digər ağır roklardan bir qədər həzindir.Akustik gitar, bas gitara və baraban kimi alətlərdən istifadə olunur.
Ən məşhur ifaçıları ; Kendra Morris,Sting,Phil Collins,Bryan Adams,Scorpions,Pink Floyd..
 


Hard rok - ağır rok və ya sərt rok.Hard rok musiqisində əsasən bas gitaradan və zərb alətlərindən istifadə olunur. Hard rok 1960-cı illərin əvvəllərində yenidən dirçəldi və 1960-cı illərin sonlarına doğru daha da populyarlaşdı.1970-ci ilin başlanğıcı və sonralar isə Led Zeppelin, Deep Purple, 
Black Sabbath kimi qrupların fəaliyyəti ilə hard rok musiqisi öz çiçəklənmə dövrünü yaşadı.


Alernativ rok - 1970-ci illərin sonunda hard roka bir alternativ təqdim etmək məqsədilə ortaya çıxmışdır. Hər nə qədər hard roka bənzədilsə də akkord və ritmləri fərqlidir. Dinləyiciyə fərqli bir harmoniya anlayışı təqdim edir. Analiz edildiyində indiki vaxtda sərt tonlarla istifadə edilən alternativ rok Hard Rok əsaslıdır.
 


Instrumental rock - yalnız musiqi alətlərinin  vasitəsilə dinəyicinin zövqünü oxşayan bir  bir rok növüdür.





POP-"Popular" sözündən götürülmüş bir musiqi janrıdır..dövrümüzün ən çox dinlənilən musiqi     janrıdır..


SOUL -  Zənci kilsə musiqisindən elementləri ehtiva edən, zəncilər tərəfindən yaradılmış musiqi janrıdır.Soul musiqisində vokallara ağırlıq verilir.Soul musiqi janrının ən məşhur ifaçıları..
Amy Winehouse,James Brown,Marvin Gaye,Alicia Keys.Sade,Chaka Khan,Nina Zilli,Mariah Carey,Leona Levvis,Emeli Sande,Usher,Beyonce,Chris Brovvn,Michael Jackson,Lionel Richie,Adele,İyeoka və s.


RnB-Rhythm and Blues (digər adıyla R&B və ya RnB). Amerika qaradərili musiqiçilərinin caz, rep qarışığı olan bir musiqi janrı olaraq yaratdıqları janrdır. İlk R&B nümunələrini Stiv Uonder, Maykl Cekson kimi müğənnilər səsləndirib.İfaçıları ;
Naughty Boy,Fergie,Robin Thicke,Jay Sean,Miley Cyrus,Tina Turner,Ciara,Rihanna,Kelly Rovvland,Kylie Minogue,Justin Timberlike,Jessi J,Eminem,Phil Collins,amy Macdonald, 2Tap,Snoop Dog və s.


COUNTRY-ABŞın cənub-şərqində yaranmış bir musiqi janrıdır.Country tərzi, 1920-ci illərdə ABŞın cənub əyalətlərində ortaya çıxmışdır. Çalğılar gitara və skripkadır.
Bill Haley, Elvis Presley kimi sənətkarlar sənət həyatlarına Country musiqi tərzi ilə başlamışlar. Johnny Cash və Carl Perkins bu növün ən məşhur iki ifaçılarıdır.
LeAnn Rimes



JAZZ-musiqi sənətidir. XX əsrdə ABŞ-da xüsusən zəncilər tərəfindən yaradılıb. Məşhur cazmenlərdən Lui Armstronqu göstərmək olar. Bu musiqinin dünya ilə tanış olması isə 1917-ci ildə Dixieland Jazz Bantın ifaları ilə olmuşdur. Caz yalnız keçmişdə deyil, bu gün də ən çox sevilən və məşhurluğu gün keçdikcə artan musiqi növlərindən biridir. Vibrafon, trompet, piano, gitara, banjo, tuba, kontrbas, bas gitara, trombon kim musiqi alətlərindən istifadə olunur.

