13 Ekim 2013 Pazar

Fətəli Xan filmi


18-ci əsrdə Azərbaycan adı demək olar ki,hallanmırdı..Çünki vətənimiz xırda-xırda xanlıqlara bölünmüşdü..Və bu da müstəqil Azərbaycanın olmasına böyük əngəl törədirdi..Və ən əsası isə qonşu dövlətlərə bu sərf edirdi.. Qonşu dövlətlərin necə deyərlər kuklasına dönmüşdü xanlar..O vaxtlar Quba xanı Fətəli xan xanlıqları birləşdirib vahid Azırbaycan dövlətini yaratmaq idaeası ilə xanlara ittifaq təklifi göndərsə də bir çoxları buna razı olmurdu.. Quba xanlığının hökmdarlarından ən məşhuru olmuş Fətəli xan çalışırdı ki, Azərbaycanın pərakəndə xanlıqlarını özünün rəhbərliyi altında birləşdirsin. O, Dərbənddən Lənkərana qədər bütün şimal-şərqi Azərbaycanı özünə tabe etmişdi.İttifaqa Bakı xanı Məlikməmməd xan razı olsa da bunun qarşılıında Fətəli xanın bacısı Xədicə Bikə ilə evlənməyi istədi..Buna razı olan Fətəli xan isə digər tərəfdən Xədicə bikəni sevən Əmir Həmzə ilə qarşı-qarşıya gəldi..Belə olduğu təqdirdə birləşmək heç də mümkün deyildi..Digər tərəfdən isə Şirvan xanı Ağası xan öz qoşunlarını Qubanın üzərinə göndərmişdi..
1774-cü ildə Gavduşan çölündə Fətəli xan və Əmir Həmzə arasında döyüş baş verdi..Fətəli xan məğlub oldu..Xanlar arasında olan torpaq hərisliyi müttəfiqliyə əngəl törədirdi..Dərbəndə mühasrəyə alınıb da təhlükə ilə qarşı-qarşıya gəldiyi bir vaxta Fətəli xan Dərbənd qalasını tikdirmək üçün daşın yetmədiyini gördükdə kənd əhalisinin evlərini söküb həmin daşlardan qala tikdirmiş oldu..
1776-cı ildə Dərbənd şəhərini idarə etmək Tuti Bikəyə tapşırılmışdı. O, ərinin döyüşdə öldürüldüyü haqqındakı şayiələrə inanmayaraq şəhəri axıra qədər müdafiə etdi, 9 ay düşməni Dərbəndə yaxın buraxmamışdı.
Böyük mücadələr sonrasında isə Fətəli xanın birləşmə,vahid divan alyında şura yaratmaq istəyi reallaşa bilmədi.

Hiç yorum yok:

Yorum Gönder