17 Ekim 2013 Perşembe

Константин Георгиевич Паустовский


Rus yazçısı Poustoviskinin hekayələrindən seçmə cmlələr...
Daha çox öz başına gələnlərdən,öz gördüklərindn bəhs edir yazıçı..Bax bu da mənə ləzzət edir..Hələ oxumadığım hekayələri var..Oxuyacağam..Amma ən bəyəndiyim "Teleqram" heayəsi oldu..


Həyatı və həyatda gördüyümüz hər şeyi poetik şəkildə qavramağımız bizə uşaqlıq dövrünün bağışladığı ən böyük bəxşişdir..


Sənətin vəzifəsini ən adi şeydə qeyri-adilik və əksinə ən qeyri-adi şeydə adilik tapmaqda görən DİDRO...

Şam ağaclarının çətiri buluddan don geyinirdi...

O vaxtlar dördpəncəli faşist embleması sürətlə Avropanın üstünə yeriyirdi..Almaniyanın Henrix Man,Eynşteyn,Remark,Stefan Sveyq kimi alicənab övladları “Qara Taundan” uzaq olmaq üçün vətəblərini tərk etmişdilır..Vətənlərindən dərbədər düşənlər ürəklərində humanizmin qələbəsinə sarsılmaz inam aparmışdılar..

Qəribə bir təsadüf

Durğu işarələri fikirləri bir-birindən ayırmaq,sözlər arasında düzgün əlaqə yaratmaq və cümlələrin oxunuşunu asanlaşdırıb,onların tələffüzünü qayda-qanuna salmaq çündür..Durğu işarəsi not işarəsi kimi bir şeydir.O ,mətnin əl-ayağını yığır,onu dağılıb səpələnməyə qoymur..

 Bu əhvalatdan sonra mən əmin oldm ki,yerində qoyulmuş hər bir nöqtənin oxucu üçün nə qədər əhəmiyyəti var..
Teleqam

Nastya onu vecinə almadığı bir vaxtda anasının ürəyi onu hey arzulayırdı..Bumudum övlad qayğısı,sevgisi..Bəs qoca ananı heçmi yoluxmaq lazzım deyildi Nastyaya..Lazım idi..Ana ona hava,su qədər lazım idi..amma o bunu anası torpağa tapşırılanda dərk etmişdi...

Ötəri grüşlər

Bir şair demişdir :
“O quruyub xəzan olan yarpa mahnılarda əbədi qızıl kimi şölələnir”..İncəsənətin bizim üstümüzə saldığı qızılı şəfəq əbədidir..O bizi hədsiz dərəcədə yüksəldir..


"Mənim sevimli kitabım" hekayəsində isə mən mükəmməl bir bilgi öyrənmiş oldum..İtalyan etnik mahnılarının adı mənə tanş deyildi..Gördüyüm an qeydə aldım və araşdırdım..
Cantilena musiqi tərzi..Bir növ həzin tərzdə olan arialar...Çoxxx sevdim mən..



Bəstəkar  Heitor Villa-Lobos-un (Эйтор Вилла-Лобос) bəstəsi..Bachianas Brasileiras 
 digər başqa bir musiqi Cantilena Antiqua esemble..

Düşünürdüm ki,mən aria sevmərəm..amma yanılmışam...Zövqümə xitab etdi..




Hiç yorum yok:

Yorum Gönder