26 Ağustos 2013 Pazartesi

Good Will Hunting (Ağıllı Uil Huntinq)


Will Hunting Massachuset Universitetində bir xadimədir. Eyni zamanda çox dərrakəli bir insandr riyaziyyat elmi üzrə.Ən yaxın uşaqlıq yoldaşları ilə birlikdə bəzən oğurluq,dava kimi işlər görər və buna görə də daima məhkəmələrdə günün keçirən bir şəxs halına gəlir...Willin qabiliyyətini kəşf edən universitet professoru bir şərtlə Willə zamin olub həbsxanadan çıxarılmasını təmin edər. Tək şərt Willin bir psixoloq tərəfindən müalicə edilmək. Will terapist Sean Maguire ilə birlikdə həyatını yenidən istiqamətləndirməyə başlayacaq, ən yaxın yoldaşı Chucki Sullivan və yeni tanış olduğu qız yoldaşı bu mövzuda ona dəstək olacaqlardır..

Xarakter etibarı ilə çox tərs,aqressiv birisidr..həyatda nə istədiyini bilməyən biri..Amma bir tərəfdən də Allah vergisi verilib ona..Hansı ki bu vergi hamıya qismət olmur..

Onun həyatına istiqamət verən Psixoloq ilə yaxından bir dost olar...Əsl dost kimi günün müəyyən vaxtlarında söhbət edən bu iki şəxs arasında qrılmaz bir zəncir yaranar..Onları bir-birlərinə bağlayan bir şeylər vardır..bənzərlik..Sean rəhmətə getmiş öz həyat yoldaşından danışar..Elə bu söhbət də Wellin həyatında nələrisə dəyişər..

O nə istəyir...Əlində bir dəqiqəlik iş olan çətin riyaziyyat məsələlərinə ayrılacaq bir ömürmü..

Yoxsa sevdiyin qız olan Skylerin ardınca Kaliforniyaya gedərək onunla birgə həyat yaşamaq..

"Həyat yoldaşımı ilk dəfə bir barda görmüşdüm..və həmin gün isə çox vacib bir maç var idi..Bilet əldə etmişdik doslarımla.Amma mən getməkdən imtina etdim..Çünki məni ilk görüşdən özünə bağlayan bir qadına rast gəlmişdim...Heç nəyə görə peşman deyiləm.Nə ona görə maça getmədiyimə,nə 6 il onun xəstəliyi üzündən işləmədiyimə görə nə də onu sevdiyimə görə..Onu tanıdığıma görə çox xoşbəxtəm.."

Filmin sonu və psixoloqa yazdığı bir məktib.."Professor məni baışlasın.."
Bəli...O nə istədiyini axır ki anlamışdı..Ona görə deyildi kabinetdə bir ömür çürütməyə..nə qədər zəkalı olsa da o bu ilə məşğul olmağı seçmədi..Qəlbinin dərinliyinə endi..Nə istədiyini tapdı..Sevdiyinə getdi...ailədaxilində yaşadığı problemlər üzündən heç kəsə güvənə bilmyən şəxs Skylerə güvəndi..Sarsılmış güvən hissinin sağaldan Sean oldu..bir dos təki onu istiqamətləndirdi..
Çooooox bəyəndiyim bir film..Heç zaman unutmayacağım bir film...Soundtrakti isə başqa bir aləm...Artıq 10-cu dəfədir ki,dinləyirəm..Xatirətimdə silinməz bir iz buraxdı bu film..
Baş rollarda Robin Williams və
Matt Damon..film bir sıra mükafatlara da layiq görülüb..Ən əsası isə Oskar mükafatı..


25 Ağustos 2013 Pazar

Mənim...



Çayımı içərəm yalnızca..İsit çay..Tənhalığın içimdə yaratdığı soyuqluğu isitmək üçün ehtiyac duyaram..Bir fincan çay..Səmanı izlərkən.Yanımda kiminləsə səssizlik girdabında boğulduğumuzu hiss edərəm...

Arada bir sevinmək üçün bubliklərimi yeyərəm..Mən də insanam axı..Bu həyatda sevinməyə,üzümün gülməsinə ehtiyac duyduğum üçün..Üzümdə bubliklərin gətirdiyi sevincdən təbəssüm doğar..Kimisə,yanımda oturub da mənə təbəssüm bəxş edən biris olduğunu zənn edərəm...

