19 Mayıs 2014 Pazartesi

Əzab çəkmək..

Səni gözləməyin özü də bir xoşbəxtlikdir bəlkə..Olmamazlığın özü də bir işarətdir bəlkə..Tənhalıq məndən soruşandakı ayrılıq vaxtı nə vaxtdır..Susuram..Əgər tapmağa cavabım varsa deməli mən heç tənhalığı sevməmişəmmiş..Düşüncəmdə yaşatdığım birisi var..Ki, onun kimliyi, adı,soyadı və hətta bir cismi belə yoxdur..Sadəcə fikirləri var..Mənlə bölüşdüyü fikirləri..Bur ruh tək gözlərim önünə gəldiyində, mənlə danışdığında...
  Heç kimə güvənməməyi öyrənmişəm bu həyatdan..Qorxuram..Bəzən içimdəki bəsirət gözüm mənə bədbəxt olacağımı deyir...
Bədbəxtlik özü də bir xoşbəxtlikdir..Həyatı anlamağın xoşbəxtliyi..Monoton həyat tərzi insana heç nə öyrətmir..Varlı olmaq, yağ-bal içində üzmək insana heç nə öyrətmir..Öyərətmir...İnan öyrətir..
Önəm belə vermədiyim 10 qəpik..İki gün bundan qabaq yol pulu tapmayanda o 10 qəpiyə mən necə əhəmiyyət verdim..Digər bir 10 qəpik axtardım ki, 20 qəpik edib nəqliyyat vasitəsinə minim..Yoxluq insana çox şeyi öyrədir..Əzab çəkmək insana çox şey öyrədir...Sən acını duymalı, yaşamalısan ki, hiss edəsən..Sən Somalidəki hansısa ac uşağa baxıb da "ayy, yazıq" deyə bilərsən..Amma onun aclığını hiss edə bilmərsən..Bir az ac olan kimi cumuarsan soyuducuya...Ac qala bilirmi insan övladı 2cə saat da olsa..Qarnımn belimə yapıştığını hiss etdiyim gün olub mənim aclıqdan..Bu o anlama gəlmir ki, yemək filan tapmamışam..Özüm yeməmişəm..Əzab çəkmək, hiss etmək istəmişəm..Aclığı, acını..Qoy mən də kimlərisə yaşadığı acını hiss edim..Yalandan üzücü sözlər deməkdənsə yaşayım..Ən böyük dərs budur...Dahi yazıçı Dostoyevski boşu-boşuna deməyib ki, "Vicdan əzabla təmizlənir"...Əzabla!!!!!!!!
Bəzən əzab çəkmək istəmişəm..Hətta döyülmək də, söyülmək də..Həyatı anlamaq üçün..Orta təbəqə, və yüksək təbəqə əhalisi, insanı...Onlar bilməz bu kimi şeyləri...Onlar anlamazlar həyatı...
Hə bir də insan acıyla üzləşəndə həyatı dərk edər..Bəlkə də həyatda elə varlı insan var ki, itirdiyi kiməsə görə dünya əzabını çəkərək həyatı anlayıb..İstisini-soyuğunu da..
Əzab çəkmək gözəldir..Və ən gözəl tərbiyə üsuludur deyərdim ki..Döymək, çırpmaq yox..
Bəs niyə bizləri küncdə saxlayardı böyüklərimiz..Ayalarımız yoluraq əzab çəkməyimiz üçün...
:(
                   19.05.2014     
                                    Микаэл Таривердиев - Двое в кафе sədaları altında..

Hiç yorum yok:

Yorum Gönder