20 Eylül 2013 Cuma

Alexandra Cavelius - Leyla



Ac taleləri oxumaq nə dərəcədə üzüntü verirsə,bir o qədər də insanın gözünü açır..və bu romanda da mən insanlara yenidən nifrət etdim..İnsan xisləti necə olur axı bu cür vəhşi xislətli yaranır?..Yaradan axı gözəldir,ucadır..Necə olur axı yaradanın yaratdıqları içərisində bu cür vəhşiləşmiş,xəstə xislətli insanlar olur..Mən müharibəyə nifrət edirəm..Və nifrətim daha da artdı bu roman sayəsində.. Bosniya müharibəsi - Bosniya və Herseqovinada 1992-ci il aprel ayının 6-dan 1995-ci il sentyabr ayının 14-ə qədər davam etmiş müharibə. 3 ildən artıq davam edən bu müharibədə 200 000-ə yaxın insan qətlə yetirilmiş, 2 milyondan çox insan yer-yurdundan didərgin düşmüşdür. Bu müharibədə qətlə yetirilənlərin əksəriyyəti müsəlman bosniyalılar idi və müharibə onlara qarşı soyqırımı səciyyəsi daşıyırdı. Srebrenitsa və Sarayevon şəhərlərində serb və xorvat birləşmələrinin bosnalılara qarşı törətdikləri qətliam...
Bosniya və Hesoqovinyada yaşayan Bir qız vardı..Hansı ki,xəyalları,istəkləri vardı..Xəyallarının dalınca qaçmaq gücünə sahib ola bilməyəcək bir yaşda ikən onun başına həyatdakı zülmət sözünün ən kəskin formada təzahür olunan işgəncələri gəldi..Günahı nəydi?..Sadəcə müsəlman olması..Sadəcə bəxtsiz idi ki,belə bir vəziyyətə düşdü..Amma o nə etdi..Dözdü..Mən romanı oxuduqca özümü onu yerinə qoyurdum..Təbii ki bu hər əsərdə olur..və özümü onun yerinə qoyduğum da bu cür düşünürdüm..”Nəfəsimi tutub saxlayaraq özümü öldürərdim..bu cür həyatda yaşamaqdansa,çirklənmiş halda həyata davam etmkdənsə”..Amma Leya içindəki həyat eşqinin odu sön közünə kimi işardı..və sönmədi..Həyata beş əllə sarıldı..Bu roman insan vəhşiliyinin doğurduğu fəlakətləri oxuculara hər bir incəliyinə kimi açıb göstərir..Baxın,görün müharibənin fəlakətlərini..
Oxuduqca az qalırdım ki,kitabı cırıq-cırıq edim..İnsan adına ləkə olan “insancık”ların etdikləri azğınlıqlar oxucuya pis təsir edə bilər... Serblərin törətdikləri 1994-cü ilindəki fəakətlər unudulmaz..burada düşünmürəm ki,tək günahkar serblərdir..Siyasətdir günahkar..siyasətin,dövlət başında oturub da ərazi davası edənlərin münaqişəsinin acı nəticələrini sivil insanlar çəkir..
Mən bax bu aspektdən baxıram bu mövzuya..Götürək elə bizim başımıza gətirilənləri..Bütün günahlar ermənilərdəmiydi təkcə?..Xeyr!!!! Bizim dövlətin başında oturan kreslo dərdi çəkən siyasətçilərimizdə də az günah olmayıb insanlarımızın qırılmasınsda..Sözümün canı odur ki,bu mənfur siyasət nə vaxta kimi bu cür öz mənfurluqları ilə davam etsə,insanlar da bir o qədər dərd,acı çəkəcəklər..
Müsəlmanlar həmişə xristianlar tərəfindən törədilmiş bax bu cür qətliamlara,genesoidlərə məruz qalmışlar..Səbə...Sadəcə müsaəlman olmaq..Məqsərd..Sadəcə köklərini kəsmək...Səbər Türk olmaq!!!!!

Leyalanın həyat şüarı ;
“Həyatın sənə təqdim etdiyi hər şeyi al”..

Əsərdən seçmə cümlələr ;




Hər savaşda tecavüzler yaşandı ve yaşanacaqda.Ama Balkanlarda olan yeni bir şey vardı..toplu tezavüzler politikanın bir parçasıydı.Sistemati eziyetin yöntemleri vardı.Geriye kalan ruhsal ve bedensel sakatlıklardı..


İyi olmak için her gün daha fazla çaba gösterdim.Çünki insanın kendisini böylesine küçük hiss etmesinden daha kötü hiç bir şey olamazdı.Sinek pisliyinden bile daha küçük..



Savaş boyunca kaderimle uzlaşmıştım.Hep iradem dışı yaşamıştım,çünki böyle olması gerekiyordu.Kaderim beni bu günden sonra düşünmeyi zorluyordu..


Kabuslar kötü birer tohum gibi içimde yeşeriyordu..

Hiç yorum yok:

Yorum Gönder