Arada bir kitab oxuyaram..Kiminləsə danışmaq,dərdləşmək ehtiyacı duyduğum üçün..Oxuyaram..Yox oxumaram..Biz danışarıq..dərdləşərik..O mənə deyər,mən oxuyaram..və sonra da mən ona deyərəm..Kimisə yanımda zənn edərəm..

Bəzən musiqi dinlərəm..Ürəyimin,qulağımın xoş nələrsə eşitmək ehtiyacı duyduğu üçün..Elə zənn edərəm ki,mənə aid edilir oradakı sözlər,fikirlər..Sevinərəm..Kimisə yanımda zənn edərəm..



Bəzən film seyr edərəm..Canlı üz görməyə ehtiyac duyduğum üçün..Filmdəki aktyorun gözlərinin dərinliyində yaşadğı hissin biruzə verilməsini gördüyüm anda onu realda ,öz yanımda görmüş kimi zənn edərəm...

Bunlar mənim real xəyal aləmimdir..Real xəyal dünyam...bir də var şüuraltı xəyal dünyam...Orada isə hər şey daha fərqlidir..Yanağımdan axan göz yaşları oralardan gəlmişlər...


24 Ağustos 2013 Cumartesi

Acı tale..



19-cu əsrdə Şamaxıda gərgin bir vəziyyətin vüsət aldığı bir dövrdə həyata gözlərini açmışdı..Atası Molla Əlabbas onu mollaxanada oxutdurmuş,ərəb,fars dillərini öyrənməsinə imkan yaratmışdı..O oğlunun ruhani olmasını istəmirdi..Abbas Səhət 1894-cü ildə Məşəddə ruhani məktəbində təhsil alır..Sonra isə Tehrana gedərək orada Tibb universitetində təhsilini davam etdirir..Parisə gedərək isə təhsilini daha da təkminləşdirir..Sonradan Şamaxıya dönən Abbasın diplomu Şamaxıda tanınmır və bu da onun fəaliyyətinə bir növ əngəl olur..Bir müddət keçdikdən sonra o həkimlikdən bir qədər uzaqlaşaraq ədəbi fəaliyyətlə məşğul olmağa başlayır..Müəllim vəzifəsində işləyir..Neçə-neçə azyaşlı uşaqlar üçün dərsliklər çap etdirir..O Mahmudbəy Mahmudbəyov və Abdulla Şaiqlə bərabər 1-ci siniflər üçün sonra isə 2-ci siniflər üçün "Əlifba","Yeni məktəb" kimi kitablar çap etdirilər.. "Azərbaycan dilinin 3 illik tədrisi üçün dərslik" Mahmudbəyovla şərikli çap etdirir..Bu dərsliklərdə onun şeirləri yer alır.."Cücələrim","Yaz səhəri" və s..
Abbas Səhət romantik şair olmuşdur..16 yaşından poeziya ilə sıx bağlı olan bu şəxs təbiət tərənnümlərinə şeirlərində böyük yer vermişdir..Onun tərcümə etdiyi əsərlərə də baxsaq əsasən təbiətin tərənnümünə həsr olunmuş əsərləri tərcümə etdiyini görərik.Krılov,Höte,Puşkin,Lermantov,Qorki kimi ədiblərin əsərlərini dilimizə tərcümə etmişdir..
 Abbas Səhətin bu fikri,amalı mənim çox xoşuma gəldi..O ana dilini qorumağa millətini səsləyərək bu ideanı irəli sürürdü..O düşünürdü ki,evlərdə uşaqların tərbiyəsi ilə məşğul olan mürəbbiyələrin xarici olması,uşaqlar ilə ilk yaşlarından rusca,fransızca danışılması onları mədəniləşdirməz məhv edər..Onun həyatında ana dilini qoruyub saxlamaq aparıcı olmuşdur..Onun həmçinin publisist məqalələri də olmuşdur.. "Dəbistan", "Molla Nəsrədiin" kimi jurnallarda öz ədəbi fəaliyyətini daima inkişaf etdirmişdir..O.məhəmməd Hadi,Mirzə Ələkbər Sabir,Mahmudbəy Mahmudbəyov,Fridun bəy Köçərli,Qənizadə,Abdulla Şaiq ilə yaxından dost olumuşdur..Belə ki,hətta M.Ə.Sabir ölüm döşəyində olduğu bir müddətdə Abbas Səhətə məktub yazaraq əsərlərinin çap olunacağına ümid bəslədiyini,ondan bu işi yerinə yetirəcəyini gözlədiyini deyir..
 Abba Səhətin 1912-ci ildə tərcümələrindən ibarət "Qərb günəşi" kiabı da çap ounur..
 Onun uşaq şeirləri : "Tənbəl",Qaranquş balaları","Qış" ,"Aşpaz və pişik","Bir məktəbdə imtahan","Ana və oğul", "Ana və bala", "Ayı və şir", "Ayı və arılar" .
 Komediyaları : "Kasıblıq eyib deyil", "Neft fontanı"
Məqalələri : "Yeni poeziya necə olmalıdır?"
 Şeirləri : "Poetik nitq",  "Azadlığa mədhiyyə",  "Oyanışın səsi".
 Poemaları: "Şair, muza və şəhərli",  "Əhmədin şücaəti".

 ...və 1928-ci il..Daşnakların çarizmin əli ilə azərbaycanlılara divan tutduğu bir dövr..Belə ki,bu dövrdə Abbasın evinə bəzii çar əleyhinə olan yazılar aşkar olunaraq müsadirə edilir..Bu onun göstəricisidir ki,Abbas Səhhət həmçinin də təbliğat,təşviqat işləri ilə də məşğul olmuşdur..
 Həmçinin də 1918-ci ildə öz yurd-yuvasından-Şamaxıdan didərgin düşür..Onu bu iki əhvalatlar dərindən sarsıdır..Gəncəyə pənah aparır..Qayınatasıgil burada yaşadıqlarından onlara sığınır..Amansız yatalaq xəstəliyinə düçar olur..Xəstəliyi onu şam kimi əridir..və vəba xəstəliyindən Gəncə şəhərində vəfat edir..sən taleyin qəribə oyununa bax ki,yaşlı atası da onun qəbrini ziyarət etdiyi vaxt çuxura düşərək rəhmətə gedir..Ardından xəstəlikdən qardaşı,qızı,anası sonra da yoldaşı vəfat edir..
 ..və 1929-cu ildə Ə.Seyidzadə onun qəbrin aşkara çıxardır...və büstü qoyulur..
 Mən Abbas Səhətin bu dərdli-qəmli həyatını araşdırarkən çox mütəssir oldum..Ağrılı-acılı həyata məxsus olan,həyatdan tez köçüb gedən,nakam həyatı ilə insanları duyğulandıran,ədəbiyyatımıza böyük töhfələr verən şairimizin həyatını gəlin hamımız bilək və gəcək nəsillərə ötürək..Axı onlar bizim milli irslərimizdi..

Möhtəşəm "Vətən" şeiri..

Könlümün sevgili məhbubu mənim,
Vətənimdir, vətənimdir, vətənim.

Məni xəlq eyləmiş əvvəlcə Xuda,
Sonra vermiş vətənim nəşvü nüma.
Vətənim verdi mənə namü nəmək,
Vətəni məncə unutmaq nə demək?!

Anadır hər kişiyə öz vətəni:
Bəsləyib sinəsi üstündə onu.
Südüdür ki, dolanıb qanım olub,
O mənim sevgili cananım olub.

Saxlaram gözlərim üstə onu mən,
Ölərəm, əldən əgər getsə vətən.
Vətənin ne’məti nisyan olmaz,
Naxələflər ona qurban olmaz.

Vətən – əcdadımızın mədfənidir,
Vətən – övladımızın məskənidir.
Vətənin sevməyən insan olmaz,
Olsa, o şəxsdə vicdan olmaz.